Yollarımız da pullu olacaq: Bəs buna ehtiyac varmı?

Yollarımız da pullu olacaq: Bəs buna ehtiyac varmı?"Azərbaycanda ödənişli yollar dövlətin, özəl və bələdiyyənin də ola bilər. Özəl olan yolları hansısa qurum tikməlidir və burada dövlətin, bələdiyyətinin vəsaiti xərclənməməlidir. Özəl yolu hansısa şirkət, hüquqi şəxs tikməlidir. Hazırda Azərbaycanda özəl yol yoxdur. Özəl yol olmadığına görə də ödənişli özəl yol da olmayacaq".

Bunu Sonxeber.az-a yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov Azərbaycanda pullu yolların tikilmə perspektivi məsələsinə münasibət bildirərkən deyib.

Pullu yolun şərtləri

Onun sözlərinə görə, qanuna əsasən dövlətin və bələdiyyənin də yolu ödənişli ola bilər. Ekspert vurğulayıb ki, ancaq bunun ciddi şərtləri var və bunlara riayət etmək lazımdır: "Əsas şərt ondan ibarətdir ki, ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır. Yəni iki məntəqəni birləşdirən yeganə yol heç vaxt ödənişli ola bilməz. İki məntəqəni birləşdirən yol o vaxt ödənişli ola bilər ki, həmin məntəqələri birləşdirən daha bir yol olsun. Məsələn, buradan Şamaxıya gedən yol ödənişli ola bilməz. Buradan Şamaxıya gedən yolun ödənişli olması üçün oraya gedən başqa bir yol, alternativ yol olmalıdır".
Ə. Hüseynov qeyd edib ki, digər şərtə əsasən, ödənişsiz yolun alternativi olan pulsuz yol tam rahat, təhlükəsiz və dövlət standartlarına uyğun hərəkət üçün yararlı olmalıdır: "Ödənişsiz yolun torpaq yol və keyfiyyətsiz olması, bunun müqabilində isə yaxşı tikilmiş yolun ödənişli olması yolverilməzdir. Bu şərtlər daxilində hansısa yol ödənişli ola bilər".

Hökumət bu yolu ödənişli etmək istəyir

Ekspert diqqətə çatdırıb ki, hazırda Azərbaycan ərazisində həmin tələblərə cavab verən heç bir yol yoxdur: "Amma ödənişli yolların tikilməsi nəzərdə tutulub. Əsas hədəf tikə bilsələr cənub istiqamətindədir: Ə, Ələt-Astara-İran sərhədi yolu. O yolun Salyan rayonu ərazisindən başlayıb Masallı ərazisinə qədər olan hissəsinin alternativ kəsə yolu var. Onun da köhnə alternativi var ki, bu da Biləsuvar, Cəlilabad ərazisindən keçərək Massalıya həmin nöqtəyə gedib çıxır. Bildiyimə görə hökumətin bu yolu ödənişli etmək fikri var. Amma onu bir halda etmək olar ki, köhnə yolu tam bərpa edib təmir etsinlər. Hazırda köhnə yol bərbad vəziyyətdədir. Onu bərpa etməmiş, təmir etməmiş həmin qısa yolu ödənişli etmək mümkün deyil".

Pullu yol neçəyə olacaq?

Ödənişli yolların qiymətinə gəlincə, o deyib ki, qanuna görə ödənişli yolun qiymətini dövlət başçısı müəyyən edir: "Dünya təcrübəsinə əsasən, ödənişli yollarda qiymətlər yüksək ola bilməz, çünki yüksək ödəniş olacağı təqdirdə, sürücülər həmin yollardan istifadə etməyəcəklər. Ödənişlər adətən rəmzi rəqəmlər olur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daha əvvəl də açıqlamışdı ki, 1 kilometr üçün ödənişin məbləği 4-7 qəpik ola bilər. Məqsəd ondan ibarətdir ki, həmin ödənişlər hesabına yolun cari saxlanma xərcləri qarşılansın. Yola qoyulmuş xərcləri geri götürmək məqsədi daşımır. Həmin pullarla qoyulmuş xərcləri geri götürmək mümkün deyil".

Məftun Salmanov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4815   Tarix: 24 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

"BİG Media" MMC-nin direktoru Emil Əkbərov "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edildi

"BİG Media"MMC-nin direktoru Emil Əkbərov Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edilib. Bununla bağlı -a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbəro

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr