Qızılları mənimsəyən lombard sahibləri - VİDEO

Qızılları mənimsəyən lombard sahibləri - VİDEOMənimsənilmiş qızılları çox vaxt geri qaytarmaq mümkün olmur.

Lombard fəaliyyəti ilə məşğul olanlara qarşı şikayətlər artıb.

Bir vaxtlar vətəndaşlar sosial durumları ilə bağlı problemlərini banklardan götürdükləri kreditlərlə həll edirdilər. Sonradan bankların bu prossesdə şərtləri sərtləşdirməsi, sakinlər arasında lambardlara olan marağı artırdı.

Amma təəssüf ki, son zamanlar lombard və vətəndaşlar arasında baş verən problemlər, daha dəqiq desək lombard sahiblərinin vətəndaşların qızıllarını mənimsiyərək ortadan yox olması, bu sahədə müvafiq tədbirlərin görülməsi məsələsini gündəmə gətirib.

Elə təkcə son aylara nəzər yetirsək paytaxtda bir neçə lombard fəaliyyəti ilə məşğul olan şəxslərin vətəndaşaların qızıllarını götürüb, ofislərini bağlayaraq yoxa çıxdığını görmək olar. Düzdür həmin şəxslər polis tərəfindən axtarılır. Amma burada həm zaman baxımından həm də maddi tərəfdən itirən yenə də vətəndaş olur. Mütəxəssislər lombard və vətəndaş arasında yaşanan problemlərin əsas səbəbini onların Maliyyə Nazirliyi və Mərkəzi Bank qarşısında heç bir məsuliyyət daşımamalarında görür.

İqtisadçı Vüqar Bayramlı bildirib ki, Azərbaycanda lombardlar xüsusi lisenziya tələb edən fəaliyyət növü deyil. Bunun üçün sadəcə elektron qeydiyyatdan keçmək və VÖEN almaq kifayətdir. Onlar nə Maliyə Nazirliyinə nə də, Mərkəzi Banka hesabat vermirlər.

Bu gün vətəndaşlar iki cür lombard xidmətindən yararlana bilir. Fiziki şəxslər tərəfindən və bank olmayan kredit təşkilatlarına müraciət etməklə. Bu xidmətlər həm təhlükəsizlik baxımından, həm də faiz dərəcələrinə görə də fərqlənir. Fiziki şəxslərin təklif etdiyi faiz dərəcəsi ildə 60% civarında, bank olmayan kredit təşkilatlarının təklif etdiyi faiz dərəcəsi isə 25-30% arasında dəyişir. Amma bunlar arasında fiziki şəxslər tərəfindən göstərilən lombard xidmətləri üstünlük təşkil etdiyindən problemlərə də elə ən çox bu sahədə rast gəlinir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov, vətəndaşlara təhlükəsizlik baxımından bank olmayan kredit təşkilatlarına müraciət etməyi məsləhət görür. Çünki, burada müəyyən müqavilələr bağlanılır və faizi aşağıdır.

Lombardların fəaliyyəti 1997-ci ildən etibarən "Lombard fəaliyyətinə xüsusi razılıq, lisenziya verilməsi qaydalarının təsdiq edilməsi" haqqında Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Mülki Məcəllənin 302.5-ci maddəsinə görə, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur.

Amma təəssüf ki çox vaxt lombard və vətəndaş öz hüquqlarını bilmədiyi üçün bu cür xoşa gəlməz hallar baş verir. Bu da ən yaxşı halda həmin şəxsin polis tərəfindən tutulması və həbs edilməsi ilə başa çatır. Mənimsənilmiş qızılları da çox vaxt geri qaytarmaq mümkün olmur. Odur ki, bu şəxslərə və ya xidmət sahələrinə müraciət edərkən ehtiyatınızı əldən verməyin. //ANS TV


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1565   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021