Xəzərdə içində meyitlər olan qayıq tapıldı - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Xəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.
Sonxeber.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində iki nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.
Məlumat aidiyyəti qurumlara ötürülüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.
***
Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.
Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.
Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.
***
Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.
Rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.
Qayıqda iki nəfərrin meyitinin olduğu ehtimal olunur.
APA
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 6118 Tarix: 24 may 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSON DƏQİQƏ! Əkbər Əliyev vəfat etdi
Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib. Bu barədə mərhumun yaxınları -a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika İnstitutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdə
21 aprelTaxtakörpü-Ceyranbatan su kanalında batan 27 yaşlı gəncin meyiti tapılıb
Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsus
21 aprelƏhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?
Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ
21 aprelŞəkidə avtomobillər toqquşub: Xəsarət alan var
Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var. APA-nın məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İ. Həsənovay
21 aprelQardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı
Xaçmazda intihara cəhd hadisəsi olub. xəbər verir ki, hadisə Qobuqıraq kənd qəbiristanlığında qeydə alınıb. G.Zeynalova həmin qəbiristanlığa gələrək burada dəfn olunan qardaşının məzarı üstündə qarnına beş bıçaq zərbəsi vuraraq, özünə xəsarətlər yetirib. Məlumata görə, G.Zeynalovanın qardaşı bir neç
20 aprelŞirvanda kardioloq ürək çatışmazlığından vəfat etdi
Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentini
21 aprelBalakəndə toyda KÜTLƏVİ DAVA: Saxlanılanlar var
Balakəndə toyda kütləvi dava olub. -ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən şadlıq evində qeydə alınıb. Məclisə yığışan bir qrup gənc arasında söyüş üstündə mübahisə düşüb. Mübahisə sonradan davaya keçib. Toydan çıxan gənclər davanı başqa yerdə davam elətdiriblər. Nəticədə 1990-c
17 aprelAğdaşda 53 yaşlı kişi özünü yandırdı
Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak
20 aprel