Maşını öz adına keçirmək üçün nə qədər xərc çəkməlisən?

Maşını öz adına keçirmək üçün nə qədər xərc çəkməlisən?Avtomobilin təkrar qeydiyyatı ilə bağlı prosedur, dövlət rüsumu və rüsumun ödənilməsi qaydası izah olunur

Son günlər rayon qeydiyyatı olan avtomobillərin Bakıya buraxılışının müəyyən vaxtlarda məhdudlaşdırılması ilə bağlı əlavə məsələlər də ortaya çıxıb. Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı sırf rayon qeydiyyatı olan Bakıya buraxılmasının gündüz saatlarda məhdudlaşdırılması ilə bağlı olsa da, Dövlət Yol Polisi başqa tədbirlər də həyata keçirir. Məsələn, gündüz vaxtı Bakı şəhərində idarə olunan rayon nömrəli maşınları da saxlayıb cərimə meydançasına aparırlar. Dövlət Yol Polisi sürücülərə müraciət edərək bəyan edib ki, Bakı şəhərində yaşayan, qeydiyyatda olan insanlar rayon qeydiyyatında olan avtomobilləri öz adlarına keçirməlidir. Amma bəzi sürücülər bu prosesin necə həyata keçiriləcəyini və bunun üçün dövlət rüsumunun nə qədər olduğunu bilmir.

Sonxeber.az-ın məlumatına görə, ortaya çıxan müəyyən suallara avtosfer.az aydınlıq gətirib. Bu işdə saytımıza daimi oxucumuz Rasim Məmmədov da kömək oldu. O, bir neçə gün əvvəl Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi sorğu verib və avtomobilin addan-ada keçirilməsi, yəni, təkrar dövlət qeydiyyatı ilə bağlı proseduru və qiymətləri öyrənib: "Şirvan şəhərində qeydiyyatda olsam da, sonradan qeydiyyat yerimi Bakı şəhərinə dəyişmişdim. Mülkiyyətçisi olduğum avtomobil isə Şirvan qeydiyyatinda qalmışdı. Bu il sentyabrın 15-dən sonra məlum səbəblərə görə maşınla hərəkətimə mane oldular. Mən də avtomobilin qeydiyyat yerini dəyişmək məqsədilə çəkəcəyim xərclərlə bağlı BDYPİ-yə sorğu göndərdim. Düşündüm ki, başqaları üçün də maraqlı olar və bu səbəbdən aldığım cavabı sizlərlə bölüşürəm".

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazovun imzası ilə vətəndaşa göndərilən məktubu oxuculara təqdim edirik. Həmin məktubda avtomobilin təkrar qeydiyyatı ilə bağlı prosedur və dövlət rüsumu, həmçinin, rüsumun ödənilməsi qaydası bir daha izah olunur. Ümumilikdə dövlət rüsumu 69 manat təşkil edir. Avtomobil texniki baxışdan da keçiriləcəksə, o zaman 20 manat da əlavə oluna bilər.

Maşını öz adına keçirmək üçün nə qədər xərc çəkməlisən?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 12742   Tarix: 16 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021