Əli Həsənovun nəvəsinin apellyasiya məhkəməsi başlaydı

Əli Həsənovun nəvəsinin apellyasiya məhkəməsi başlaydıBakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Nail Allahverdiyevin (1994-cü il təv.) CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məhkum olunmasına dair məhkəmə prosesi başlayıb.

Ötən il avqustun 3-də Heydər Əliyev prospektində Nail Allahverdiyev idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Vaqif Əsədovu və ər-arvad olan Türkiyə vətəndaşları Mütəllib və Söngül Tekişləri vurub, sonra isə "VAZ 21015" markalı avtomibilə çırpılıb və yolu kənarındakı maneəni aşaraq, yanmağa başlayıb.

Qəza nəticəsində V.Əsədov və "Mercedes"də olan sərnişin Mehdi Əliyev keçiniblər, ağır yaralanan Türkiyə vətəndaşları isə 1 saylı kliniki xəstəxanaya çatdırılaraq, əməliyyata götürülüblər.

Avqustun 7-də DİN və Baş prokurorluq birgə rəsmi məlumat yayıb. Bildirilib ki, ayın 3-ü saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar cinayət işi başlanılıb, iş üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Müşahidə kameralarının görüntülərinə baxış zamanı sözügedən avtomaşının sükanı arxasında Nail Allahverdiyevin olması tam təsdiq edilib. Rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməkdə ictimai asayişi kobud şəkildə pozan "Mazda" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Mirməhəmməd İsmayılov (1995-ci il təv.) olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

Məlum olub ki, Nail Allahverdiyev Baş Nazirin müavini, Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı barədə məlumat veriləcək.

Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1543   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23 aprel
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart