Ermənistan Qarabağa Abxaziyadan döyüşçü toplayır: GİZLİ FAKTLAR ÜZƏ ÇIXDI

Ermənistan Qarabağa Abxaziyadan döyüşçü toplayır: GİZLİ FAKTLAR ÜZƏ ÇIXDIBu günlərdə tanınmamış "Abxaziya Respublikasının" sakini Xamid Ardjeniyanın separatçı rejimin pasportu ilə "Zvartnos" hava limanında heç bir maneə olmadan Ermənistana daxil olması qalmaqala səbəb oldu.

Ardjeniya "Zvarnost" hava limanında erməni gömrükçülərinin "Abxaziya Respublikası" tərəfindən ona verilmiş pasporta giriş-çıxış ştampı vurmasını əks etdirən fotoşəkili özünü "feysbuk" səhifəsində paylaşıb.

Qalmaqal da bundan sonra başlayıb və Ardjeniya fotonu səhifəsindən silib. Lakin media əməkdaşları həmin fotonu yayımlayıb.

Bu, Gürcüstanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistanın Abxaziya separatçılarının pasportu ilə gələn insanları heç bir maneə olmadan ölkəyə buraxmasını təsdiq edən faktdır.

Ermənistanda Qərbyönümlü QHT-lər bu faktı pislədi, "Abxaziya Respublikası" isə pasportlarını "tanıdıqları" üçün İrəvana təşəkkür etdi.

Məsələni araşdıran Gürcüstan mediası isə "Abxaziya Respublikası"nın pasportunu daşıyan şəxslərin Ermənistana gedərək, oradan da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyini yazıb.

Abxaziyada yaşayan və Qarabağdakı qondarma rejimlə əsas əlaqələri quran Qalust Trapizonyan etiraf edib ki, 2016-cı ildə "aprel müharibəsi" zamanı Abxaziyadan Qarabağa döyüşçülər göndərilirdi.

"2016-cı ilin aprelində biz hamımız döyüşə yollandıq. Biz ön cəbhədə vuruşurduq", - deyə Trapizonyan bildirib.

Ermənistanda "Abxaziya Respublikası"nını pasportunu tanımadıqlarını bildirsələr də, əslində İrəvan bu prosesi gizli şəkildə təşkil edir. Çünki müharibə olacağı təqdirdə, "aprel müharibəsi"ndə olduğu kimi Ermənistan yenə də çağırışçı problemi ilə üzləşəcək. Abxaziyada erməni icması isə potensial döyüşçü kadrlarıdır. Görünür, İrəvan separatçıların pasportu ilə gizli keçidləri indidən təşkil etməklə gələcək müharibəyə döyüşçü toplayır.

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1559   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel