Məmurlar Paşinyanı saymır

Məmurlar Paşinyanı saymırErmənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında məmurlara ölkənin düşdüyü ağır iqtisadi vəziyyətdən çıxış yolları axtarmağı təklif edib.
Baş nazir bildirib ki, iqtisadiyyatın dirçəlməsi üçün nə qədər investisiya cəlb edilsə, xarici yardım alınsa da, əhəmiyyətli nəticə əldə olunmayacaq:

"Ermənistanda olduqca böyük kölgə iqtisadiyyatı var. Müvafiq qurumlar bunun aradan qaldırılması istiqamətində mühüm iş görməlidir. Büdcə gəlirlərini artırmağın yeganə yolu iqtisadiyyatın kölgədən çıxarılmasıdır. Biz düşünməməliyik ki, pul yoxdur və heç nə etməməliyik. Pul var, sadəcə əslində olmalı olduğu yerdə deyil" – deyə Paşinyan vurğulayıb.

O, əlavə edib ki, Dövlət gəlirləri üzrə Komitə, Ermənistan polisi və Milli təhlükəsizlik xidməti bu məsələni araşdırmalıdır.

Paşinyanı qəzəbləndirən başqa məsələ isə, özünə qarşı saymazlıq və hörmətsizlik olub. Mayın 10-u və 16-da Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Ermənistandan pomidor və xiyar məhsullarının idxalına məhdudiyyət qoya bilcəyilə bağlı xəbərdarlıq edib. Lakin Paşinyan Qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidmətinin rəisi İşxan Karapetyanın Rusiyadan aldığı xəbərdarlıq məktublarını ona təqdim etmədiyini və məsələ ilə bağlı ümumiyyətlə heç kimin ona məlumat vermədiyini deyib.

"Mənim üçün bu gözlənilməz oldu, çünki Rusiyadan göndərilən məktublardan xəbərim olmayıb. Karapetyan bu problemə olan marağımı bilirdi. Yaxşı, bəs onda bu barədə kimə məlumat vermisiniz, məsələnin həlli üçün hansı addımlar atmısınız? Kənd təsərrüfatı nazirinə, baş nazirin müavininə, bəlkə baş nazirin şəxsən özünə xəbər vermisiniz?" – deyə Paşinyan etiraz edib. Karapetyan isə cavabında, sadəcə buna ehtiyac duymadığını deyib.

Erməni ekspertlərin fikrincə, Paşinyan ölkənin inkişafı ilə bağlı böyük vədlər versə də, baş nazir olmasına baxmayaraq, məmurları onu ciddi fiqur hesab etmirlər. Çünki hökumətdə təmsil olunanların hərəsinin öz ambisiyaları və iqtisadi maraqları var. Odur ki, bu gedişlə Paşinyan çətin ki, yaxın gələcəkdə nəyəsə nail olsun. /azvision.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1346   Tarix: 27 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ və İranın dolayı məsləhətləşmələri: Omanda nələr danışılıb?

ABŞ və İran Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün bu həftə Omanda "birbaşa olmayan danışıqlar" aparıblar. Məlumata görə, ABŞ tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzr

18 may
.

Konsertdə FACİƏ - Gənc qız iflic oldu

Avstraliyalı musiqi qrupu "Trophy Eyes"un konsertində bədbəxt hadisə yaşanıb. xarici KİV-ə istinadən xəbər verir ki, konsert zamanı qrupun solisti Con Floreani musiqisevərlərin üstünə atılıb. Həmin vaxt orada olan Bird Piché adlı gənc qız zərbədən iflic olub. Qrup bu barədə açıqlama verərə

16 may
.

Kişi 10 il həyat yoldaşından DƏHŞƏTLİ SİRRİ GİZLƏTDİ

Britaniyalı qadın anonim hekayəsində iddia edir ki, əri 10 illik münasibəti zamanı ona sistemli şəkildə yalan danışıb və o, həqiqəti öyrənəndə şoka düşüb. O, əri ilə 8 ildir evli olduğunu, lakin 10 ildən artıqdır birlikdə olduqlarını deyib. xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli mübahisə zaman

16 may
.

180 uşağı olan ata həyatından danışdı

Soyadını açıqlamamağı seçən Co Donor adlı bir kişi həyatından danışıb. "Metro"ya istinadən xəbər verir ki, sözügedən kişinin bioloji olaraq 180 uşağı var. O, 13 ildən artıqdır ki, təbii, qismən və süni mayalanma kimi müxtəlif üsullardan istifadə edərək sperma donorluğu ilə məşğuldur. Onun sözlərin

16 may
.

Trampdan ABŞ müdafiəsi üçün təklif: "İsraildəki sistemə ehtiyacımız var"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə "Dəmir günbəz" raketdən müdafiə sistemi yaradacağına söz verib. O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib. "Ölkəmizin üzərində "Dəmir günbəz" tikəcəyik. Bu

18 may
.

Hindistanda azı 12 nəfər ildırım vurması nəticəsində həyatını itirib

Hindistanın şərqindəki Qərbi Benqal ştatında ildırımın vurması nəticəsində azı 12 nəfər həyatını itirib. Qeyd olunur ki, həyatını itirən şəxslər ştatın paytaxtı Kolkatadan 327 kilometr şimalda yerləşən Malda rayonunun sakinidirlər. Hadisə sakinlər tarlada işləyərkən baş verib

17 may
.

Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu

Slovakiyanın hücuma məruz qalan Baş naziri Robert Fitso mayın 17-də növbəti dəfə əməliyyat olunub. Bu barədə Slovakiya baş nazirinin müavini, eyni zamanda Müdafiə Nazirliyinin rəhbəri Robert Kalinyak məlumat verib. Onun sözlərinə görə, buna baxmayaraq, Fitsonun vəziyyəti hələ də ağır olaraq qalır. Kalinya

17 may
.

Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən yazıçı Yuray Tsintula məhkəmədə günahını etiraf edib. "Report" xəbər verir ki, bu barədə RTVS xəbər portalı məlumat yayıb. Bildirilib ki, prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxan məhkəmə iclasınd

18 may
.

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. "Report" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər. Ukraynanın rəsmi qurumları hələ ki, b

18 may