"Barı Naxçıvan" mahnısına görə Bakıda qan töküldü

"Barı Naxçıvan" mahnısına görə Bakıda qan töküldüGündüzlər müştərilərin üzünə bağlı, axşamlar açıq olan "Dəli Kür" kafesinə təşrif buyuranların əksəriyyəti nəm qoxuyan alaqaranlıq daxmalarda gecəsi 2-3 manata kirayə qalanlar olub. Günəmuzd fəhləlik edib qazandıqları qəpik-quruşu xərcləmək üçün bura toplananları həyat get-gedə daha da dibə doğru çəkib...

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə ittiham olunan Cəbrayıl rayon sakini 24 yaşlı Həsən Ağayev və Ağdaş rayon sakini 23 yaşlı Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən "Dəli Kür" kafesində baş verib. Kafedə rəqs üstündə yaranmış münaqişə qanla sonuclanıb. Belə ki, Fatma Abdullayevanın rəqs etməsinə irad bildirməsi Tofiq Mehtiyevin bıçaqlanmasına səbəb olub. Yaralı xəstəxanaya çatdırıldığından, onun həyatını xilas etmək mümkün olub.

Törətdikləri cinayət əməlinə görə H.Ağayev və E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlı) maddələri ilə ittiham irəli sürülüb. Barələrində Nəsimi rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Həsən Ağayevin ifadəsinə görə, o, "Papanin"də gecəsi 2 manata kirayə qalıb. Hadisə baş verən gün dönər yeyib spirtli içki qəbul edən H.Ağayev əvvəlcə internet-kluba gedərək sosial şəbəkələrdə vaxtını "öldürüb". Gecəyarısı taksi sürücüsü olan "Malış" ləqəbli dostu ilə yolunu yenidən "doğma məkan"a salıb. Kafeyə girərkən Fatma adlı tanışının iki kişi ilə stol arxasında əyləşdiyini görüb. Bir qədər keçmiş Fatma yanındakı kişilərlə birgə "Barı Naxçıvan" mahnısını rəqs etməyə başlayıb: "Sonradan adını bildiyim Tofiq Mehtiyev Fatmaya əli ilə nəsə işarə edib dedi. Əl-üzümü yumaq üçün bayıra çıxıb geri qayıdanda Fatmanın uca səslə kimisə söydüyünü eşitdim. Səs-küy saldığına görə onu silləylə vurdum. Fatma "məni niyə vurursan, kişiliyin çatırsa, get onu vur" dedi. Tofiqi nəzərdə tutduğunu başa düşdüm. Tofiqə əlimlə işarə edib onu küçəyə çağırdım, əhəmiyyət vermədi. Yanına gəlib dedim ki, gəl çıxaq çölə, səninlə söhbətim var. Köynəyim yuxarı qalxdığından mənim bıçaq çıxarmaq istədiyimi güman edib biləyimdən yapışdı, mübahisə etdik. Bıçağın tiyəsini açıb Tofiqə sinəsindən və belindən bir neçə zərbə endirdim. Kafedə olanlar bizi araladılar, bıçaq əlimdən düşdü, məni zaldan çıxardılar. Təkrar zala qayıdıb hələ ayaq üstə olan Tofiqin sinəsinə təpiklə vurdum, yerə yıxıldı".

H.Ağayev ifadəsində Elvin Əliyevlə dostluq münasibətləri olmadığını, onu kafeyə-gəlib gedən müştəri kimi tanıdığını göstərib. F.Abdullayevə gəlincə isə, onunla iki-üç il əvvəl tanış olduqlarını, hətta qısa müddət Xırdalanda bir yerdə kirayə yaşadıqlarını bildirib: "Hadisə vaxtı ətrafda çoxlu adam olduğundan, Elvinin hansı hərəkətlərə yol verdiyini xatırlamıram. Evə gəlib yatdım. Səhər yuxudan oyananda axşam nə hadisə baş verdiyini dəqiqləşdirmək üçün "20 Yanvar"a – "Malış"ı axtarmağa getdim, tapa bilmədim. Elə bu vaxt polis əməkdaşları məni tutub polis bölməsinə apardılar".

Təqsirləndirilən Elvin Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində "Meyvəli" bazarında işlədiyini, "Papanin"də gecəlik kirayə qaldığını göstərib: "İşdən çıxandan sonra dostum Sənanın ad gününü qeyd etməyə getmişdim. Sənangillə birgə "Dəli Kür"ə gələndə "Fatoş" kimi tanıdığım, yüngül həyat tərzi sürən qadın orada iki kişi ilə oturmuşdu. Adını sonradan bildiyim, başına butulka vurduğum Tofiqi isə əvvəllər tanımamışam. Sənangil getdikdən sonra bayıra çıxanda "Fatoş"un nəyəsə görə deyindiyini, Həsənlə Tofiqin isə zalda tutuşduqlarını gördüm. Tez zala girib onları ayırdım. Tofiq nalayiq söyüşlər söyüb məni təhqir etdi. Əsəbiləşib onu yumruqla vurdum. Mühafizəçilər məni tutub kənarlaşdırdılar. Onların əlindən çıxıb stolun üstündəki pivə bokalını Tofiqin başına vurdum. Həsənlə birgə "Malış"ın maşınına oturduq, hara gedəcəyimizi bilmirdik. Səhərə yaxın "Meyvəli"yə getdim. Ancaq özümdə olmadığıma görə işləyə bilmədim".

Zərərçəkmiş Tofiq Mehtiyev ifadəsində iş yoldaşları ilə birgə bir neçə dəfə "Dəli Kür"ə gəldiyini, kafedə "Fatoş" kimi çağırılan qadının müxtəlif kişilərlə əyləndiyini, müştəri tapıb harasa apardığını, sonradan qayıdıb gəldiyini, hətta bir dəfə ona da yaxınlaşdığını, amma xidmətlərindən imtina etdiyini göstərib: "Həmin gün "Fatoş" iki kişi ilə oturmuşdu. Arada gəlib bizim stolda əyləşmək istəsə də, mən icazə vermədim. Təxminən saat 3-də "Fatoş" yanındakı kişilərlə Naxçıvana aid mahnıya oynamağa başladı. Mahnını milli rəqs kimi yox, disko rəqsi kimi oynamağı xoşuma gəlmədi. Oynayıb qurtarandan sonra əlimlə yanıma çağırıb "Barı Naxçıvan" mahnısına belə əcaib formada oynamasına irad tutdum".

Zərərçəkmişin ifadəsinə görə, F.Abdullayevanın milli musiqiyə hörmətsizlik etməsinə irad bildirdikdə sonuncu "əcəb edirəm" deyib: "Söyüş söyə-söyə gedib yerində oturdu. Mənə tərəf baxır, nəsə danışır, başa düşürdüm ki, söyür. Əlimlə yenə çağırdım, amma gəlmədi. Bir qədər sonra Həsən bizim stola yaxınlaşıb məni çölə çağırdı. Cibindən bıçaq çıxarmaq istədikdə əllərindən tutdum. Məni "yox edəcəyi", "məhv edəcəyi" ilə hədələməyə başladı. Biz mübahisə edərkən Elvin də Həsənə qoşuldu. Həsən məni bıçaqla vuranda Elvin də yumruq-təpiklə vururdu. Kafedəkilər bizi zorla ayırdılar. Məni xəstəxanaya apardılar, əməliyyat olundum".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4167   Tarix: 09 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü

Hindistanda bir kişi qisas məqsədi ilə bir yaş yarımlıq qızı qaçıraraq vəhşicəsinə qətlə yetirib. Qatil sevgilisinin qızın atası ilə onu aldatdığından şübhələnib. xarici mediaya istinadən xəbər verir ki, ana qızı özü ilə yatızdırsa da, ayılanda uşağı tapmayıb. Ertəsi gün körpənin meyiti çoxsaylı xəsarətlərl

20 aprel
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. "Qaynarinfo"nun məlumatına görə, general xidmət rəisi işlədiyi müddətd

26 aprel
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel