Tikinti materialları da bahalaşıb – QİYMƏTLƏR

Tikinti materialları da bahalaşıb – QİYMƏTLƏRYay fəsli həm də tikinti mövsümü olduğuna görə, hazırda inşaat sektorunda ciddi canlanma var. Sonxeber.az fins.az-a istinadla xəbər verir ki, bu, eləcə də digər amillər ölkədə tikinti materiallarının qiymətinə də təsirini göstərib. Müşahidələr göstərir ki, ötən illə müqayisədə əksər tikinti materiallarının qiymətində kəskin bahalaşma var.

Tikinti daşı - BAHALAŞIB

Ötən il 1 daşın qiyməti minumum 40-42 qəpik arasında olsa da, bu ilin əvvəlində 39-40 qəpiyə enmişdi. İndiki qiymət isə 10-12 qəpik qalxaraq 50-52 qəpik arsında dəyşir. Başqa sözlə, ilin əvvəlinən indiyədək mişar daşı təqribən 30% bahalaşıb.

Tikinti qumu – BAHALAŞIB

Qumun qiyməti kubmetrlə ölçülür. Ötən il 1 m3 kubun qiyməti 10 manat idi. Bu ilin əvvəlində isə qiymətlər 60-70% artaraq 16-17 manata yüksəlib.

Sement – dəyişiklik yoxdur

Sement qiymətləri isə satış formasına görə fərqlidir. Böyük tikinti şirkətləri sementi böyük həcmlərdə - tonlarla alırlar. Bu variantda qiymət 1 ton üçün 110 manat ətrafındadır. Ötən il də qiymətlər belə idi. Qiymətin dəyişməməsinin əsas səbəbi sementin daxili istehsal olmasıdır. Kisə qiymətləri isə 40 kiloqramlıq sement üçün 5 manatdan başlayaraq 7 manata qədər dəyişir.

Armatur - UCUZLAŞIB

Armaturun qiyməti bu il ucuzlaşıb. Belə ki, 1 ton 8 mm-lik armaturun qiyməti ötən il 1100 manat idisə indiki qiymət 980 manatdan başlayır ki, buda 11% azalma deməkdir. Eyni zamanda başqa ölçülü armaturların qiymətində də 100-120 manat ucuzlaşma var. Bundan başqa kəsinti formasında alınan armaturun qiyməti 8 mm-lik armaturda 1 metri 45 qəpik, 32 mm-lik armaturda isə 7 manatdan təklif edilir.

Dam örtükləri - BAHALAŞIB

Dam örtüklərinin qiyməti isə ölçüsünə və qalınlığına görə fərqlidir. Dəmirin qiyməti keçən il 6,5 manat olub. 2018 ci ilin əvvəlindən isə qiymətlər 1 manat yüksələrək 7,5 manat olub.
Şiferdən son zamanlar çox istifadə olunmaması onun bahalaşmasına imkan vermir. Hal-hazırda şiferin 1 m2-i 3 manatdan başlayır, ötən il də qiymətlər belə idi.
"Çerepitsa" son illərdə ən çox işlənən dam örtüyüdür. Keçən ilki qiymət 1 m2 üçün 6 manat olub. Hal-hazırda isə 33% bahalaşaraq 8 manat olub. Qiymətlər həmçinin keyfiyyətnə və qalınlığına görə fərqlidir.

Kafel - DƏYİŞMƏYİB

Kafelin qiyməti dolların məzənnəsinə uyğun olaraq dəyişir. Belə ki, keçən ilki qiymətlər demək olar ki, dəyişməyib. Burada ən aşağı qiymət 9,4 manatdan başlayır, ən bahalı İtaliya brendlərində isə kvadratmetr üçün 180 manatdır.

Şpatlyovka - DƏYİŞMƏYİB

Bu bazarda yerli istehsal çoxluq təşkil edir və nəticədə keçən illə müqayisədə qiymət artımı yoxdur. Astar yaxma 30 kiloqramlığı 4,9 manatdan, üz yaxma 30 kiloqramlığı 5,5 manatdan, makina suvağı 30 kiloqramlığı 4 manatdan və birbaşa astar 30 kiloqramlığı 4,7 manatdan başlayır.

Divar kağızı (oboy) - BAHALAŞIB

Ötən ilki qiymətlə indiki qiymət arasında 0,5-1 manat aralığında artım var. Belə ki, 2017-ci il oboyun qiyməti 1 m2 1.5-2 manatdan başlayırdısa indi bu qiymət , 2,5-13,5 manat arasındadır.

Taxta - KƏSKİN BAHALAŞIB

Taxtanın qiyməti onun keyfiyyəti (düyünlü-düyünsüz olması), yaş və quru olması ilə dəyişir. Belə ki,keçən il yaş taxtanın 1 kubu 230 manatdan başlayırdısa,bu ilin əvvəli və indiki qiyməti 330 manatdır buda ötən illə müqayisədə 44% artım deməkdir. Quru taxtanın düyünlü variantı ötən il 300-350 manatdan başlasada bu ilin əvvəli və indi qiyməti 450 manatdan (50% artıb) başlayır. Düyünü az olan və heç olmayan döşəmə taxtasının qiyməti keçən il 500-550 manat idisə, indi bu qiymət 700 manatdır. Keçən illə müqayisədə düyünlü taxta 29-50% qiymət artımı,düyünsüz taxtada 28-40% artım müşahidə olunub.
Diktlərə gəldikdə taxtada olduğu kimi bunda da artım olub. Keçən il 18 milimetirlik diktin qiyməti 22 manat olubsa ilin əvvəlində və indi bu qiymət 35 manatdan başlayır ki, buda 59% artım deməkdir. Artımın səbəbi tələbatın çoxluğudur.

Santexnika –BAHALAŞIB

Santexnika mallarının bəzilərinin qiymətində ciddi dəyişmə yoxdur. Amma bahalaşanlar da var. Məsələn, ötən il 24 litirlik kombilərin qiyməti 450-500 manat olubsa, bu il 30-33% artım ilə müşahidə olunub və 600-650 manatdan başlayır. Başqa ölçülü kombilərin qiymətində 2017-ci illə müqayisədə 100-150 manat artım var.

Plastik boruların qiymətindən isə dəyişiklik əsaən Türkiyə istehsalı olanlarda baş verib. Yerli istehsal olan 25-lik sadə su borularının qiyməti 1 m üçün 0,9-1,1 manat arasındadır, ötən ildən bəri dəyişiklik yoxdur. Türkiyə isehsalı olan 25-lik su borusunun qiyməti isə ötən ilki 1,2-1,6 manatdan bu il 1,4-1,8 manata qalxıb. 32-lik yerli boruların qiyməti 1,2 manatdır – ötən ildən bu yana dəyişməyib. Türkiyə istehsalı olan 32-lik boruların qiyməti isə artıb, ötən 1,8-2 manat arasında olan borular bu il 20-40 qəpik artaraq 2,2-2,4 manatdan başlayır.

Elektrik malları - BAHALAŞIB

Elektrik avadanlıqlarının qiymətində keçən il və bu il arasında qiymət fəryləri ciddi olmasa da mövcuddur. Ev üçün lazım olan 2,5-lik kabellərin 1 metrinin qiyməti ötən il 27 qəpik, 4-lük kabelin qiyməti 40 qəpikdən başlayırdısa, indiki qiymət 2.5-lik kabel üçün 30 qəpikdən, 4-lük kabel 45 qəpikdən başlayır. Qiymətlərdə cəmi 3 və 5 qəpik bahalaşma müşahidə olunur. Başqa ölçülü kabelərində qiymətində 3-5 qəpik artım var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3823   Tarix: 03 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr