Avtomobilləri cərimə meydançası adı ilə pullu dayanacağa aparırlar - FOTO

Avtomobilləri cərimə meydançası adı ilə pullu dayanacağa aparırlar - FOTOSürücü: "Məcburiyyət qarşısında tələb olunan pulu verib avtomobilimi çıxardım"

Kamran Əliyev: "Yol polisinin nəqliyyat vasitəsini ödənişli dayanacağa aparması yalnız sürücünün razılığı ilə ola bilər"

Son vaxtlar yol polisi tərəfindən saxlanılan avtomobillərin ödənişli dayanacaqlarda saxlanılması ilə bağlı şikayətlər çoxalmaqdadır. Sürücülər yol polisi tərəfindən onların şəhərin mərkəzindəki dayanacaqlara istiqamətləndirildiklərini və nəqliyyat vasitəsinin burada saxlanmasına görə xeyli pul vermək məcburiyyətində qaldıqlarını bildirirlər. Belə bir hadisə Lent.az-ın əməkdaşlarından birinin də başına gəlib. Xanım əməkdaş oktyabrın 13-ü saat 09:40-09:45 radələrində "Beşmərtəbə" dairəsi adlanan ərazidə yol polisi tərəfindən saxlanıb və avtomobili yaxınlıqda yerləşən ödənişli dayanacağa aparılıb: "99 YP 345 dövlət nömrə nişanlı polis maşını qayda pozduğuma görə məni saxladı. Mənə məlum olan ödənməmiş cəriməm olduğunu və vaxtı keçdiyi üçün avtomobilin həbsə qoyulduğunu, buna görə də cərimə meydançasına aparılacağını bildirdi. Polislər onları müşayiət etməyi tələb etdilər və bu tələbə tabe oldum. Onların arxasınca avtomobili "Qış bulvarı"nın altındakı parkinqə sürdüm. Təbii ki, birinci parkinqə onlar daxil oldu və sonra mən daxil olmaq istəyəndə şlaqbaun aşağı endi , polislər dayanıb mənim aparatdan çek çəkməyimi gözləyirdi. İşarə ilə bildirdilər ki, aparatdan çek vurum. Mən də bunu etdim və parkinqə daxil olduq. Orada maşının saxlanılması haqqında sənədlərə qol çəkdim, mənə bildirdilər ki, cəriməni ödəyib maşını həbsdən azad edə bilərəm. Oktyabrın 15-də cəriməmi bankların birində ödədim, çeki Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə apardım və maşını həbsdən azad etdim. Avtomobilimi götürmək üçün "Qış bulvarı"nın altındakı dayanacağa gələndə orada əyləşib maşınların açarlarını götürən və sənədlərə qol çəkdirən şəxs bildirdi ki, maşın burada qaldığı üçün sutkası 6 AZN olmaqla pul ödəməliyəm. Mən buna etiraz etdim və Tarif Şurasının qərarı ilə dövlət rüsumu haqqında qanuna əsasən cərimə meydançasının sutkasının 30 qəpik olduğunu dedim. Həmin şəxs isə sutkası 6 AZN-dən olaraq hesablanan pulu aparata ödəməsəm, maşını çıxara bilməyəcəyimi dedi. Mənim də başqa yolum qalmadı, 15 AZN ödəyib maşını çıxardım".

Əməkdaşımız bildirir ki, "Qış bulvarı"nın parkinqində cərimə meydançasının olması haqqında heç bir nişan, plakat və yazı yox idi: "Ora biz bildiyimiz pullu parkinqdir. Polis cərimə meydançasına aparılmalı maşını maşının saxlanıldığı əraziyə yaxın cərimə meydançasına aparmalıdır. 5 mərtəbənin dairəsinə yaxın cərimə meydançası Cavanşir körpüsünün yanındakı və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasıdır. Bu halda, polis məni bu iki yerdən birinə aparmalıydı. Yox, əgər Qış bulvarının parkinqi cərimə meydançasıdırsa, niyə orada buna aid işarə və ya bildiriş yoxdur? Üstəlik, niyə sutkası 30 qəpik yox, 6 manatdır?".

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı bildirib ki, yol polisinin nəqliyyat vasitəsini ödənişli dayanacağa aparması yalnız sürücünün razılığı ilə ola bilər: "Tarif Şurasının təyin etdiyi tarif var və polisin müvəqqəti saxlanma dayanacağına aparılan nəqliyyat vasitəsinin orada qaldığı hər sutkaya görə 30 qəpik ödəməlidir. Yox əgər sürücü maşının yol polisinin dayanacağına aparmaq istəmirsə, şəhərin mərkəzində, özünə uyğun yerdə qalmasını istəyirsə, bu da mümkündür və yol polisi ilə razılaşdırıb maşını həmin parkinqdə saxlaya bilər. Eləcə də, yol polisi vətəndaşın razılığı olmadan onun avtomobilini ödənişli, kommersiya xarakterli dayanacağa sala bilməz".
K.Əliyev əlavə edib ki, vətəndaşlar başlarına gələn bu tip hadisələrlə bağlı müvafiq yol polisi idarəsinə müraciət edə və məsələni tam aydınlaşdıra bilər.
Avtomobilləri cərimə meydançası adı ilə pullu dayanacağa aparırlar - FOTOAvtomobilləri cərimə meydançası adı ilə pullu dayanacağa aparırlar - FOTOAvtomobilləri cərimə meydançası adı ilə pullu dayanacağa aparırlar - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3802   Tarix: 19 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr