Ali məktəblərin, bağçaların və orta məktəblərin idarə edilməsi qaydaları dəyişdi

Ali məktəblərin, bağçaların və orta məktəblərin idarə edilməsi qaydaları dəyişdiNazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi", "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edib.

Sonxeber.az apa-ya istinadla məlumat verir ki, "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən "Publik hüquqi şəxslər haqqında" qanuna uyğun olaraq, dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin təsisçisinin nizamnamənin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən olunması üzrə səlahiyyətlərini Azərbaycan prezidenti ilə razılaşdırmaqla, Nazirlər Kabineti həyata keçirəcək.

Bu ali təhsil müəssisələrinin strukturun təsdiq edilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi üzrə səlahiyyətlərini tabeliyində dövlət ali təhsil müəssisələri yaradılan icra hakimiyyəti orqanları həyata keçirəcəklər. İndiyə qədər qüvvədə olan Nizamnaməyə əsasən isə ali təhsil müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan prezidentinin və Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilib. Azərbaycanda hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş ali təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin elmi şurası tərəfindən qəbul olunub və təsisçisi (prezidentinin və Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq olunub.

"Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsində edilən dəyişikliyə əsasən dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsi tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. Dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunacaq və tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. İndiyə qədər dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunub və təsisçi tərəfindən təsdiq edilib.

"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən bələdiyyə və özəl ümumtəhsil məktəbinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi, dövlət ümumtəhsil məktəbinin nizamnaməsi tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı ( Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq ediləcək. İndiyə qədər ümumtəhsil məktəbinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan prezidentinin və Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilib.

Qeyd edək ki, bu dəyişikliklər "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan prezidentinin 2018-ci il 28 fevral tarixli fərmanının icrasını təmin etmək məqsədi daşıyır. Fərmanda müvafiq olaraq "Publik hüquqi şəxslər haqqında" qanuna uyğun olaraq, dövlət tərəfindən yaradılan təhsil müəssisələrinin təsisçilərinin səlahiyyətləri müəyyənləşib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1310   Tarix: 30 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bir qardaş öldü, digəri yaralandı

Ötən gecə saat 00 radələrində Ağdaş rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Əlirza Lətifovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil ağaca çırpılıb. Nəticədə, nəqliyyat vasitəsində olan 37 yaşlı sərnişin Elgün Həsənov hadisə yerində ölüb, qardaşı 41 yaşl

3 iyun
.

Onlara bu qədər müavinət ödəniləcək

Diplomatik xidmət əməkdaşlarına verilən müavinətlərlə bağlı qanuna dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Diplomatik xidmət haqqında" Qanuna təklif olunan dəyişiklikd

2 iyun
.

Qubanın 3 kəndinin adı dəyişdirildi

Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdirilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Qanun imzalayıb. Qanuna əsasən, Quba rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdirilib:. - Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindək

1 iyun
.

Bakcell "YAŞAT" Fondunun "Hədiyyə Karvanı" layihəsinə dəstək oldu

Bakcell 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarını sevindirib. "YAŞAT" Fondunun təşəbbüsü ilə reallaşdırılan ölkəmiqyaslı "Hədiyyə Karvanı" layihəsi çərçivəsində şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş qəhrəmanların övladların

1 iyun
.

Vətəndaşın ticarət mərkəzindən aldığı 3 dondurmaya ödədiyi pulu eşidənlər şok olur - VİDEO

İstanbulda bir alış-veriş mərkəzində 3 dondurmaya 840 lirə ödəyən qadın sosial şəbəkədə paylaşdığı video ilə yüksək qiymətlərə etiraz edib. Bu barədə xəbər verir. Qadının sözlərinə görə, qiymət siyahısı kifayət qədər kiçik yazıldığı üçün əvvəlcədən qiymətlərə diqqət yetirməyib və maksimum 200 lirə ödəyəcəyin

2 iyun
.

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

Tanınmış vəkil Pərviz Məmmədovla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında maraqlı məhkəmə çəkişməsi baş tutub. "Qafqazinfo" xəbər verir ki, vəkilin şikayətçi olduğu işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Pərviz Məmmədov Bakı şəhərinin BülBül prospektində avtomobilini saxlayara

2 iyun
.

Space TV-dən getdi - "3 aydır maaş almıram"

Aparıcı Könül Muxtarova Space TV-dəki fəaliyyətini dayandırıb. Axşam.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, 3 aydır kanalda çalışsa da, maaş ala bilmir. "Üç aydır çalışdığım kanaldan maaş ala bilmirəm. Bundan sonrasına da vəd verə bilmirlər" deyə, Könül qeyd edib

2 iyun
.

Bu il Məhərrəm ayı nə vaxt başlayır?

Bu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb. xəbər verir ki, Miladi təqvimi ilə iyunun 16-da Məhərrəm ayının ilk günüdür. Məhərrəm ayının 10-u, Aşura günü isə iyunun 25-nə təsadüf edir. Məhərrəm ayı başa çatdıqdan sonra isə Səfər ayı başlayacaq

3 iyun
.

Cavid Gül "Space"dən çıxarıldı

Aparıcı Cavid Gül illərdir çalışdığı "Space"lə yollarını ayırıb. OLAY-ın əldə etdiyi məlumata görə, Cavid "Space" Radio-dakı rəsmi işindən çıxarılıb. Bundan əlavə, ixtisarların davam etdiyi kanalda 4 operator və 25 ildir əməkdaşları olan səs rejissoru da vəzifəsindən azad edilib

3 iyun