Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik".

Bu sözləri Lent.az-a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqları qəbiristanlıqda qiymətlər od tutub yanırdı.

"Qiymət 7000 manat. Təsəvvür edirsiz?! Biz şokda idik. Necə edək deyə düşünürdük. Atamın son istəyi idi. Etməyə bilməzdim".

Biz adətən ölüm barədə düşünmürük və heç vaxt dəfn xidmətlərinin qiymətləri ilə əvvəlcədən maraqlanmırıq. Bu səbəbdən, yalnız yaxınlarını itirdikdə qiymətlərlə maraqlanmaq yada düşür. Bu zaman da qalırsan ki, ölünə ağlayasan, yoxsa öz gününə...

Bu gün dəfn xidmətlərinin qiyməti toy və digər xeyir mərasimlərinin qiyməti ilə rəqabətə girə bilər. Problem odur ki, başqa mərasimlərdən fərqli olaraq burada xərclərdə qənaət etmək, onları təxirə salmaq və ya ləğv etmək olmaz. Layiqli dəfn həm də nəhəng maliyyə itkisi deməkdir.

Dəfn xidmətləri təmtərağından asılı olaraq müxtəlif qiymətə başa gəlir. Ölünün yuyulması məsələsində isə qiymətlər 50 manatdan başlayır. Bu xidmətə kəfənləmə, duaların oxunması və kommunal xərclər də daxildir.

Məsələn, mərasim xidmətləri təklif edən özəl şirkətlərin "vip-çadırları" bir gün üçün 2-4 min manata başa gəlir. Hava şəraitindən asılı olmayaraq, belə çadırların içərisində rahat şərait yaradılır, ən azı, 8-9 ədəd kondisioner qoyulur. Bu çadırların daxilində döşəmə və tavan örtüyü, pərdələr, stol və stullar müasir dizayna uyğundur. Xidmət personalı uniformada olur. Vip-çadrıların qadınlar və kişilər üçün xüsusi tualetləri var. Bir qədər sadə çadırların gündəlik icarə haqqı 300- 1200 manata təklif olunur. Məsələn, 100 nəfərlik açıq çadırın qiyməti 500 manatdır. Bu sadəcə çadırın və onun daxilində qabların qiymətidir. Əgər menyunun da onlar tərəfindən olmasını istəyirsinizsə, o zaman gərək xərcə düşəsiniz.
Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMABundan başqa hüzr mərasimi üçün xüsusi zallar da var. "Təzəpir" məscidində 6 belə zal fəaliyyət göstərir. Qiymətlər isə menyudan asılıdır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Lent.az-a açıqlamasında bildirib ki, "Təzəpir" məscidinin mərasim zalları pandemiya səbəbindən hazırda fəaliyyət göstərmir:

"Mərasim zalları uzun müddətdir artıq fəaliyyət göstərmir. Buna görə qiymətlər də təyin olunmur. Əlbəttə, qiymətlər müraciət edənlərin istəklərinə görə dəyişir. Kimisi çay süfrəsi ilə kifayətlənir, kimisi də menyunun zəngin olmasını istəyir".

Amma daha ciddi bir problem də var. Mərhum üçün qəbiristanlıqda yer almaq. Qeyd etmək lazımdır ki, qəbiristanlıqlarda yer çatışmazlığı problemi də aktualdır. Ölünü dəfn etmək üçün lazım olan 1 kvadratmetr yer az qala ev tikmək üçün lazım olan ərazinin qiymətinə təklif olunur. Məzar üçün torpağın qiyməti, yerindən asılı olaraq, hətta eyni bir qəbiristanlıq daxilində fərqlidir.
Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMAŞəhər əhalisinin sözlərinə görə, Biləcəri qəbiristanlığında bir kvadratmetr yerin qiyməti 300-1000 manat, Günəşli qəbiristanlığında 400-1500 manat, Badamdarda 500-1500 manat, Qaraçuxurda – 200-1000 manat, "Qurd Qapısı"nda – 1000-3000, Yasamal qəbiristanlığında – 2000-10000 manatdır. Bakıda ən ucuz torpaq Hövsan qəbiristanlığındadır. Burada 1 kvadratmetr torpağı 150-300 manata almaq olar. Xırdalan qəbiristanlığında isə bu qiymət 800-2000 manatdır.

Amma dəfn xərcləri bununla məhdudlaşmır. Molla Yusif Əbdürrəhmanlı deyir ki, qəbrin qazılması 60 manatdan 300 manatadək başa gələ bilər. Hər qəbir qazana 15-20 manat pul verilir. Qəbri adətən 4 nəfər qazır.

"Əlbəttə, biz qiyməti qoyarkən çəkilən əziyyəti nəzərə alırıq. Məsələn, məclisdə bütün gün iştirak edib, dualar və Quran oxuyuruq. Qiymət də ən aşağısı 40 manatdır. Quran tapşırmaq üçün isə 50 manat alıram. Amma imkansızlar üçün 30-40 manata da Quran oxuyuram. Mərhumun ailəsinin vəziyyətini də nəzərə aldığımız olub. Kasıb adamın məclisini savabına da idarə etmişik".

Bundan sonra başdaşının hazırlanması məsələsi var. Ən ucuz başdaşı 550, qara qranitdən hazırlanan baş daşların qiymətləri isə müxtəlifdir. Ən bahalı başdaşının qiyməti 2500 manata təklif olunur.
Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMABununla bitirmi? Əlbəttə, yox. Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu da var.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Lent.az-a açıqlamasında bildirib ki, dövlət rüsumu da müsəlmanlar və qeyri-müsəlmanlar üçün fərqlənir:

"Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir. Qeyri-müsəlmanlar qəbirə tabut ilə qoyulduğu üçün qiymət belə təyin olunub".

O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil:

"Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Əlhəd daşı (qəbirdə ölünün başı söykəndiyi daş), qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir".

Hə, mərhum dəfn olunandan sonra onun ziyarətinə gedəndə çiçək almalı da olacaqsınız. Nəzərə alın ki, ən sadə gül dəstəsinin qiyməti 25 manat təşkil edir.
Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMABəs, dinimizdə bu mərasimin icra olunması necə buyurulub? Yaxınımızı haqq dünyasına yola salmaq bu qədər xərc tələb etməlidirmi?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən ilahiyyatçı Hacı Rüfət Qarayev bildirib ki, biz bu ayinləri dinimizə görə icra ediriksə, İslam dinində dəfn mərasimində heç bir hicrət, haqq, maddi vəsait tələb olunmur.

"Hər bir müsəlmanın da vəzifəsidir ki, biri dünyasını dəyişibsə, onu haqq dünyasına yola salaq. Əgər bir müsəlman vəfat edən şəxsin cənazə namazını qılırsa, mənim üzərimdən o vəzifə götürülmüş olur. Eyni zamanda yuyulma mərasimi də belədir. Əfsuslar olsun ki, biz bunu hansısa dini işlərlə məşğul olan ruhanidən və ya molladan gözləyirik. Hər bir insan bu dini ayinlərin icrasını bacarmalıdır. İstər ölünün yuyulması olsun, istərsə də cənazə namazının qılınması. Bir çox insanlar bunu bacarmadığı və vəfat edən doğmalarını haqq dünyasına yola sala bilmədikləri üçün kimlərdənsə asılı qalırlar. Bunun da nəticəsində müəyyən məbləğdə pul xərcləməli olurlar. Əslində bu ayinlərin icrası qarşılığında az məbləğ ödənə bilər".
Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMAİlahiyyatçının sözlərinə görə, şəriətimizdə cənazə namazına görə pul ödəmək yoxdur:

"Amma ruhani gəlib məclisi aparırsa və üç-dörd gün orada oturub Quran oxuyur, səhərdən-axşama qədər vaxtını ora sərf edirsə, məclis sahibi onun zəhməti müqabilində öz könlündən keçən kimi, halallıq olsun deyə ona ya pul, ya da başqa bir şey verməklə yola sala bilər. Yəni dinimizdə cənazə namazının qılınması və ölünün yuyulmasına görə pul istənməsi yoxdur. Əvvəllər ölünün yuyulması işi həyətlərdə icra olunurdu və qonşuların köməkliyi ilə həyata keçirilirdi. Buna görə pul da xərclənmirdi. Günümüzə gəldikdə isə hazırda bunun üçün xüsusi yerlər ayrılıb. Həmin yerlərdə ölünün yuyulmasına istifadə olunan su və işıq pulu, kəfənlənməsi üçün lazım olanların da xərclərini nəzərə alsaq həmin məkanların müəyyən məbləğdə pul tələb etmək məcburiyyətində qaldığını deyə bilərik. Bəzi məscidlərdə ölünün kəfənlənməsi üçün lazım olan hər şeyi aparırsansa, təkcə orada su və işıq pulunu ödəyirsən. Əlavə pul ödəməli olmursan. Hər nə olursa olsun, vəfat etmiş şəxsi maddi dəyərlər üzərindən yox, mənəvi dəyərlər üzərindən haqq dünyasına yola salmaq hər birimizin borcudur. Bu bir müsəlman olaraq hər birimizin vəzifəsidir".

Hə, yaxınımızı haqq dünyasına yola salmaq baha başa gəlir. Bütün bu qiymətləri öyrənib bir ölü üçün xərclənəcək pulu hesabladıq. Ən ucuz yerindən hesablayanda məbləğ 1500 manat təşkil etdi. Qiymətləri eşitdikdə yəqin ki, düşündünüz: nə yaşamaq olmur, nə də ki, ölmək. Yaxşısı budur ölməyin, yaxınlarınızı da çətinliyə salmayın. Amma təəssüf ki, gec-tez hər birimiz bununla qarşılaşacağıq.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2662   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021