İyun ayı havanın istliyinə görə tarixə düşdü

İyun ayı havanın istliyinə görə tarixə düşdü2018-ci ilin iyun ayı bir çox ölkələrdə görünməmiş dərəcədə isti keçib. Avropa orta müddətli hava proqnozları mərkəzinin məlumatına görə, iyun ayı hava və iqlimin sistemli müşahidəsi tarixində ikinci ən isti ay olub. Bu barədə Dünya Meteorologiya Təşkilatı məlumat yayıb.

Sonxeber.az "Azərtac"a istinadla xəbər verir ki, meteoroloqlar 2018-ci ilin iyun ayında temperaturun Sibirin şimalında hədsiz isti, ABŞ-ın böyük hissəsində, Kanadanın və Şimali Afrikanın mərkəzində, habelə Yaxın Şərqdə və Çinin şimalında ortadan xeyli yüksək olduğunu bildiriblər.

ABŞ-da isti günlər iyulda da davam edir. Bu ayın əvvəlində Kaliforniya ştatının Çino şəhərində 48,9° isti, Burbank aeroportunda 45,6° isti qeydə alınıb. Ölüm Vadisi Milli Parkında iyulun 8-də temperatur 52° isti olub. Dünya Meteoroloji Təşkilatı bu yerdə 1913-cü il iyulun 10-da Yer kürəsində mütləq rekord temperaturun – 56,7° istinin qeydə alındığını xatırladıb.

Kvebekdə (Kanada) isti hava və rütubət onlarca insanın ölümünə səbəb olub.

Uarqlada (Əlcəzair) iyulun 5-də temperatur müsbət 51°C olub. Omanda Məsqətdən cənubda iyunun 24-də temperatur gecə-gündüz 42,6°C-dən aşağı düşməyib, yəni axşam və səhər də hədsiz isti olub.

Builki iyun və iyul ayları təkcə istilərlə deyil, güclü yağışlarla da müşayiət olunur. Yaponiyada leysan və torpaq sürüşməsindən 160-dək insan ölüb. İyulun 10-da "Mariya" tufanı Tayvana çatıb. Küləyin ani şiddəti saatda 250 kilometrə çatıb ki, bu da üçüncü dərəcəli qasırğaya uyğundur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1132   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021