Başağrısı qəfil ölümə səbəb ola bilər

Başağrısı qəfil ölümə səbəb ola bilərBaşağrısı və baş gicəllənməsini çoxları vacib bir xəstəlik hesab etməsə də əslində, onun fəsadları çoxdur. Xəstəliyin mahiyyətinə varmaq, onun başqaldırma səbəblərini öyrənmək mütləqdir. Sadəcə, bir ağrıkəsici dərmanla qarşısını almaq isə daha ağır xəstəliklərə yol aça bilər.

Ağrı orqanizmin hissiyyat pozğunluğunun göstəricisidir. Hər şey doğuş zamanı uşağın aldığı travmadant başlayır. Uşaq yetkinlik yaşına çatana kimi müalicə olunmadıqda ağrılar daha da güclənir və ciddi xəstəliklərə yol açır. Ağrı ilə yanaşı xəstədə hövsələsizlik, tez-tez ürəkdöyünmə, həyəcan və yuxu pozğunluğu halları da müşahidə olunur. Xəstənin əlləri tərləyir, buz kimi olur. Bu zaman gənclər ağrıkəsici dərmanlar qəbul etməklə başağrısının qarşısını almağa çalışırlar. Ağrını müvəqqəti kəsmək üçün istifadə olunan bu dərman preparatları insanda daha ciddi xəstəliklər yarada bilər. Xəstə düzgün müayinə olunmalıdır. Çünki beyin toxumasında olan yüngül bir narahatlıq, hüceyrələrin sıxılması nəticəsində insan əlil ola bilər.

Revmatizmanı törədən mikroblar, angina, burun çəpərinin əyriliyi də güclü baş ağrılarına gətirib çıxaran amillərdir. Hazırda gənclərin mobil telefondan çox istifadə etmələri, günün yarıdan çoxunu kompüter qarşısında oturmaları da güclü baş ağrıları əmələ gətirir. Kompüterdən, mobil telefondan həddindən artıq çox istifadə etmək beyində şiş əmələ gətirə bilər.
Xroniki baş ağrıları

Xəstə güclü ağrıdan əziyyət çəkir. İnsanın iş fəaliyyəti zəifləyir. Xroniki başağrısının səbəbi oksigen çatışmazlığıdır. Bu zaman ozonterapiyadan istifadə olunur. Yəni oksigen süni yolla beyin daxilinə yeridilir. Ümumiyyətlə, xroniki baş ağrılarında əsasən təbii yolla müalicə üsullarından istifadə etmək məsləhətdir. Çünki burada dərmanların heç bir xeyri olmur. Xroniki baş ağrısı həm də irsi ola bilər. Bunun müalicəsi mümkünsüzdür.

Miqren

Miqren zamanı başın bir hissəsində güclü ağrılar olur. Ağrı zamanı hətta xəstə eşitmə, görmə qabiliyyətini də itirə bilər. Miqrenin birdəfəlik müalicəsi yoxdur. Müalicə sadəcə, bir müddət ağrıların dayandırılmasına kömək edə bilər. Miqren müayinəsi yalnız güclü ağrılar zamanı aparıla bilər. Sakit halda xəstəliyi heç cür müəyyən etmək olmaz. Miqren ağrıları zamanı beyin daxilində donma olur, beyinə qan getmir. Baş gicəllənməsi
Nadir hallarda rast gəlinsə də, baş gicəllənməsi ciddi səbəblərdən meydana gəlir: qan təzyiqinin qəfildən düşməsindən, ürək xəstəliklərindən, şiddətli hipertoniyadan, infarktdan, aşağı qan təzyiqindən.

Baş gicəllənmənin meydana çıxmasında insanın həyat tərzinin və peşə fəaliyyətinin mühüm rolu var. Məsələn, sürücülər, gərgin zehni fəaliyyətlə məşğul olan insanlar, kompüter arxasında çox oturanlar baş hərlənmələrinə daha çox məruz qalırlar. Baş gicəllənmədən şikayət edən gənclərin hamısında qanazlığı aşkarlanır. Qida rejiminin pozulması da buna səbəb olan amillərdəndir. Gənclərdə həmçinin arterial təzyiqin düşməsi nəticəsində də baş gicəllənməsi aşkarlanır. Yaşlı insanlar 120-130 təzyiqə dözə bilir. Ancaq gənclərdə təzyiq 120-130 olduqda o huşunu itirib, yıxılır. Uşaqlar gün ərzində sağlam qida əvəzinə çipsi, dönər, peçenye yeyirlər. Gündə bir dəfə xörək yeyən uşaqda maddələr mübadiləsi düzgün getmir. Bütün bunlar da beynin öz fəaliyyətini itirməsinə gətirib çıxarır.
Əgər baş hərlənməsi zamanı xəstədə tərləmə, rəngin dəyişməsi halları olursa, demək buna səbəb isterik nevroz, qalxanabənzər vəzin zobu və ya ürək xəstəliyidir.

Baş hərlənməsi ilə yanaşı qıcolma, əl və ayaqlarda hissiyyatın itməsi kimi əlamətlər meydana çıxarsa, bu, epilepsiyanın əlamətləri deməkdir.

Ümumiyyətlə, baş hərlənməsi bir dəfədən artıq özünü büruzə verərsə, bu zaman nevropatoloq, qulaq - burun - boğaz həkiminə müraciət etmək mütləqdir.

axsam.az


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 771   Tarix: 06 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir

Banan dünyada ən çox istehlak edilən meyvələrdən biridir. Ucuzdur, dadlıdır, qabığı ilə birlikdə rahat daşınır, tez enerji verir və kalium, B6 vitamini, lif, C vitamini kimi faydalı maddələrlə zəngindir. xəbər verir ki, bir çox idmançı, uşaqlar və sağlam qidalanan insanlar gündəlik rationuna bananı mütlə

3 dekabr
.

Xərçəng olmaq istəmirsinizsə bu əşyalardan uzaq durun - Biri hər saniyə yanımızdadır

Son araşdırmalar bəzi gündəlik istifadə olunan məhsulların xərçəng riski ilə əlaqəli ola biləcəyini göstərir. xəbər verir ki, elm adamları xüsusilə uzunmüddətli və yüksək dozada istifadədə bəzi maddələrin sağlamlığa təsirini diqqətlə izləyirlər. Yapışmayan tavalar yüksək temperaturda istifadə edildikd

20 dekabr
.

Kişilərin beyni qadınlarınkından daha tez kiçilirmiş...

Alimlər yaş artdıqca insan beyninin necə dəyişdiyini araşdırıb. Məlum olub ki, kişilərin beyni yaşlandıqca qadınların beyninə nisbətən daha sürətlə kiçilir. Qaynarinfo xəbər verir ki, bununla bağlı araşdırmanı Norveçin Oslo Universitetinin tədqiqatçıları aparır. Maraqlıdır ki, buna baxmayaraq Altsheyme

18 dekabr
.

Bahalısı da, 2 manatlığı da eyni işi görür, aldanmayın - Həkim

Bahalı diş fırçaları düşündüyünüz qədər fərq yaratmır. xəbər verir ki, bunu hollandiyalı stomatoloq parodontoloq Tima Tomassenin deyib. Alim müxtəlif klinik tədqiqatları müqayisə edərək adi və elektrikli fırçaların təsirini və fırçalama müddətinin dişlərə təsirini araşdırıb. Bu barədə Amsterdam Universitet

6 dekabr
.

Çörəkdən tam imtina etməyin zərərləri

Artıq çəkidən xilas olmaq istəyən hər kəs çörək və şirniyyatdan imtina etməyə çalışır. Buna səbəb çörəyin orqanizm üçün ziyanlı qida olması barədə yayılan məlumatlardır. Əslində, ondan imtina edilməsinin zərərləri daha çoxdur. "Qafqazinfo" xəbər verir ki, əla növ buğda və tam buğda ununda

4 dekabr
.

Çox yeyənlər niyə gec doyur? - Səbəb açıqlandı

Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. Sürətli yemək vərdişi stress və narahatlığı artıra bilər. xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, bu vərdiş narahatlıq və stress hissini gücləndirir. Həkimin sözlərinə görə bağırsaq və beyin arasında sıx əlaq

6 dekabr
.

Portağalın gizli gücü ortaya çıxdı: Tərkibində elə şeylər var ki...

Əksər insanlar üçün portağal suyu sadəcə adi içkidir. Lakin aparılan tədqiqatlar göstərir ki, bu içki susuzluğu aradan qaldırmaqdan daha çox faydaya malikdir. Bununla bağlı araşdırmanı "Medical Xpress" nəşri dərc edib. Araşdırma, portağal suyunun müntəzəm istehlakının immun hüceyrələrimizdək

6 dekabr
.

Hər gün limon suyu içməyin faydaları

Limon suyu gündəlik vərdiş kimi qəbul edildikdə orqanizmə bir sıra faydalar verə bilər. -a istinadən bildirir ki, ancaq ölçülü istifadə vacibdir. Budur hər gün limon suyu içməyin 7 əsas təsiri:. 1. İmmuniteti gücləndirir. Limon C vitamini ilə zəngindir. Bu vitamin bədənin infeksiyalara qarşı müqavimətin

17 dekabr
.

Ürək çatışmazlığının inkişafını dayandırmağın yolu tapıldı

Ohayo Dövlət Universiteti Tibb Kollecinin alimləri aşkar ediblər ki, qoruyucu zülallardan birinin istehsalını artırmaq ürək çatışmazlığının inkişafını əhəmiyyətli dərəcədə ləngidə bilər. xəbər verir ki, tədqiqat "Circulation Research" jurnalında dərc olunub. Qeyd olunub ki, "CPT1a"

20 dekabr