Əbülfəs Qarayevin qızının filminə qadağa qoyuldu - Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib
Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasının səbəbi bəlli olub.
"Qafqazinfo" xəbər verir ki, rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir, filmdə görkəmli şairə Məhsəti Gəncəvi gəzəyən əxlaqsız qadın kimi təqdim edilir. Eləcə də obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.
Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə edilir.
Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir.
Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Bədii Şurası tərəfindən "Məhsəti" filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib.
Qeyd edək ki, Suad Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır. O, instaqram hesabında paylaşım edərək bildirib ki, "Məhsəti" filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin mənəvi dəyərlərə uyğun olmadığını əsas göstərib. S. Qarayeva özü də paylaşımında qeyd edib ki, filmdə Məhsəti obrazını canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabrPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqustCeki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər
4 avqustBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabrLeyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyulİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabrƏlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"
Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd
20 iyulXəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin
25 sentyabr