Fatehlə Rəvan çoxarvadlılığı təbliğ edir? - MTRŞ-dən AÇIQLAMA

Fatehlə Rəvan çoxarvadlılığı təbliğ edir? - MTRŞ-dən AÇIQLAMAƏfsanəvi futbolçu Ronaldinyonun iki sevgilisi ilə eyni vaxtda evlənməsi bir neçə gündür ki, dünya gündəmindən düşmür. Elə ölkəmizdə də həm sosial şəbəkələrdə, həm də Televiziya və radio məkanında bununla bağlı müxtəlif müzakirələr aparılır.

Sonxeber.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, məşhur radio verilişi olan "Manpası" da elə bugünkü səhər efirini sözegedən mövzuya həsr edib. Dinləyicilərə "iki həyat yoldaşınız olsa, nə edərdiniz?" sualını ünvanlayan aparıcılar müxtəlif cavablar alıb. Maraqlıdır ki, dinləyicilər arasında çoxarvadlılığın dini baxımdan vacib olduğunu, bunun adi bir hal olduğunu söyləyənlər də olub.

Bu hal isə radio vasitəsilə çoxarvadlılığın təbliğatı kimi qiymətləndirilib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov da məsələylə bağlı münasibət bildirən zaman verilişin bugünkü efirinin çoxarvadlılığın təbliği kimi də dəyərləndirilə biləcəyini söyləyib:

"Əslində, "Manpası" verilişi baxımlı, maraqlı səhər şoularından biridir. Aparıcıların intellektual səviyyəsi, dünyagörüşü, səmimiliyi, dinləyicilərlə interaktiv-əyləncəli diskussiyaları və s. təqdirəlayiqdir. Lakin bir müddət əvvəl elan etdiyimiz monitorinq nəticələrində də əksini tapdığı kimi, bu verilişdə bir sıra hallarda aparıcıların dinləyicilərlə yersiz sərbəst rəftarı, qoyulan bəzi milli dəyərlərə zidd mövzular, müzakirələrdə ümumqəbulolunmuş normalardan kənara çıxılması və s . hallar müşahidə olunur. Düzdür, biz demirik ki, verilişlərdə ətalət, basmaqəliblik olsun, stardart mövzular qoyulsun. Lakin dinamiklik, sərbəstlik də əndazəni aşmamalı, dinləyicidə qıcıq yaratmamalıdır. Məsələn, bugünkü verilişdə qoyulan "iki həyat yoldaşınız olsa, nə edərdiniz?" mövzusu ilk baxışdan adi görünsə də, verilişə edilən zənglərdə bildirilən, hətta təkidlə dini də əsas gətirərək yeridilməyə çalışılan fikirlər ola bilsin ki, çoxarvadlılığın təbliği kimi də dəyərləndirilə bilər. Bu isə cəmiyyətdə və bir sıra insanlarda narazılıq yarada bilər. Qeyd edim ki, bu, radionun bir KİV olaraq üzərinə düşən missiya ilə düz mütənasib deyil. Radiolar mövzu seçərkən çox ehtiyatlı olmalıdırlar. Bu cür halların təkrarlanması həm aparıcıların, həm radionun nüfuzuna mənfi təsir göstərir. Yaxşı olardı ki, istedadlı aparıcılarımız və yayımçılarımız bu istedadlarını ucuz reytinq yarışına yox, bu sahənin normal inkişafına sərf etsinlər".

Fatehlə Rəvan çoxarvadlılığı təbliğ edir? - MTRŞ-dən AÇIQLAMA
Təvəkkül Dadaşov

T. Dadaşov onu da qeyd edib ki, digər aspektdə neqativ hallar bir sıra digər radiolarda yayımlanan verilişlərdə də diqqəti cəlb edir.

Yeri gəlmişkən, qeyd edək ki, dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı kəbinlə bağlı maraqlı açıqlama vermişdi.

O qeyd edib ki, kəbin o zaman kəsilə bilər ki, evlənən insanlar həddi-buluğa çatmış olsun və onların vətəndaşlıq aktlarının qeydiyyatı ilə bağlı rəsmi nikah sənədi olsun:

"Əgər həmin rəsmi nikah sənədini məsciddə, yaxud hər hansı dini məkanda çalışan din xadiminə təqdim etmirsə, bu halda dini kəbin kəsilməsi yolverilməzdir".

Sədr həmçinin bildirib ki, bu qaydaya əməl etməyən din xadimləri cərimə gözləyir:

"Bizim Komitənin də bu cür şəxsləri aşkara çıxarmaq, protokollar tərtib etmək, cərimələmək səlahiyyəti var. Qeyri-qanuni şəkildə dini ayinləri icra etmək qəti qadağandır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 883   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

4 may
.

"Survivor"da qalmaqal: "Evliliyini qorumaq üçün..." - VİDEO

"Survivor All star 2024" yarışmasında daha bir qalmaqal yaşanıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, iştirakçılardan biri Nagehan digər iştirakçı Yunus Emre haqqında sərt sözlər söyləyib. O bildirib ki, Yunus Emre yarışa gələndə onu başqa bir iştirakçı Aleynadan qorumasını istəyib:. "Yunu

3 may
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

3 may
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

3 may
.

Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR

Azərbaycanda qadınların pensiyaya daha tez çıxması məsələsi geniş müzakirə olunan məsələlərdəndir. Bu mövzu zaman-zaman ictimailəşib və müxalif ekspertlər öz fikirlərini bildiriblər. Deputat Vüqar Bayramov məsələ ilə bağlı açıqlama verib. -un xəbərinə görə, deputat qeyd edib ki, Milli Məclisə etdiy

5 may
.

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

Yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydaları təsdiqlənib. report-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Qaydalar "Təhsil haqqında" qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsil

4 may
.

Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb. Düşə

4 may
.

Asiya İnkişaf Bankı Azərbaycanın COP29-a ev sahibliyi etməsi faktını alqışlayır

Asiya İnkişaf Bankı (ADB) üzv ölkə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsindən çox məmnundur və dəstəyini bildirərək ölkənin rəhbərliyinə müraciət edib. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiy

4 may
.

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərində yenilik edilib. Tarif Şurası tərəfindən elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib. -ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, istər elektrik, istərsə də qazpaylayıc

4 may