"Qoy ictimaiyyət bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq"

"Qoy ictimaiyyət bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq""Mən istəyirəm ki, jurnalistlər də burada qalsın, yəni, Azərbaycan ictimaiyyəti də bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq". Bunu Milli Məclisin Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında vitse-spiker Valeh Ələsgərov deyib.

Vitse-spiker qeyd edib ki, nə "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsində, nə də "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununda Azərbaycanın mənafeyinə, ölkə Konstitusiyasına zidd heç nə yoxdur:

"Qoy bunu bütün ictimaiyyətimiz də bilsin ki, onların mənafeyinə toxunacaq heç nə yoxdur. Əksinə, bom-boş ərazidə Azərbaycanın iqtisadiyyatına töhfə verə biləcək bir azad iqtisadi zona yaradılır və bununla da bağlı qanunvericilik qəbul edirik. Mənafeyimizə, maraqlarımıza, Konstitusiyamıza zidd ola biləcək heç yoxdur. Axı, investor qapı-qapı düşüb gəzməyəcək ki?! Nə etməliyiksə, biz etməliyik, qanunvericiliklə tənzimləmələyik. Məqsdəd bundan ibarətdir, yəni, investor üçün əlverişli mühit yaratmaq".

Modern.az

Sosial   Baxılıb: 607   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR