Bəzi dərmanların qiyməti bahalaşdı

Bəzi dərmanların qiyməti bahalaşdıBakıda apteklərdə bəzi dərmanların qiymətləri bahalaşıb.

Bunu paytaxtın bəzi apteklərində aparılan müşahidələr göstərir.

Qeyd edək ki, qış mövsümü yaxınlaşdığı üçün qrip və soyuqdəymə əleyhinə olan dərmanlara tələbat artır.

Bakı şəhərində fəaliyyət göstərən bir sıra apteklərdə olduq. Metronun "Elmlər Akademiyası" stansiyasının ətrafındakı apteklərdə apardığımız araşdırmalar zamanı bir sıra dərmanların əvvəlkindən daha baha qiymətə satılmasının şahidi olduq.

Məsələn, qrip və soyuqdəymə əleyhinə istifadə olunan "Ferveks" əvvəl 50 qəpiyə satıldığı halda, hazırda sözügedən dərmanı alıcılara 60 qəpiyə təklif edirlər. "Teraflu" tozunun qiyməti isə 40 qəpikdən 50 qəpiyə qaldırılıb. Satıcılar isə qiymətlərin bahalaşmasının səbəbini izah etməkdə acizdirlər: "Bizə necə deyilirsə, o qiymətə də satırıq. Qiymətləri biz müəyyən etmirik".

Ərazidəki digər bir aptekdə də eyni mənzərə ilə qarşılaşdıq. Hətta alıcının biri haqlı narazılığını bildirərək qeyd etdi ki, Səhiyyə Nazirliyinin Qaynar Xəttinə bununla bağlı şikayət edəcək: "Apteklər verilən tapşırıqlara riayət etmirlər. Biz qiymətlərin ucuzlaşmasını gözlədiyimiz halda, əksinə bəzi dərmanlarda 10 və ya 15 qəpik artım var".

Metronun "Memar Əcəmi" stansiyasının ətrafındakı Kanon aptekində apardığımız müşahidələrdə isə başqa bir hal ortaya çıxdı. Reseptlə satıcıya yaxınlaşan alıcıların əksəriyyətinə eyni tərkibli başqa dərmanlar təklif olunurdu. Satıcılar bunu dərmanların bahalı olması və Azərbaycana daha gətirilməməsi ilə əlaqədar olması ilə izah etdi: "Həkimlərin yazdığı dərmanlar bizdə yoxdur. Amma eyni tərkibdə başqa adda dərmanlar var ki, həmin təsiri göstəririr. Elə dərman var ki, onu Azərbaycana gətirib sonra ucuz satmaq sahibkara sərf etmir. Ona görə də düşünürəm ki, sahibkarın o cür dərmanları ölkəyə gətirməyə marağı yoxdur".

trend


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1023   Tarix: 04 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə

16 dekabr
.

Azərbaycan Universitetində bədbəxt hadisə

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı

15 dekabr
.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvət alma ittihamı ilə 8 il 6 ay həbsə məhkum edilmiş sabiq müdiri Rüfət Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının çoxu özünə qaytarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun yalnız Quba şəhərindəki 2 evi və bir neçə ünvanda yerləşən bo

16 dekabr
.

Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Polşadan daxil olan məlumata əsasən, Çində fəaliyyət göstərən "Market Union Co. Ltd" şirkəti tərəfindən istehsal edilən şüşə fincanlard

15 dekabr
.

Azərbaycanda elektron siqaret - Qadağan edilir

Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun

16 dekabr
.

Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi

Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənləri

16 dekabr
.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

16 dekabr
.

Bakıda tələbə faciəvi şəkildə öldü

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin

16 dekabr