Dünyanın ən yaxşı fotoşop proqramları - SİYAHI

Dünyanın ən yaxşı fotoşop proqramları - SİYAHIOnlayn, offlayn və komputerə yüklənərək istifadə edə biləcəyiniz foto redaktə vasitələrini sizin üçün seçdik!

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, telefonlardakı kameralar get-gedə daha da yaxşılaşır və bunun yeganə mənası var: Əvvəllər olmadığı qədər foto çəkib və paylaşırıq. Amma kameralarımız qüsursuz deyillər və fotolarımızı paylaşmazdan əvvəl bir neçə dəfə onları redaktə etmək istəyə bilərsiniz.

Foto redaktə proqramları

Foto redaktə etmək işi sadəcə Adobe-nin aylıq ödəniş tələb edən Creative Cloud-a xas bir iş deyil. Təbii ki, Microsoft Paint-in təqdim etdiyi bir neçə funksiyadan daha çoxuna layiqsiniz. Aşağıda sizin üçün tam tərkibli Fotoşop klonlarından, fotolarınızı filtrləmək üçün asan istifadə edilən ən yaxşı foto redaktə proqramlarına qədər seçilib. Sizin də tövsiyə etmək istədiyiniz bir proqram varsa rəy bölümündə bizimlə bölüşə bilərsiniz.

Fotoşop (photoshop)
Dünyanın ən yaxşı fotoşop proqramları - SİYAHIYəqin ki, düşünürsünzi ki, Fotoşop pulludur, lakin bilmədiyiniz bir şey var: Fotoşopun əvvəlki CS2 versiyasını Adobe vasitəsi ilə tam pulsuz yükləyə bilərsiniz. Proqramın köhnə olduğu və dəstəklənmədiyi ilə bağlı xəbərdarlıqları keçə bilərsiniz.

Bundan əlavə sadəcə Fotoşop ilə kifayətlənməyib CS2 tərkibindəki Illustrator, After Effects, InDesign və başqalarını da pulsuz yükləyə bilərsiniz.
Pixlr

Dünyanın ən yaxşı fotoşop proqramları - SİYAHIİnternet brauzerinizdə həm internet şəbəkəsi ilə və həm də şəbəkəsiz işləyə bilən Pixlr Fotoşopun təqdim etdiyi bir çox funksiyanı əlçatan edir.

Android ve iOS-da mobil tətbiq kimi də istifadə olunan Pixlr tamamilə pulsuzdur.

GIMP
Dünyanın ən yaxşı fotoşop proqramları - SİYAHIGIMP, qat dəstəyi, magic wand üslubu və geniş əlavələr dəstəyi ilə əhatəli bir foto redaktə vasitəsi kimi axtaranlar üçün çox yararlı ola bilər. Ancaq funskiya sayının çoxluğu istifadəçidə bəzi çaşqınlıqlar yarada bilər. Proqramı öyrənmək müəyyən vaxt tələb edir.

GIMP, Fotoşopun .psd faylları də daxil olmaqla, bir çox formatı dəstəkləyir və siyahımızda Fotoşopa ən yaxın proqramdır.

Paint.NET

Bəzən bütün funksiyaların əlinizin altında olması işinizi asanlaşdıra bilər. Sadəliyi ilə seçilən Paint.NET kifayət qədər sürətli və pulszu bir foto redaktə proqramıdır. Microsoft-un çox sadə Paint proqramı ilə Paint.NET-in heç bir əlaqəsi yoxdur. İstifadəsini qısa zamanda öyrənə biləcəyiniz proqram layer, geri alma, filtrləmə, 3 ölçülü döndərmə kimi əsas özəllikləri təqdim edir.

PicMonkey

Axtardığınız proqram Fotoşopa alternativ olmaqdan başqa, fotolarınızı əyləncə məqsədli qurmağınızı kömək edəcək. İstifadəsi asan bir proqram olan PicMonkey məhz sizin üçündür. PicMonkey ilə fotoları döndərə, kəsə, yenidən ölçüləndirə və müəyyən effektlər əlavə edə bilərsiniz.

Sumopaint

Sadəcə .png və .jpg tipli faylları açmaq sizi məhdudlaşdırmayacaqsa Sumopaintin pulsuz versiyası sizing üçün Fotoşopa yaxşı bir alternative ola bilər. Fotoşop və Pixlr-ə bənzər funksiyaya və interfeysə sahib olan proqram, fotolarınızı redaktə edib onları təkmilləşdirməyinizə kömək edə bilər.

Fotor

Foto təkmilləşfirmə vasitəsi olan Fotor, fotolarda müyyən bir hissəni seçib düzəltməyinizə icazə vermir. Ancaq keyfiyyətli filtrlər ilə fotolarınıza sözün həqiqi mənasımda işıldada bilər. Proqramda köhnə və canlı rəng tənzimləmələri yerləşir və edəcəyiniz incə nizamlamaları özünüz seçə ilərsiniz.

Ramil Nəsibov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2090   Tarix: 25 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021