Tikinti materiallarının qiyməti qalxacaq?

Tikinti materiallarının qiyməti qalxacaq?Mənzil bazarındakı durğunluq tikinti materialları bazarından da yan keçməyib.

Oxu.Az "İteca Caspian" şirkətinin təşkil etdiyi "BakuBuild-2015", 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində hazırda tikinti materialları bazarındakı son vəziyyətlə tanış olmaq üçün bir çox yerli şirkət rəsmilərinin məsələ ilə bağlı fikirlərini öyrənib.

Belə ki, tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətin rəsmisi Oxu.Az-a bildirib ki, yaxın gələcəkdə qiymətlər qalxacaq:

"Manatın devalvasiyasından sonra 99% şirkət istehsal etdiyi məhsulun qiymətini təxminən 20% qaldırıb. Hətta qeyd edim ki, yaxın gələcəkdə, Parlamentə seçkilərdən sonra, bütün tikinti məhsullarının istehsalı ilə məşğul olan şirkətlər qiyməti qaldıracaq".

Şirkətin rəsmisi bildirib ki, qiymət aşağı olsa da, alıcılar zəifdir:

"Amma onu da vurğulayım ki, azərbaycanlı alıcı həmişə baha məhsul axtarır, çünki onlar fikirləşir ki, ucuz məhsulun keyfiyyəti də aşağıdır. Bizim şirkət devalvasiyadan sonra belə qiyməti qaldırmadı, amma bu o demək deyil ki, məhsullarımız ucuz olduğuna görə keyfiyyətsizdir".

Başqa bir şirkətin rəsmisi isə qeyd edib ki, tikinti işləri zəiflədiyinə görə, satışlar da azalıb:

"Azərbaycanda son 7-8 ay içərisində bütün sahələrdə olduğu kimi, tikinti materialları sahəsində də bir az işlər durğun keçir. Amma ümid edirik ki, qısa müddətdə, bu düzələcək. Bu, şirkətin mənfəətinə də pis təsir edir.

Belə ki, hazırda tikinti işləri zəifləyib, buna görə də məhsullarımızın satışı da aşağı düşüb. Bu da şirkəti çətinliklə üzləşdirir. Bilirsiz ki, şirkətdə xeyli işçi işləyir, bir sıra xərclərimiz var".

Şirkətin rəsmisi onu da vurğulayıb ki, qiymətlər aşağı düşsə də, satış azalıb.

Sement istehsalı ilə məşğul olan başqa bir şirkət isə qeyd edib ki, alıcılıq qabilliyyəti aşağı olsa da, şirkətlər arasında rəqabət çox güclüdür:

"Ümumiyyətlə, Azərbaycandakı vəziyyətdən xəbərdarsız. Ümumdünya iqtisadi böhran istər-istəməz ölkəyə də təsir edir. Bu o deməkdir ki, tikinti bazarına da öz təsirini göstərir. Bu isə ona gətirib çıxarır ki, qiymətlər istər-istəməz aşağı düşür.

Həm də ki, hazırda bazarda rəqabət daha güclüdür. Bugünkü gün Azərbaycanda istehsal edilən sementin miqdarı daha çoxdur, nəinki ona tələbat. Tikinti az olduğu üçün sement də bilirsiz ki, tikintidə aparıcı qüvvədən biridir. Odur ki, ümumi tikinti aşağı düşdüyündən sementə olan tələbat da aşağı düşüb".

Oxu.Az hazırda bazarın ümumi xarakteristikasını verməsi üçün mənzil bazarı üzrə ekspert Nüsrət İbrahimovun da fikirlərini öyrənib.

N.İbrahimovun sözlərinə görə, qiymətlər azalmağa meyillidir:

"Bu dəqiqə bazarda süstlükdür. Bir tərəfdən bazar üçün qeyri-mövsümi aylardır, digər tərəfdən isə tikintinin həcmi xeyli aşağı düşüb, ona görə də tikinti materialları bazarında aktivlik çox aşağı səviyyədədir. Son ayların rəqəmləri göstərir ki, qiymətlər də düşməyə meyillidir. Yəni, ötən ay az da olsa, 0,3% qiymət azalması var idi, ondan əvvəl 1,1% qiymət azalması müşahidə edilirdi. Rəqəmlər çox kiçik belə olsa, azalmaya meyillidir".

Ekspertin sözlərinə görə, bazardakı bu vəziyyət martın sonu, aprel aylarında düzələ bilər:

"Adətən tikinti bazarı canlanana qədər bu tendensiya davam edə bilər. Tikinti bazarı isə mart ayının sonundan, aprel ayında canlanmağa başlayır. Qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsümi aylardır. Rusiyadan gələn tikinti materiallarında müəyyən azalmalar müşahidə edilir. Bu aylarda daxili istehsalda müəyyən azalmalar müşahidə edilir.

Bu da bazarın aktivliyinin aşağı düşməsi ilə bağlı olur, çünki qeyri-mövsümi aylarda tikinti sektorunda aktivlik aşağı düşür, tiikintinin həcmi azalır, ona görə də istehsalın həcmi də azalır. Bununla belə, Rusiyadan gələn materiallarda az da olsa qiymət artımı var, amma yerli istehsal olan tikinti materiallarının qiymətində stabillik müşahidə edilir, amma bəzilərində isə azalmalar var".

Bundan başqa, o, noyabr seçkilərindən sonra qiymətlərin qalxacağı ilə bağlı fikirlərin isə əsassız olduğunu vurğulayıb:

"Bu məlumat qeyri-realdır, çünki onun üçün bir məntiq yoxdur" - deyə, İbrahimov əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1461   Tarix: 21 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr