İcra başçısı Elmar Vəliyevi güllələyən Yunisin atası nüfuzlu şəxsdir

İcra başçısı Elmar Vəliyevi güllələyən Yunisin atası nüfuzlu şəxsdirBəzi mətbuat orqanlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd etməkdə ittiham olunan Yunis Səfərovun kimliyi haqqında qeyri-səhih məlumatlar yayılır və əksər hallarda məlumatları "etibarlı mənbələrə", "səs yazıların" istinad edirlər. Hətta bəzi aparıcı saytlarda Yunis Səfərov radikal islamçı kimi təqdim edilir və sui-qəsdin baş vermə səbəbini bu amillə əlaqələndirirlər. Hətta iddia olunur ki, guya Yunis Səfərov Elmar Vəliyevi müsəlmanları, İmam Hüseyni təhqir etdiyi, Aşura günü şərab festivalı keçirdiyi üçün öldürmək istəyib.

Sonxeber.az yeniavaz.com-a istinadən xəbər verir ki, Elmar Vəliyevi öldürməyə cəhddə təqsirləndirilərək tutulan Yunis Səfərovun atası Rafiq Səfərov uzun illər Rusiyada şərab və siqaret satışı ilə məşğul olub. Doğma atası şərab biznesi ilə məşğul olan birinin şəraba görə kimisə öldürməyə cəhd etməsi qeyri-mümkün görünür.

Yunis Səfərov nə zamandan Rusiya vətəndaşıdır?

Səsləndirilən digər iddialardan biri isə odur ki, Yunis Səfərov ötən ilin əvvəlində icra başçısı ilə mübahisə edib və bundan sonra Gəncədə mühafizə polisinə xəsarət yetirib və silahını oğurlayaraq Rusiyaya qaçıb. Daha sonra orada özünə Rusiya pasportu düzəldərək geriyə qayıdıb.

İcra başçısı Elmar Vəliyevi güllələyən Yunisin atası nüfuzlu şəxsdirLakin internet üzərindən kiçik bir araşdırma apardıqdan sonra məlum olur ki, Yunis Səfərov iddia olunanların əksinə Rusiya pasportunu ötən il almayıb. Pasportda verilmə tarixi kimi 28.02.2017-ci il göstərildiyi üçün mətbuatda idda edilir ki, Yunis Səfərov həmin tarixdə Rusiya vətəndaşı olub. Halbuki pasportun etibarlılıq tarixi bitdiyi üçün həmin tarixdə yenisi ilə əvəz olunub.

Rusiyada vətəndaşların ünvanları, telefon nömrələri, adlarına olan avtomobillərin seriya nömrələri və digər bu kimi məlumatlar hər kəs üçün açıq olan internet resurslara yerləşdirilir. İnternetdə axtarış verildiyi zaman məlum olur ki, Yunis Səfərovun adına 2004-cü ildə "VAZ-04" və "VAZ-07" markalı avtomobillər olub və qeydiyyat ünvanı kimi Moskva şəhərində yerləşən Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80 göstərilib. Bu isə o deməkdir ki, iddia olunanların əksinə olaraq 2004-cü il tarixində Yunis Səfərovun qeydiyyat ünvanı kimi Moskva şəhəri göstərilir.
İcra başçısı Elmar Vəliyevi güllələyən Yunisin atası nüfuzlu şəxsdirÜnvan məlumatlarına baxıldığı zaman məlum olur ki, Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80-də 26.09.1983-cü il təvəllüdlü (35 yaş) Səfərov Yunis Rafiq oğlu, 05.01.1959-cu il təvəllüdlü (59 yaş) Səfərov Rafiq Yunis oğlu və 03.09.1926-cı il təvəllüdlü (92 yaş) Səfərov Yunis Rafiq oğlu da qeydiyyatda olublar. Ad və soyadlardan belə görünür ki, Rafiq Səfərov İcra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovun atasıdır.

Yunis Səfərovun atası bahalı avtomobillərin həvəskarı olub

Rafiq Səfərovun tərcümeyi-halına baxdığımız zaman məlum olur ki, bu şəxs Rusiyada uzun illər biznes fəaliyyəti ilə məşğul olub. Yunis Səfərovun atası 2006-2015-ci illərdə rəsmi olaraq "TİM MARKET" Səhimdar Cəmiyyətinin əsas səhimdarı olub. Əsasən, spirtli içkilər və siqaretin topdansatışı ilə məşğul olan "TİM MARKET"-in 75%-i Rafiq Səfərova məxsus olub. Digər 25%-lik hissəyə isə başqa bir azərbaycanlı Əziz Sadıqov sahib olub. Şirkətin direktoru Aleksandr Kosarevin isə müxtəlif vaxtlarda müxtəlif şirkətlərə rəhbərlik etdiyi bildirilir. Bu şəxsin rəhbərlik etdiyi şirkətlərin bəzilərinin adının Azərbaycanla bağlı olması ("Seymur", "Topaz") onu göstərir ki, bu şəxs azərbaycanlılara məxsus biznesin idarə olunmasında iştirak edir. 2015-ci ildə "TİM MARKET"-in ləğv olunduğu göstərilsə də, Aleksandr Kosarevin həmin tarixdən başqa bir şirkətə rəhbərlik etməyə başlaması onu göstərir ki, şirkət yeni adla fəaliyyətini davam etdirir.

Yunis Səfərovun atası ilə bağlı maraqlı məqamlardan biri də odur ki, 1997-2002-ci illər ərzində Rafiq Səfərovun adına 10-dan çox bahalı avtomobillər qeydiyyata alınıb.
İcra başçısı Elmar Vəliyevi güllələyən Yunisin atası nüfuzlu şəxsdir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3650   Tarix: 06 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Magistral yollarda görmə məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, dekabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsini

20 dekabr
.

Sabah hava necə olacaq?

Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimal

19 dekabr