Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaqXətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Sonxeber.az "Azəriqaz"a istinadən xəbər verir ki, yeni çəkilmiş diametri 400 və 325 mm-lik qaz xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, iyulun 10-da saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Sosial   Baxılıb: 5293   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR