Dünyanın ən bahalı 10 restoranı – FOTO

Dünyanın ən bahalı 10 restoranı – FOTO"Top Expensive" nəşri dünyanın ən bahalı 10 restoranının reytinqini hazırlayıb.

Sonxeber.az həmin reytinqi təqdim edir:

10. "MASA" (Nyu-York)

Nyu-Yorkun Taym Uorner Senter qülləsində yerləşir. Restoran yapon əsilli baş aşbaz Masa Takayamanın adınadır. Sabit menyusu yoxdur. Şefin seçimindən asılı olaraq 3 saatlıq yemək seansı olur. ƏDV və ofisiantlara verilən "çay" pulunu çıxmaqla ən ucuz yemək bir müştəriyə 350 dollara başa gəlir. İçkilərin qiyməti isə 400 dollardan başlayır və 2000 dollarda qurtarır.

9. "Le Pre Catelan" (Paris)

Restoran Bulen Meşəsi parkının düz mərkəzində yerləşir. Eksklüziv yeməklər 130 dollardan başlayır. Yeddi soyuq və isti yemək növündən ibarət menyu 255 dollar təşkil edir.

8. "Misoguigawa" (Yaponiya)

Restoranda Fransa və Yaponiya mətbəxinin sintezinin məhsulu olan yeməklər təqdim olunur. 8 isti və soyuq yemək növündən ibarət menyu bir müştəriyə 162 dollara başa gəlir. Xüsusi menyu 270 dollara yaxındır. Restorana tələb son dərəcə böyük olduğundan müştərilər yerləri beş gün əvvəl bron etməli olur.

7. "Sublimotion"( İbiza)

Sualtı restorandır. Ən varlı insanların favorit restoranlarından sayılır. Dünyanın ən təcrübəli aşbazlarını bir araya gətirən restoran unikal yemək növləri təqdim edir. 20 isti və soyuq yemək növündən ibarət menyu 2078 dollara başa gəlir.

6. "Beige" (Yaponiya)

Tokyonun Qinza rayonunda Chanel qülləsinin ən son mərtəbəsində yerləşir. Dünyanın ən tanınmış aşbazlarından olan fransız şef Alan Dükas burada çalışdığından milyonçuların üz tutduğu əsas istiqamətlərdəndir. 4 yeməkdən ibarət menyu 147-190 dollar arasında dəyişir. Normalda müştəri bu restoranda orta hesabla günə 259 dollar xərcləyir.

5. "Aragawa" (Yaponiya)

On ildən çoxdur ki, dünyanın ən bahalı restoranlarının beşliyində yerini heç kimə güzəştə getmir. Restoranda bir dəfəyə cəmi 22 müştəriyə xidmət olunur. Bir müştəri orta hesabla 341 dollar xərcləyir.

4. "Gordon Ramsey" (London)

Xüsusi müştərilərə xidmət göstərir. 2001-ci ildən bəri 3 "Mişelin" ulduzunun sahibidir. Bir yeməyin qiyməti 320 dollardan başlayır. Ən bahalı şərabın bir badəsi 18,850 dollara başa gəlir.

3. "Crissier" (İsveçrə)

40 ildən çoxdur ki, dünyanın ən məşhur baş aşbazlarının ocağıdır. Bir çox yeməklər qırmızı meyvələrdən ibarət sufle və qızardılmış göbələklərlə müşayiət olunur. Bir yemək porsiyası orta hesabla 415 dollara başa gəlir.

2. "İtha" (Maldiv)

2014-cü ildə dünyanın ən gözəl və ən bahalı restoranı seçilib (Nyu-York Times versiyasına görə). Hind okeanının beş metr dərinliyində yerləşir. Müştərilərə nahar edə-edə xromatik sualtı bağlara və müxtəlif su canlılarına tamaşa etmək imkanı verir. Əsasən Avropa mətbəxi ilə xidmət göstərilir. İçki və "çay" pulunu çıxmaqla ən ucuz menyu 320 dollara başa gəlib. Əslində isə bir müştəri azı 500 dollar xərcləyir.

1. "Sublimotion" (İspaniya)

İbizada "Hard Rock" otelində yerləşir. Bir müştəri orta hesabla yemək və içkilərə 2,173 dollar xərcləyir. 2000 dollarlıq menyuya 15-20 isti-soyuq yemək növü daxildir.
Dünyanın ən bahalı 10 restoranı – FOTODünyanın ən bahalı 10 restoranı – FOTODünyanın ən bahalı 10 restoranı – FOTODünyanın ən bahalı 10 restoranı – FOTODünyanın ən bahalı 10 restoranı – FOTODünyanın ən bahalı 10 restoranı – FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1802   Tarix: 10 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqələndirib. BİG.AZ -a istinadən bildirir ki, 2022-ci ildə 54 yaşlı Çae Kyung An həyat yoldaşı Yeon Ana vəhşicəsinə diri-diri basdırdığı üçün həb

5 may
.

Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO

"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır. Bu barədə "9to5Google" portalı xəbər verir. Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imka

5 may
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28 aprel
.

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb. Qeyd olunub ki, siyənək balığı Norveç qızılbalığı üçün yem kimi istifadə olunur və kütləvi şəkildə tutulur. Dünya qızılbalığının yarıdan çoxunu təmin edən Norveç isə ötə

5 may
.

Tezbazar.Az - Təmir, tikinti və xidmət elanları

Pulsuz elanlar saytı -ın xidmətlər bölməsi ən çox baxılan bölmələrdəndir! Bu bölmənin özünün də xeyli sayda kateqoriyası var: IT-kompüter, Hazırlıq kursları, Nəqliyyat və logistika, Gözəllik və sağlamlıq, Təmir və tikinti, Texnika təmiri, Musiqi, Əyləncə, Toyların təşkili, Reklam və dizayn, Mebel yığılması

6 may
.

Ölümdən sonrakı həyat haqqında MARAQLI FAKTLAR

Ölüməqədərki hisslər geniş yayılıb, lakin elm adamlarının onların dəqiq nə olduğuna dair dəqiq cavabları yoxdur. Elm dünyasında həm skeptiklər, həm də ölüməqədərki hisslərin ölümdən sonra mövcudluğun sübutu olduğuna inananlar var. xarici KİV-ə istinadən bildirir ki, qəhrəmanların ölümə yaxın təcrübələr

2 may
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28 aprel
.

Mayda niyə toy etməzlər?

Xalqımızın toy kimi bir adəti var. Lakin bu gözəl və maraqlı ənənənin qəliz tərəfləri də mövcuddur. El arasında "May ayında toy etməzlər", "May ağır aydır" deyə inanclar hərdən insanları çaş-baş salır. Məsələn, may ayında toy etmək istəyənlərin sayı olduqca azdır. Bu isə təbii ki

4 may
.

Gözəllik və sağlamlıq xidmətləri Xidmetler.AZ saytında

ın əsas kateqoriyalarından olan Gözəllik və Sağlamlıq bölməsindən daha çox xanımlar istifadə etsələr də, burada kişilər üçün də xidmətlər nəzərdə tutulub. Təbii ki, kişilərlə müqayisədə xanımlar daha baxımlı olurlar. Buna görə də mütəmadi olaraq kosmetoloqa, saç ustasına, manikür və pedikür ustasın

4 may