Yeni mövsümdə kimlər efirdən gedir, kimlər qalır?

Yeni mövsümdə kimlər efirdən gedir, kimlər qalır?Artıq iyul ayını geridə qoymağa hazırlaşırıq. Bir aydan sonra yeni televiziya mövsümü başlayır.

Gələn məlumatlara görə, artıq bir çox yerli telekanalda yeni mövsümə hazırlıqlar başlayıb. Telekanalların proqramlarında dəyişikliklərin olacağı qaçılmazdır.

İlk olaraq "Xəzər" TV-dən danışım...

Proqramlar Departameninin rəhbəri Kənan Bayramov gedəndən sonra onun yerinə iki real namizəd görünür. Biri ötən mövsümün ortalarından "Hər şey daxil" verilişinin layihə rəhbəri, daha sonra isə aparıcısı olan prodüser Tarix Əliyev, digəri isə Şəhla Vakkas (Çiçək).

"Xəzər" TV-nin digər simalarından biri olan Fira Cəlilova isə bu yaxınlarda işdən ayrılacağını deyib. Hazırda isə "Xəzər" TV-də "Əlimin duzu" adlı "Yemekteyiz" formatlı veriliş aparır. Aparıcı onu da söyləyib ki, yeni mövsümdən həftəiçi beş gün efirdə olacaq.

Həftəiçi beş gün efirdə olan Xoşqədəm Hidayətqızı, Zaur Kamal və Tolikin verilişlərini nəzərə alsaq, Firanın yenidən səhər proqramı aparacağını təxmin edirəm.

Ümumiyyətlə, Kənan Bayramovun "Xəzər" TV-dən gedişindən sonra bir çox müğənnilərin "bazarının bağlanması" da istisna deyil.

ATV-yə nəzər salsaq, tamaşaçıların artıq Yusif Ağayevdən yorulduğunu açıq-aydın sezmək mümkündür. Bəlkə də, ATV rəhbərliyi bunu nəzərə alıb, bu yaxınlarda aparıcısı olduğu "10-dan sonra" verilişini onun əlindən almaq istəyirdi.

Belə ki, proqram Yusifdən alınıb Murad Əzimzadəyə veriləcəkdi. Hətta proqramın bir bölümü çəkilmişdi. Ancaq sonradan rəhbərlik qərar verib, Yusifi verilişdə saxladı.

Ola bilsin, yeni mövsümdən Yusif Ağayevi efirdə görməyək. Onun yerinə yeni verilişlə Sevil və Sevinc bacılarını ATV-də görə bilərik. Təbii ki, bu da təxmindir. Ancaq Tolik və əkizlər arasındakı münaqişəni və prinsipi nəzərə alsaq, ATV reytinq məsələsini də nəzərə alıb, bacıları kanala gətirə bilər. Əkizlər öz açıqlamalarında yenidən efirə qayıdacaqlarını bildirmişdilər.

"5-ci element" dördüncü mövsümü ilə ATV-də start götürəcək. Ötən illərə nisbətən verilişin mediadakı reytinqinin aşağı olması onun keyfiyyətli layihə olması gerçəyini dəyişdirmir.

Yeni mövsümdə "İctimai" kanalın da vəziyyətinin yaxşılaşacağı danılmazdır. Ötən aylarda rəhbər təyin olunan Balakişi Qasımov özü ilə birlikdə bir neçə dəyişiklik etdi ki, bu da İTV-nin 2006-2007-ci illərdəki nüfuzunu qaytarmaq iqtidarındadır.

Belə ki, İTV-nin bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri vəzifəsindən Lamiyyə Ələkbərova çıxarılaraq yerinə İTV-nin keçmiş siması, aparıcı Leyla Quliyeva təyin edilib.

Lamiyyə Ələkbərovanın isə son paylaşımlarında "Ana kanalım" deyə AZTV-yə müraciət etməsi onun AZTV-yə qayıtmaq ehtimalını ön plana çəkir.

Bundan əlavə, İTV-nin baş direktor müavini Həsən Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə Murad Hüseynov təyin olunub.

Yetərincə keyfiyyətli layihələrinin olmasına baxmayaraq, kanalın reytinqinin aşağı olması yeni rəhbərliyi qane etməyəcəyi açıq-aşkardır. Ona görə də İTV-dən yeni mövsümdə yeniliklər gözləyirik.

ARB TV ötən mövsüm saytlarda ən çox haqqında xəbər çıxan kanal oldu. Verilişləri və qəhrəmanları günlərlə müzakirə obyektinə çevirildi. Bu mövsüm də eyni tempi qoruyub-saxlayacağına əminəm. Amma hər bir halda kanaldan daha keyfiyyətli məhsullar gözləyirəm.

"Space" TV isə sürətlə çökməyə davam edir. Kanalın rəhbəri Vaqif Mustafayevin bənzərsiz toy siyasəti və hind filmlərinin nümayişi bu mövsüm də tamaşaçını ekrana "kilidləyəcək".

Kanalda ən çox müzakirə olunan proqram Elçin Əlibəylinin təqdimatında yayımlanan "El bizim, Sirr bizim"dir.

"Lider" TV-nin ötən mövsüm biabırçılıqları və pul qarşılığında ekrana çıxardığı şəxsləri "aparıcı" deyə camaata sırımağı kanalın olmayan reytinqini daha da aşağı salıb. Əyləncəli formatda olduğuna görə kanalda yeganə baxımlı proqram səhər yayımlanan "7 gün" verilişidir.

Yeni mövsüm kanalın daha reytinqli verilişlərlə qarşımıza çıxacağına ümid edirik. Naftalin iyi verən və şarlarla bəzədilən studiyalar tamaşaçıları da bezdirib.

Rəhim Rəhimlinin "MTV Azerbaijan"a rəhbər təyin edilməsindən sonra gözlər eks "Muz" TV-yə çevirilib. Rəhimlinin zövqünü nəzərə alsaq, kanalda bir sıra yeniliklərin olduğunu artıq sezmək mümkündür.

Ancaq bəstəkarın sənətində olduğu kimi, aylarla kənara çəkilib heç bir iş görməməsini bu vəzifəsində də icra etməsindən qorxuram.

Hər bir halda, yeni mövsümü gözləyək. Görək, başımıza nə gəlir...

oxu.az


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1702   Tarix: 24 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nanə əməliyyat olundu

Aparıcı Nanə Ağamalıyeva yenidən gözlərindən əməliyyat olunub. Axşam.az xəbər verir ki, bu barədə o özü payalaşım edib. Aparıcı illərdir görmə qabiliyyətində olan problemlərdən qurtulduğunu bildirib:. "2013-cü ildən etibarən hər iki gözüm zəifləmişdi və mən 13 il ərzində +3.5 ölçülü linza və eynəkdə

28 mart
.

"Paxlavanı imkanlılar bişirirdi"

Müğənni Nadir Qafarzadə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb. -ın məlumatına görə, sənətçi keçmiş illərlə indiki dövrü müqayisə edərək Novruz ənənələrindən danışıb. O bildirib ki, əvvəllər maddi imkanlar məhdud olduğu üçün hər kəs bayram şirniyyatlarını hazırlaya bilmirdi: "Biz kası

31 mart
.

"Bütün yenilikləri Aygün Kazımova etdi, hamı örnək götürdü"

"Bütün yenilikləri Aygün Kazımova etdi və hamımız da ondan örnək götürdük. Saç qaynağı ilk Aygündən gəldi, əməliyyatları o etdirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində deyib. O, Aygün Kazımova və həmkarı, Xalq artisti Röya Ayxan

23 mart
.

"Sosial şəbəkələrdəki mahnılar çox bərbaddır"

"TikTok, instaqram, yutubda olan mahnılar çox bərbaddır. Ürək sındırmaqdan da artıq keçib. Məni bağışlayın, amma gerçəkdən bərbaddır". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Qonaqcanlı" verilişində deyib. O, süni intellektlə mahnıların bəstələnməsin

21 mart
.

Rasim Balayevin oğlu danışdı: "Qəfil pisləşdi"

"Atam Türkiyədə İstanbulda yerləşən Memorial xəstəxanasında müalicə olunurdu. O, xəstəxananın reanimasiya şöbəsində idi". Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Rasim Balayevin oğlu Ülvi Balayev deyib. "Atamın vəziyyəti qəflətən pisləşdi. Həkimlər ürək masajı etsələr də, onun həyatın

29 mart
.

Cengiz Kurtoğlu xəstəxanaya yerləşdirildi

Arabesk musiqisinin sevilən adlarından biri olan Cengiz Kurtoğlunun səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, sənətçi dünən gecə burnundan qanaxma ilə xəstəxanaya çatdırılıb. Kurtoğlunun əməliyyat olunduğu məlum olub. Həkimlərin müayinələri zamanı məşhur sənətçinin iki arteriyasının tıxandığ

28 mart
.

Elxan Şirinovun fərqli qidalanma sirri - "1 aya əzbərlədim"

Əməkdar artist Elxan Şirinov maraqlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi amerikalı naturopat Herbert M.Şeltonun tətbiq etdiyi xüsusi qidalanma üsulu ilə getdiyini bildirib:. "Şeltonun üsulu var. Bir səhifədir, onu əzbərləmə

21 mart
.

"Mən əziz dostumu itirdim"

Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev dünyasını dəyişib. Axşam.az-ın məlumatına görə, sənət adamları aktyorla bağlı paylaşım edib. Xalq artisti Afaq Bəşirqızı R.Balayevlə bağlı "Bu gün Azərbaycan incəsənəti böyük bir sənətkarını itirdi, mən isə əziz dostumu. Rasim Balayev aramızdan gets

29 mart
.

Aynişanın ad günündən yeni görüntülər

İnfluenser Aynişan Quliyeva (Ayni Xalid) iki gün öncə özünə dostları ilə birgə doğum günü edib. OLAY yazır ki, gecədə bütün qonaqlar qara, təkcə Aynişan qırmızı libas geyinib. Tədbirdən fotoları Ayni sosial media hesabında paylaşıb

23 mart