Telelviziyalarımız getdikcə "soyunur"

Telelviziyalarımız getdikcə "soyunur"Bir müddət əvvələ qədər Azərbaycanda "dansöz"lərə ailə ilə birlikdə tamaşa edənlərin sayı az idi. Uzun illər islam aləmində və qardaş Türkiyədə yaşamasına baxmayaraq, sovet əxlaqının formalaşdırdığı mühafizəkar mədəniyyətimizdə bu rəqs o qədər də doğmalaşa bilmirdi. Hətta qonaqlıqlarda rəqqasələr azərbaycanlı qızlar yox, cingənələr olurdu. Lakin onlar da yaxşı geyinər və heç bir əxlaqsız hərəkətə yol verməzdilər.
"Dansöz" (fransız dilində "danseuse" – "rəqqasə") türkcədə oriyental rəqs (göbək rəqsi) edən qadınlar üçün istifadə edilən addır. Osmanlıda onlara "çengi" deyilirdi. Oriyental rəqs ənənəvi Şərqdən gəlir. Qərbdə daha çox "belly dance" – "göbək rəqsi" olaraq tanınır, Yunanıstan və Balkan ölkələrində "qoşatelli" (bel və sinə titrədilərək oynanılan rəqs) adlanır.
Son vaxtlar toy, ad günü məclislərinə dəvət alan "dansöz"lər tez-tez televiziyalarda da görünməyə başlayıb. "Oriyental rəqs" adı altında bəzi biədəb hərəkətlərin efirləri bu qədər zəbt etməsi nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı kult.az-a danışan xalq artisti, Azərbaycan Dövlət Rəqs ansamblının solisti Təranə Muradova bildirib ki, hazırda efirlərdə göstərilən "oriyental"ı küçələrdə ifa edilən qaraçı rəqsinə çeviriblər:
"Oriyental rəqsin dərin tarixi var. Hazırda bu rəqsin təbliğatına efirlərdə o qədər yer verilir ki, bizim öz milli rəqslərimiz kənarda qalır. Son dövrlər bayağı verilişlərin olması və ya verilişlərə bayağı insanların dəvət olunması adət halını alıb. Bizim gözəl milli rəqslərimiz var, xalqımız öz tarixini, öz milli rəqslərini təqdim, təbliğ etməlidir".
T.Muradova onu da vurğulayıb ki, əsl ərəb rəqsi açıq-saçıq geyimlə nümayiş olunmur:
"Göbək rəqsi ifa edənlərin seçdiyi geyim həmin ölkənin folklorundan asılıdır. Keçmişdə bu rəqsi ifa edənlər üçün hər ölkənin özünə uyğun paltarı olurdu. Hər rəqsi ifa edə bilmək üçün ilk növbədə onun tarixini, duruşunu, stilini, xalqını tanımaq lazımdır. Amma indi hər hoppanıb-düşən özünü rəqqasə sayır. İndiki rəqqasələrin həddindən artıq açıq-saçıq geyimdə el məclislərində iştirak etməsi doğru deyil".
Mövzu haqqında danışan media eksperti Zeynal Məmmədli isə bildirib ki, efirdə aşırı təbliğata yol vermək ictimai əxlaqı pozur:
"Zaman keçdikcə hər şey dəyişir, yenilənir. Buna görə də rəqqasələrə, onların geyiminə, davranışlarına bu cür yanaşmaq doğru deyil. Oriyental ona görə Şərq rəqsidir ki, burada ehtiraslar, qadın bədəninin gözəllikləri və s. üzə çıxır. Televiziyalarımızda əsas problem təşkil edən məsələ də odur ki, oriyental rəqs hesabına tamaşaçının diqqətini cəlb etməyə çalışırlar. Görünür, proqram hazırlayanların yaradıcılıq sərbəstlikləri yoxdur. Onlar efirdəki boş zamanı bununla doldurmağa, varlıqlarını sübut etməyə çalışırlar.
Rəqslərin formasında yenilənmə olduğu kimi, geyimlərdə də müəyyən qədər fərqliliyin yaranması normaldır. Amma bütün bu məsələlərdə ifrata varanda, "qırmızı xətt"i keçəndə sözsüz ki, ictimai əxlaq da, sənət də, müstəqillik də pozulur. Sənət o dərəcədə zirvədə olmalıdır ki, rəqqasənin çılpaqlığı ön planda olmamalıdır. Görünür, onların rəqsi izləyicini cəlb etmir və insanların diqqəti paltara yönəlir.
Araşdırmaq lazımdır ki, görəsən, niyə bizim televiziyalar belə üsullarla diqqət çəkməyə çalışırlar. Nəyə görə televiziyalarımızda cəmiyyət üçün mübahisəli olan çox vacib mövzular qəti diqqət çəkmir, amma belə məsələlər qabardılır. Bütün soyunmaqlıq, maymaqlıq, söz oyunu aparmaq, efirə yaraşmayan formada davranış sərgiləmək yaradıcılığın olmamasından irəli gəlir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1964   Tarix: 10 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021