Fəxri ad alan məşhur simalar sevinclərini bölüşdülər - VİDEO

Fəxri ad alan məşhur simalar sevinclərini bölüşdülər - VİDEOPrezident İlham Əliyev incəsənət xadimlərini fəxri adlarla təltif edib.

"Xalq artisti" və "Əməkdar artist" adını aldıqlarını öyrənən məşhur simalar maraqlı paylaşımlar ediblər.

"Əməkdar artist" adına layiq görülən Elçin Cəfərov : "Bütün İncəsənət adamlarını təbrik edir və cənab prezidentə sənət camiyasına biganə qalmadığı üçün xüsusi təşəkkür edirəm!" şərhini və sərəncamın yer aldığı fotonu paylaşıb.

"Xalq Artisti" fəxri adına layiq görülən Natiq ritm qrupunun rəhbəri Natiq Şirinov da Azərbaycan bayrağı fonundakı şəklini paylaşıb və Dövlət başçısına təşəkkürünü ünvanlayıb. O: "Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında göstərmiş xidmətlərinə görə Şirinov Natiq Bahadur oğlunu Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görmüşdür. Cənab Prezidentimizə dərin təşəkkürlərimizi bildiririk…" şərhini "İnstagram" sosial şəbəkəsindən sevənləri ilə bölüşüb.

Eyyub Yaqubov isə "Xalq Artisti" fəxri adına layiq görülüb və o "Facebook" sosial şəbəkəsindən öz sevincini belə dostları ilə bölüşüb: "Əziz və hörmətli dostlar! Cənab prezidentin sərəncamı ilə "Xalq artisti" fəxri adına layiq görüldüm. Bunun üçün hər kəsə, sizlərə öz ehtiramımı bildirirəm!".
Qeyd edək ki, Yaqubovun bu şad xəbərinə təbrik şərhləri yağıb.

Məşhur klarnet ifaçısı Əlixan Səmədov isə təəccübünü gizlətməyib. O: " Biraz əvvəl aldığım xəbərə görə, Prezidentimiz Cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikası "Xalq Artisti" adına liq görüldüm. Çox xoşbəxtəm… Cənab Prezidentə şükranlarımı sunuram".

Avroviziya təmsilçimiz Səbinə Babayeva isə həmin anları yolda ikən öyrənib və sevincini gizlədə bilməyib. O: "Dostlar, mən artıq Azərbaycan Respublikasının Əməkdar Artistiyəm!

Cənab Prezident İlham Əliyev çox sağolsun ki, bu bayram günlərində bizə bu gözəl hədiyyəni, bu xoşbəxtliyi verdi. Mən çox xoşbəxtəm, çox sevinirəm. Birinci xanım, Mehriban Əliyeva sizə öz dərin təşəkkürümü , minnətdarlığımı bildirirəm!

Mən sənət yolunda həmişə tək olmuşam , təkbaşına irəlilədim. Heç bir köməksiz,yardımsız. Mənim yanımda heç bir komanda, prodüser çalışmayıb. Bu günü mən səbirsizliklə gözləyirdim, arzu edirdim öz ürəyimdə. Nə yaxşı ki, Cənab Prezidentimiz və hörmətli Vitse-Prezidentimiz bu hədiyyəni , bu xoşbəxtliyi bizə verdi!"- şərhini əlavə edərək sevincini gizlətməyib.

Sevilən ifaçılardan olan Miri Yusif isə : "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir neçə saat öncə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə incəsənət işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsinə qərar verib. Bugün bu siyahıda öz adımı görmək məni qürurlandırdı. 20 il öncə başladığım musiqi fəaliyyətimin son 10 ilini solo fəaliyyətə həsr etmişəm. Uğur əldə etmək heç vaxt asan olmayıb. Hər zaman öz əməyimə, sənətimə görə alın təri tökmüşəm və hər dinləyici alqışını dırnaqlarımla, əziyyətimlə tək-tək qazanmışam.
İlk öncə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə məni bu fəxri ada layiq gördüyünə görə dərin təşəkkür edirəm!
Daha sonra öz valideynlərimə minnətdarlığımı bildirirəm, çünki qazanmış olduğum hər uğurun memarı onlar olduğu kimi bu ad da onlara məxsusdur" şərhini və öz şəklini paylaşıb.

A24.Az sizə həmin anların videolarını da təqdim edir:


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2338   Tarix: 28 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO

Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan

3 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021