İbrahimbəyovun titullarının alınması üçün PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

İbrahimbəyovun titullarının alınması üçün PREZİDENTƏ MÜRACİƏT EDİLDİXalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz triosu" filmi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunan mövzudur. 2015-ci ildə lentə alınan filmin rejissoru gürcü əsilli Eldar Şengelaya və Fuad İbrahimovdur.

Dağlıq Qarabağ mövzusunun adı belə keçməyən filmdə azərbaycanlılar ermənilərlə müqayisədə vəhşi, qəddar, qorxaq obrazında təqdim edilib. Bunun əksinə, ermənilər ziyalı, mərhəmətli şəxslər kimi qələmə verilib. Milli Şuranın qurucusu və rəhbərlərindən biri kimi vaxtilə prezidentliyə namizədliyini irəli sürən Rüstəm İbrahimbəyovun öz xalqına bu cür münasibət bəsləməsi və bunun fonunda Ermənistanla Azərbaycanı alçaq formada müqayisəyə qoyması, filmdə özünü yeganə "yaxşı azərbaycanlı" kimi təqdim etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sonxeber.az xəbər verir ki, deputat Fəzail Ağamalı "Yeni Müsavat"a açıqlamasında bildirib ki, Azərbaycan dövləti tərəfindən Rüstəm İbrahimbəyova verilmiş bütün titullar, fəxri adlar geri alınmalıdır. Çünki artıq Rüstəm İbrahimbəyov öz hərəkəti ilə həmin titulları daşımaq haqqını itirib: "Rüstəm İbrahimbəyovun atdığı addım sağlam düşüncəyə sığan məsələ deyil. Ermənilər belə bir film hazırlasaydılar bəlli olacaqdı ki, bu, ermənilərin əsrlərdir apardığı anti-azərbaycan təbliğatının tərkib hissəsidir. İndi ermənilərdən daha betər Rüstəm İbrahimbəyov Azərbaycan xalqına böhtan atır. Dünyaya Azərbaycanı olduğu kimi deyil, olduğunun tamamilə əksi kimi təqdim edir. Bu, artıq şərəfsizlikdir, ləyaqətsizlikdir, xalqına xəyanətdir. Rüstəm İbrahmibəyovun çəkdiyi film xüsusi sifarişlə çəkilib. Təəssüflər olsun ki, Rüstəm İbrahimbəyov öz millətinin alçaldılması üzərindən özünü hansısa dairələrin mükafatlarını almaq istəyir. Ona Azərbaycan xalqı öz qiymətini verdi. O, Azərbaycan xalqının tarixində yaşayası insan deyil.

Ona görə də Azərbaycan dövlətinin ona verdiyi bütün mükafatlar, fəxri adlar, titullar geri alınmalıdır. Çünki o, şöhrətə, şərəfə layiq deyil. Rüstəm İbrahimbəyov ilk növbədə xalq yazıçısı fəxri adından məhrum edilməlidir. Çünki xalqının yanında deyil. Mən Rüstəm İbrahimbəyovu ermənidən betər erməni kimi qəbul edirəm. Bu adam ermənilərin azərbaycanlıları qətl etməsini, hamilə azərbaycanlı qadının qarnını yarıb uşağı çıxardığını, azərbaycanlı uşağın ətini anasına yedirtmələrini, azərbaycanlı qadının döşünü kəsib ağlayan körpəsinin ağzına basmalarını, azərbaycanlı uşaqları divara mıxladıqlarını görməməzlikdən gəlir. Beləsi nəinki titullardan, ümumiyyətlə Azərbaycana aid hər şeydən məhrum edilməlidir".

Deputat Bəxtiyar Sadıqov da bildirib ki, Rüstəm İbrahimbəyovun bütün fəxri titulları alınmalıdır. Rüstəm İbrahimbəyov ermənidən artıq erməni olduğunu bu filmi ilə sübut edib: "Rüstəm İbrahimbəyov faktiki olaraq Azərbaycan xalqına qarşı çıxıb. Ona görə də mən cənab prezidentimizdən xahiş edirəm Azərbaycan dövləti adından Rüstəm İbrahimbəyova verilmiş bütün mükafatlar, fəxri adların geri alınmasını təmin etsin. Onun ordenləri əlindən alınmalı, onu Azərbaycan vətəndaşlığından məhrum edib bir daha Azərbaycana buraxmaq lazım deyil".

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev Azərtac-a bildirib ki, Rüstəm İbrahimbəyovun siyasi kursu, onun ermənipərəst mövqeyi artıq 2009-cu ildən özünü büruzə verir: "Rüstəm İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqında işlədiyi zaman öz dağıdıcı siyasəti ilə yadda qalıb. Vaxtilə biz bir qrup kinematoqrafçı buna etiraz əlaməti olaraq, o qurumdan çıxdıq və yeni ittifaq yaratdıq. Həmin vaxtdan etibarən bu insanın mövqeyinə qarşı, ermənipərəst əməllərinə qarşı mübarizə aparmışıq. Qeyd etmək istərdim ki, onun yaradıcılığında həmin dövrdən bu günədək qırmızı bir xətt keçir. Məsələn, onun ekranlaşdırdığı "Əlvida, cənub şəhəri" filmində analoji mövqeyi hiss olunur. Bu insanın bütün strategiyası Azərbaycan xalqını aşağılamaq məqsədi daşıyır. "Qafqaz üçlüyü" filmində ölkəmizin həyata keçirdiyi neft strategiyası tənqid olunur. Bu film başdan-ayağa yalan, iftira, eyni zamanda, siyasi konyunktura əsasında qurulub. Filmdə Rüstəm İbrahimbəyov qeyri-vətəndaş mövqeyindən çıxış edir, özünə siyasi divident qazandırır. Bütün bunlar da düşmənin dəyirmanına su tökməkdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1432   Tarix: 26 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel