MTN-ə aylıq xərac verən nazirlərin adları - şok siyahı

MTN-ə aylıq xərac verən nazirlərin adları - şok siyahıEldar Mahmudovun "imperatorluğu" haqda yeni bilgilər; Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri təkcə iş adamlarına çökməyibmiş; aylıq hesaba otuzdurulan xeyli dövlət məmuru da olub; həbsdəki MTN zabitlərinin ifadəsi əsasında yeni həbslər başlaya bilər; nazirliyin daha bir idarə rəisinin işdən çıxarıldığı, aeroportun rəisinin istintaqa cəlb olunduğu deyilir.

Sonxeber.az musavat.com-a istinadən bildirir ki, MTN mövzusu ölkə gündəminin manşetindən düşmür. Bu mövzu Azərbaycan ictimai-siyasi fikrini özünə təslim edə bilib. Eldar Mahmudovun vəzifəsindən azad edilməsi, nazirliyin 7 yüksək vəzifəli zabitinin həbsi mediadan tutmuş çayxanalara qədər geniş müzakirə olunur.

Mətbuatda hər gün "MTN işi" ilə bağlı müxtəlif məlumatlar yazılır. Hakimiyyətin ən güclü, geniş təsir imkanlarına malik nazirinin qəfil vəzifədən alınması ən müxtəlif səviyyələrdə təhlil olunur. Bəzi iddialara görə, bu cür səs-küylü işdən çıxarılmaların və qrup şəklində həbslərin arxasında siyasi məqamlar dayanır. E.Mahmudovun və onun MTN-dəki komandasının qəzəbə gəlməsində əsas amil kimi siyasi hakimiyyətə nəzarəti gücləndirmək istəkləri göstərilir.
MTN-ə aylıq xərac verən nazirlərin adları - şok siyahıBurda məntiq tapmaq olar: iqtisadi baxımdan həddən artıq gücləndikdən sonra iştaha böyüyür və siyasi hakimiyyət uğrunda savaş başlayır. İndiyədək bunun örnəyi çox olub.
Məsələn, Rəsul Quliyev nümunəsi. O, Milli Məclisin sədri olmaqla bərabər, ən varlı məmurlardan sayılırdı. O vaxtkı qanunlara görə, prezidentdən sonra ölkənin ikinci şəxsi idi. Amma gözü 1 nömrəli kresloda idi. Bu iddiası sonda onu hakimiyyətdən və Azərbaycandan didərgin saldı.
MTN-ə aylıq xərac verən nazirlərin adları - şok siyahıƏli İnsanov özünü Heydər Əliyevin siyasi varisi hesab edirdi. Kifayət qədər pulu, siyasi proseslərə təsir imkanları, hakimiyyətdə nüfuzu var idi, amma bu statusu onu heç cür razı salmırdı. Prezident olmaq eşqi bir an olsun sabiq səhiyyə nazirini rahat buraxmırdı. Axırda nəinki istəyinə çata bilmədi, üstəlik, nazir postunu, var-dövlətini və ən əsası da azadlığını itirdi. Ə.İnsanov 10 ildir ki, zindandadır.

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də siyasi iddiasının qurbanı oldu. O da nədənsə özünü Heydər Əliyevin siyasi varisi kimi görürdü. Prezidentliyin onun haqqı olduğu düşüncəsində idi. Bunu zatən bilməyən yoxdur. Hakimiyyət istəyi onu yanlış məcralara yönəltdi və çox şeyini itirdi. Amerikalılarla görüşlərdə ona "sizi yaxın gələcəkdə Azərbaycanın prezidenti görürük" sözlərindən sabiq nazir necə məsti-xumar olmuşdusa, bir də gözünü istintaq otağında açdı. Artıq gec idi... Özünü gənc və perspektivli siyasətçi hesab edən Fərhad Əliyev gəncliyini və perspektivini türmədə qoyub çıxdı...
MTN-ə aylıq xərac verən nazirlərin adları - şok siyahıYəni qıraqdan baxan üçün bu adamların 1-ci posta iddiaları başadüşülən deyil. Prosesləri orta səviyyədə təhlil edə bilən insanlar sual edirlər: nazir olasan, pulun, var-dövlətin başından aşsın, əlində olduqca böyük səlahiyyətlər cəmləşsin, bütün bunların fonunda karyeranı riskə atıb prezident olmaq eşqinə düşməyə nə ehtiyac var? Amma bu sualın müəllifləri bir şeyi bilmirlər ki, pul və səlahiyyət çoxaldıqca, iştaha, tamah və hakimiyyət hərisliyi də artır. Avtoritar rejimlər bu istəyə düşən komanda üzvünü ağır cəzalandırır. Yuxarıda bir neçə örnək vermişik.

***
Biz birmənalı iddia edə bilmərik ki, Eldar Mahmudov prezident olmaq istəyib. Amma bu fikrin onun düşüncəsində özünə yer etmədiyini də istisna etmirik. Oktyabrın 17-dən bəri MTN-lə bağlı yayılan rəsmi və qeyri-rəsmi xəbərlər deməyə əsas verir ki, Eldar Mahmudov Azərbaycanda çox ciddi nəzarət mexanizmi qurubmuş. O, az qala Azərbaycanın səmasında uçan quşların sayını, növünü öyrənməyə, onların uçuş xəttini müəyyənləşdirməyə iddia göstərib. Nağıllardakı ifadə ilə desək, MTN-in üstündən quş uçsa qanad salarmış, qatır keçsə dırnaq.

Xərac toplayan rəislərin adları

Redaksiyamıza Eldar Mahmudov və komandası barədə son dərəcə sensasion sayılacaq məlumatlar daxil olub. Həmin məlumatları yarımbaşlıqlarla təsnifatlaşdırıb oxucuların diqqətinə çatdırırıq.

Məsələn, əlimizə çatan bilgilərə görə, sabiq milli təhlükəsizlik naziri bir çox həmkarlarının fəaliyyətinə təsir göstərirmiş. Deyilənə görə, MTN-in sabiq rəhbərliyi ayrı-ayrı nazirlərdən, komitə və ASC rəhbərlərindən aylıq xərac toplayırmış. Bu işi əsasən bir neçə idarə rəisi, onların müavinləri görüb. Prosesdə aparıcı fiqur kimi Akif Çovdarovun adı çəkilir. Siyahıda başqalarının da adı var. Onlardan bir neçəsinin adı bizə məlumdur: Elşad Mahmudov, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Fərhad Atayev və s.

Nazirləri qohumları ilə şantaj ediblər...

Mənbəmiz bildirir ki, Akif Çovdarovun kurasiyasındakı dövlət qurumları Nəqliyyat, Təhsil, Səhiyyə nazirlikləri, həmçinin neft sektorundakı qurumlar olub.

Mənbəmiz bildirir ki, əsas "haqq" qoyulan yüksək çinli məmurlardan biri nəqliyyat naziri Ziya Məmmədov olub. Deyilənə görə, hər ayın sonunda Z.Məmmədov Akif Çovdarova 1 milyon manat xərac verirmiş. Hansı nazir, məmur MTN rəhbərliyinin bu tələbindən imtina etsəymiş, yaxın qohumlarının başına bir iş gəlirmiş. Qaynağımız bildirir ki, əksər nazirlərin, komitə sədrlərinin fəaliyyəti şəffaf, qohumlarının ailələrindəki mühit o qədər də ürək açan olmadığından onlar bu xərac tələbindən imtina edə bilmirmiş. Nəticədə MTN-in sabiq rəhbərliyi dövlətin gücündən şəxsi maraqları üçün yararlanıb iş adamlarını, məmurları ciddi basqı, təhdid altında saxlayırmış.

Bizə çatan məlumatlarda o da iddia olunur ki, Ziya Məmmədov MTN tərəfindən təhdid, şantaj olunduğu haqda ölkə rəhbərliyinə bir neçə dəfə şikayət edib. Lakin bu şikayətlərə hər dəfə "gözlə və bir qədər də döz" cavabı verilirmiş. Görünür, siyasi rəhbərlik daha ciddi faktların toplanmasına mane olmaq istəməyib...

Pul üstündə MTN-in koridorunda yumruq davası

Məlumatı redaksiyamıza ötürən mənbə maraqlı bir olay haqda da danışıb. Deyilənə görə, MTN-in idarə rəisləri və onların müavinləri məmur heyətindən və iş adamlarından pul almağın üstündə vaxtaşırı bir-biriləri ilə dalaşırmış. Məsələn, A.Çovdarovun xərac aldığı iş adamından Füzuli Əliyev də pul qoparırmış. Mənbəmiz deyir ki, bunun üstündə A.Çovdarovla F.Əliyev bir dəfə nazirliyin koridorunda yumruqlaşıblar.

Müavin rəisini "baqaj"a qoyub?

Bu arada, dünən yazı çapa hazırlanarkən, məlumat aldıq ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanov işdən azad edilib. Onun müavini Füzuli Əliyevin (hazırda həbsdədi-red.) istintaqa verdiyi ifadəyə görə işdən azad olunduğu deyilir. O da bildirilir ki, yaxın günlərdə Sübahir Qurbanov həbs edilə bilər.

Görüş yerini dəyişmək olmaz - "Narşərab" restoranı

E.Mahmudovun hakimiyyətdə ən yaxın adamı, dostu prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov olub. Sabiq nazirin Ə.Əsədovla hər axşam Bakıdakı "Narşərab" restoranında görüşdükləri, birlikdə yemək yedikləri bildirilir. E.Mahmudovun nazir postuna təyinat almasında Əli Əsədovun da rolunun olduğu haqda bilgilər var.

Bank sektoru necə iflic edildi?

Mənbəmiz bildirir ki, MTN rəhbərliyi ölkə iqtisadiyyatını iflic edib. Zatən son günlər ayrı-ayrı iş adamlarının mətbuatda MTN zabitlərindən şikayət etdikləri haqda materiallar dərc olunur. İqtisadiyyatın əsas lokomotivi olan bank sektoru MTN rəhbərliyinin əlindən çox çəkib. 2012-ci ilin martında Azərbaycanın ən qabaqcıl banklarından olan "Texnikabank"a qarşı MTN əməliyyat keçirdi. Həmin əməliyyatdan sonra bu bank E.Mahmudovun qudası Cahangir Hacıyevin nəzarətinə keçdi. İlk beşlikdə olan "Texnikabank" tez bir zamanda yerlə yeksan olundu. Artıq bank müflis olub, rəhbəri işdən çıxarılıb. MTN-in "kəmənd atdığı" banklar sırasında "Bank of Baku", "Standartbank", "Bank of Azerbaijan" da var. Beynəlxalq Bank vasitəsilə mənimsənilən milyardlar haqda isə indiyədək çox danışılıb.

"Aeroport Pərviz" istintaqda dindirilir

Bu arada, MTN-in Heydər Əliyev adına Beynəlxalq Hava Limanının şöbə rəisi Pərviz Vəliyevin istintaqa cəlb olunduğu haqda məlumat yayılıb. Deyilənə görə, onu hava limanı üzərindən xaricə daşınan qanunsuz pullara görə dindirirlər. Mənbə bildirir ki, Beynəlxalq Bankdan və digər qurumlardan çıxarılan milyardlarla pul Pərviz vasitəsilə Avropaya, Çinə və Rusiyaya göndərilirmiş. Onun istintaqa verdiyi ifadədən sonra yeni həbs dalğasının olacağı gözlənilir... Redaksiya Pərviz Vəliyev haqda əlavə bilgilər əldə edib. Deyilənə görə o, əvəllər rabitə sahəsində çalışıb. Sonradan dayısı Rizvanın Eldar Mahmudovla olan yaxın münasibətləri Pərvizin karyerasında müsbət dönüş yaradıb. Onu rabitədən MTN sisteminə keçiriblər və rəis təyin ediblər. Pərvizin dayısı Rizvan barədə əlavə bilgilər almışıq. Onları dəqiqləşdirdikdən sonra çap edəcəyik...

Kərəmi ağlamaq tutubmu?
MTN-ə aylıq xərac verən nazirlərin adları - şok siyahıXalq prezidenti ona görə alqışlayır ki...

Sonda bildirək ki, prezident İlham Əliyevin 17 oktyabr sərəncamından sonra Azərbaycanda qəribə bir canlanma yaranıb. İş adamları, vəzifəli şəxslər sevinc içindədirlər. Onlar indi-indi etiraf edirlər ki, MTN-dən çox ciddi təzyiq görüblər. Əsasən də iş sektoru 11 ildən çoxdur bu nazirliyin basqısı altında inləyib. Heç şübhəsiz, son addımı ilə ölkə prezidenti bütün kateqoriyalardan olan vətəndaşların təqdirini qazanıb. Hər kəs bu addımların davamını gözləyir.

Sahibkarların bu sevinci uzun sürəcəkmi? Ölkə rəhbərliyinin bu cür sərt və lazımi addımları davamlı olacaqmı? Bunu zaman göstərəcək...


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 8059   Tarix: 23 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda ana oğlunu öldürən şəxsi bağışladı

Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib. -ın -a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə mərhumun hüquqi varisi olan anası Sürahim İbadova ifadə verərə

23 fevral
.

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Ötən ilin iyulunda Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində baş verən və gənc qızın ölümü ilə nəticələnən motosiklet qəzası ilə bağlı açılmış cinayət işinə dair məhkəmə prosesi başa çatıb. "Teleqraf" a istinadla xəbər verir ki, məhkəmə hökmünə əsasən, ehtiyatsızlıqdan sevgilisi İnci Əsgərovanı

18 mart
.

15 il həbs verilən gözdən əlil məhkumun - Cəzası azaldıldı

Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən, iki gözündən də əlil olan Qulu Abbasovun cəzası azaldılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə belə qərar qəbul edib. Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül ola

7 mart
.

Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var

"İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən -a verilən məlumata görə, bu gün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu "İdrak" liseyindən çağırış qeydə alınıb

6 fevral
.

Zamin Zəkiyə hökm oxunub

"QHT işi" üzrə ittiham olunanlardan biri - sosial işçi və hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunaraq Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqda

11 mart
.

Ərini güllələyərək həyətdə basdırmaqda təqsirləndirilən qadın: "Səhərə qədər yer qazmışam"

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Cəmil

2 aprel
.

İlqar Əliyevin cəzası azaldıldı

Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev barəsindəki qərar dəyişdirilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə məhkumun şikayətini qismən təmin edib. Qərara əsasən, İlqar Əliyevin cəzası dörd ildən ü

2 mart
.

Ofisiantların ölümü ilə bağlı hadisədə - Hökm oxundu

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasə

27 fevral
.

Azərbaycanda insan alverində təqsirləndirilən iki nəfər axtarışa verilib

Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib. -a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir. Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə cinayə

11 mart