Deputatdan yol polisinə ETİRAZ: "İcra başçısına "çest" verir, millət vəkilinə hörmətsizlik edir"

Deputatdan yol polisinə ETİRAZ: "İcra başçısına "çest" verir, millət vəkilinə hörmətsizlik edir""Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Dövlət Yol Polisinin rəhbərliyi ilə Milli Məclisin deputatları arasında görüş keçiriləcək. Hələ ki bu görüş planlaşdırılmayıb. Məlumatım da yoxdur. Olsaydı, xəbərim olardı. Çünki dəfələrlə Milli Məclisin plenar və komitə iclaslarında yol polisi-deputat münasibətlərinə toxunulub. Təəssüf edirəm ki, bəzəm bu məsələ sosial şəbəkələrdə elə qələmə verilir ki, guya deputatlar özlərinə imtiyaz tələb edirlər. Burada əsas məqsəd imtiyaz tələb etmək deyil. Sadəcə olaraq, burada söhbət Konstitusiyadan və "Deputat statusu haqqında" Qanundan irəli gələn məsələlərdən gedir".

Sonxeber.az-ın məlumatına görə, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib. O bildirib ki, heç zaman deputatın hansısa imtiyaz sahibi olmağına tərəfdar deyil:

"Mən ümumiyyətlə toxunulmazlığın da tərəfdarı deyiləm. Ancaq bu, qanunda göstərilibsə, yerinə yetirilməlidir. Yol polisi "Deputatın statusu haqqında" qanunda nəzərdə tutulan halları yerinə yetirməlidir. Adətən yol polisi əməkdaşları Konstitusiya və "Deputat statusu haqqında" qanunla maraqlanmırlar. Onlar əsasən, İnzibati Xətalar Məcəlləsinə istinad edirlər. Yol polisi əməkdaşları bilməlidir ki, deputatın avtomobili dayanacağa aparıla bilməz, deputatın özü və ailəsi, ona məxsus əşyalar, maşını axtarışa məruz qala bilməz. Ola bilər ki, deputat pisdir. Amma söhbət ondan gedir ki, deputat müəyyən seçiciləri təmsil edir. Onun aşağılanması statusuna və nüfuzuna zərər vurur".

T.Kərimli qeyd edib ki, deputatdan qat-qat aşağı səlahiyyətli nümayəndələr var ki, məsələn, icra hakimiyyətlərinin nümayəndələri yol polisin qarşısından 100-lə də keçsə, ona "çest" verirlər.

"Halbuki, onların heç birinin toxunulmazlıq statusu yoxdur. Amma deputatın, hakimin belə bir statusu olsa da, hörmət göstərilmir. Niyə? Çünki deputatın əlində elə bir səlahiyyət yoxdur ki, kimisə işə götürsün. Ona görə də bəziləri deputatı sanki bilərəkdən aşağılayırlar. Bəzi ölkələrdə Dövlət Yol Polisi İdarəsi ləğv edilib. Ancaq bizdə mentaliteti nəzərə alaraq, mən bu qurumun ləğvinin tərəfdarı deyiləm. Onlar olmasa yol-hərəkəti qaydaları daha çox pozular. Çünki biz qaydanı pozmağa öyrənmişik".

Deputat deyib ki, adətən işə piyada gedib-gəlir.

"Amma Milli Məclisə və ya dövlət tədbirlərinə gedən zaman avtomobildən istifadə edirəm. Düşüb aşağıda gözləyirəm ki, maşına oturmağa 1 saniyə gecikməyim ki, yoxsa yol polisi maşının şəklini çəkəcək və ya etiraz edəcək. Amma yanımda filankəsə məxsus maşın dayanır, ona bir söz deyən də yoxdur . Deputat bu qədər zəifdir? Mən 1990-cı illərdə deputat olarkən istənilən vəzifəli şəxs deputatın hörmətini saxlayırdı. Bilirdilər ki, deputat onun məsələsini Milli Məclisdə qaldıra bilər.
Bəs indi niyə belədir? Bu nə deməkdir? Qətiyyən aşağılanmaya yol vermək olmaz".

T.Kərimli bildirib ki, əgər deputat qaydanı pozursa, bununla bağlı özünə və Milli Məclisə təqdimat göndərilməlidir.

"Milli Məclisin İntizam Komissiyası buna baxa bilər . Deputat haqqında sərt tədbirlər görülə bilər. Bunu ancaq Milli Məclis edə bilər. Hansısa, yol polisi əməkdaşı deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3101   Tarix: 16 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel