İnsanlar üçün SƏDAQƏT ÖRNƏYİ "Anqut" quşları : Cütləri ölsə belə ona sadiq qalan nadir canlı- FOTO

İnsanlar üçün SƏDAQƏT ÖRNƏYİ "Anqut" quşları : Cütləri ölsə belə ona sadiq qalan nadir canlı- FOTO"Anqut" – ördəyi xatırladan bu yabanı quşun başı ağ, gövdəsi qəhvə rəngində, quyruğu isə qara rəngli olur.

Tarixin ən sadiq quşu hesab edilir. Eyni fəsildən olan canlılar fizioloji olaraq hər cütləşmə dövründə fərqli biri ilə çoxalırlar. Amma Anqut quşlarında belə deyil. Həyatları boyu yalnız bir əks cinsin nümayəndəsini seçirlər və ömürlərini onunla birlikdə keçirirlər. Hətta Anqut quşlarının ən maraqlı xüsusiyyəti budur ki, onların əks cinsi ölərsə başları üstündə ölənə qədər dayana bilirlər. Yırtıcı quşlar "yoldaşının" cəsədini yesə də Anqut quşu öz sədaqətini onun başı üstündə durmaqla göstərir və qalan ömürü boyu heç bir quşla cütləşmir. Hətta bəzi inanclarda Anqutların "yas" tutduğu iddia edilir.

Dünyanın bir sıra ölkələrində bu quşa inanc missiyası da yükləyiblər. Belə ki, Anqutlar Eşq və evliliyin simvolu olaraq göstərilir.

Bəs anqutların yaşamı, qidalanması, ömrü necə? Yaşam tərzləri sizin üçün də maraqlı gəldisə davam edək…

Anqutlar torpağı eşib orada yaşayan heyvanların boş qalan yuvalarında məskunlaşırlar. Məsələn dovşan, yer eşən heyvanlar kimi bir çox canlıların yuvalarını özlərinə məskən sayırlar. Onlarda da cütləşmə dövrü mart ayına təsadüf edir və yumurtalarını sırf torpağa qoyurlar. Bu say isə 8-16 aralığında olur. Həmin yumurtaların 28 günlük formalaşma müddəti olur.

Sadiq quşların boyları 70 sm, ömürləri isə 8-10 il aralığında olur. Erkəklərinin boyun nahiyyəsi qara, dişilərinin isə göz və boyun nahiyyəsində ağ halqa olur.

Bəs bu quşlar necə qidalanır?
Dənli bitkilərlər yeyirlər. Taxıl, buğda, arpa, qarğıdalı kimi qidalarla rahat yaşaya bilirlər. Hətta ot-ələf də onlar üçün yaşam mənbəyi ola bilir. Lakin miqdarı çox olduqda mədə-bağırsaq sistemləri pozulur.

Ev şəraitində də saxlana bilir…

Dənli bitkilərlə ev şəraitində əhlilləşdirilib saxlanıla bilər. Onlarda adaptasiya- alışma prosesi sürətli gedir. Lakin qidaları dənli deyil, sıxlıqla ot-ələflə olarsa bu zaman problem yarada bilirlər.

Çoxalma dövrlərində isə 20-30 sm-lik torpaq zəmin olması onlar üçün yetərlidir. Torpaq örtük olmadan yumurtalarını qoymurlar. Ən əsası ördəkkimilər fəsiləsindən olduqları üçün hovuz, su yığılan ərazilər onlar üçün yaşaya bildikləri yerlərdir.

Adına şeirlər, hekayələr yazılan quş jarqon ifadə olaraq istifadə olunur…

Ən təəssüf doğuracaq məqam isə bu quşun, türkiyə və Azərbaycan kimi türkdilli ölkələrdə jarqon olaraq istifadə edilməsidir. Birinə Anqut deyildiyi zaman qarşı tərəfin buna reaksiyası sərt və daha aqressiv olur. Halbuki adına şeirlər yazılan Anqut sadiqlik, eşq, sevgi, saflıq- bir sözlə gözəl sözlər rəmzidir.

Bəlkə də Anqut sözünün bu cür işlədilməsi hərəkətləri ilə əlaqəlidir.
Küləyin əksinə hərəkət edərək, yerə enən bu quş növü səndəlləyən təəssüratı yaradır. Anqutların məhəllə ifadəsi bu səbəbdən də "saf, səfeh, qaba" olaraq bilinir./a24


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2154   Tarix: 27 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaq vaxtı "həkim olacam" deyən oğlan böyüyəndə görün kim oldu - VİDEO

Türkiyənin Ağrı şəhərində uşaqlıq illərində verdiyi müsahibədə gələcəkdə həkim olmaq istədiyini deyən uşaq, illər sonra bərbər peşəsini seçib. türk mediasına istinadən xəbər verir ki, aradan uzun zaman keçdikdən sonra arxivdən çıxan həmin müsahibəni izləyən şəxs gülüşünü saxlaya bilməyib. İllər əvvə

19 dekabr
.

Dünyaca məşhur ada qırmızı rəngə boyandı! Səbəb nədir? - VİDEO

İranın Hürmüzgan vilayətinə bağlı Hürmüz adasında qeyri-adi təbiət hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur ada yağıntılardan sonra qırmızı rəngə bürünüb və bu mənzərə böyük marağa səbəb olub. Məlumata görə, adanın qırmızı rəng almasının əsas səbəbi torpağında dəmi

18 dekabr
.

Tez-tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir. xarici KİV-ə istinadla bildirir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir. Ayaqyalın gəzməyin faydaları

19 dekabr
.

Zeytun yağından istifadə zamanı edilən 4 səhv

Zeytun yağından istifadə zamanı yol verilən geniş yayılmış səhvlər. Bir çox insan zeytun yağının istənilən halda faydalı olduğuna inanır. Lakin gündəlik istifadədə edilən bəzi səhvlər onun qida dəyərini ciddi şəkildə azalda bilər. bu 4 səhvi təqdim edir:. Yüksək temperaturda qızdırmaq. Ən böyük səhvlərdə

17 dekabr
.

Qayaların ortasında! 2 min illik monastırın son halı görənləri heyrətə gətirir - VİDEO

Türkiyənin Şırnak bölgəsində yüzlərlə il əvvəl inşa edilən və qayaların arasında yerləşdiyi üçün girişi olduqca çətin olan tarixi monastır görənləri heyrətə gətirir. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə təhlükəsizlik şəraitinin yaxşılaşmasından sonra əvvəllər daxil olunması mümkün olmaya

19 dekabr
.

Bu mürəbbələr şəfa qaynağıdır

Yay aylarında evdar xanımlar qışa hazırlıq üçün mürəbbə tədarük edirlər. Hazırlanan mürəbbələr içərisində moruq, heyva və zoğal mürəbbəsi şəfaverici xüsusiyyətlərinə görə seçilir. Onu da qeyd edək ki, xroniki qaraciyər və öd kisəsi xəstəliyi olanların həmin mürəbbələrdən az istifadə etməsi məsləhət görülür

19 dekabr
.

Wolfdoglarla qeyri-adi "ailə fotosu" sosial mediada viral oldu - VİDEO

Türkiyədə bir vətəndaşın fermasında saxladığı Wolfdog cinsi itlərlə çəkdiyi "ailə fotosu" sosial mediada böyük maraq doğurub. türk mediasına istinadən xəbər verir ki, vətəndaş itlərinə adlar verərək onları danışaraq yönləndirdiyi anları kamera ilə qeyd edib. Videonu izləyənlər yaşananlara inanmaqd

19 dekabr
.

Bu müqavilə Burak Özçivitə 45 milyon qazandırdı

"Kuruluş Osman" serialından ayrılan Burak Özçivit bu dəfə yeni layihəsi və yüksək qazancı ilə diqqət çəkib. Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur aktyorun bir inşaat şirkəti ilə bağladığı reklam müqaviləsindən 45 milyon lirə qazandığı iddia olunur. Məlumata görə, sözügedən anlaşm

16 dekabr
.

Daimi stresin dişlərə zərərli təsirləri açıqlanıb

"Daimi stres diş ətinin sağlamlığına ciddi zərər verir. Bu da gingivit və periodontit kimi diş əti xəstəliklərinə səbəb ola bilər". xəbər verir ki, bu barədə tanınmış rusiyalı həkim Dmitri Şavrov -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, əsəb bədənin diş ətlərinə mənfi təsir göstərə

17 dekabr