"Manatı özbaşına buraxsan dollar 2 manatdan çox olacaq"

"Manatı özbaşına buraxsan dollar 2 manatdan çox olacaq""Azərbaycan və Türkiyə arasında ticarət faktiki olaraq xarici valyutalar, yəni dollar və ya avro vasitəsilə aparılır. Azərbaycan iqtisadiyyatı Türkiyə iqtisadiyyatı ilə müqayisədə çox kiçikdir. Bu baxımdan türk lirəsinin kəskin ucuzlaşmasının Azərbaycanın Türkiyəyə yatıracağı investisiyalarına ciddi təsir göstərməyəcək".

Bunu Sonxeber.az-a iqtisadçı ekspert Əkrəm Həsənov türk lirəsinin kəskin ucuzlaşmasının Azərbaycanın Türkiyəyə investisiya yatırmasına təsiretmə imkanlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bir neçə il bundan əvvəl olsaydı, yəni Azərbaycanda manat devalvasiyaya uğramasaydı, əhalinin gəlirləri yüksək olsaydı, yəqin Azərbaycanın Türkiyəyə qoyuluşları artacaqdı, vətəndaşlarımız ora daha çox gedəcəkdi.

Ə. Həsənov qeyd edib ki, lakin hazırda Azərbacanda da iqtisadi vəziyyət o qədər yaxşı deyil: "Hamı bilir ki, bizdə də manatın məzənnəsi sünidir. Əgər manatın məzənnəsi özbaşına buraxılsa, yəni Mərkəzi Bankın nəzarətindən çıxsa, dollar iki manatdan da çox olacaq. Bunu hamı bilir".

Ekspert Türkiyədə lirənin kəskin ucuzlaşmasının əsas səbəbi kimi bu ölkənin Mərkəzi Bankının apardığı siyasəti göstərib: " Mərkəzi Bankın uçot dərəcəsi aşağı salmışdı ki, ölkədə pul həcmi azalmasın, kreditlər artsın, iqtisadiyyat inkişaf etsin. Ümumiyyətlə inkişaf etmiş ölkə üçün yerli valyutanın məzənnəsinin elə də böyük önəmi yoxdur. Çünki bu cür ölkələr daxili tələbatlarını öz istehsalı ilə ödəyirlər".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 5202   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Xiyarın qiyməti kəskin azaldı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. İqtisadiyyat.az xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərd

23 aprel
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Azərbaycanda siqaretin qiyməti yenidən BAHALAŞACAQ - AÇIQLAMA

Son olaraq bir yanvar 20224-cü il tarixində siqaretlərin qiyməti bahalaşıb. Bu bahalaşmadan sonra bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb. "Sobranie" siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb. Bəs yenidən tütün məmulatlarınd

23 aprel
.

Taleh Yüzbəyov Rasim Balayevə "tərbiyəsiz" dedi

"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib. xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. O bildirib ki, səsləndirilən fikirlər

25 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 6 milyon 65 min ABŞ dolları dəyərində dekorativ bitkilər ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,5 % çoxdur. Təkcə martda isə Azərbaycan Türkiyədən 1 milyon 486 min ABŞ dollar

27 aprel