Azərbaycanda məmur iş otağında BIÇAQLANDI

Azərbaycanda məmur iş otağında BIÇAQLANDISəhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov dünən günorta saatlarında öz iş otağında bıçaqlanıb. F.Bayramovu bıçaqlayan şəxsin Beyləqan rayon sakini Fariz Fazil oğlu Azadzadə olduğu müəyyən edilib.

Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya" ETT Birliyinin baş direktoru, professor Ədalət Həsənov faktı təsdiqləyib. Ə.Həsənov virtualaz.org-a bildirib ki, Fazil Bayramov öz otağında olduğu zaman Fariz Azadzadənin bıçaqla hücumuna məruz qalıb.

Məlum olub ki, 1989-cu il təvəllüdlü Fariz Azadzadə ötən ilin dekabrın 23-də Beyləqan rayonunda baş vermiş dava zamanı bədən xəsarəti alıb, Beyləqan Rayon Prokurorluğunun qərarı ilə müayinə üçün "MTE və PA" ETT Birliyinin Beyləqan rayon şöbəsinə göndərilib. "Dekabrın 29-da Birliyinin Beyləqan rayon şöbəsinin məhkəmə-tibb eksperti Fazil Bayramov tərəfindən məhkəmə-tibbi müayinə aparılıb. Fariz Azadzadənin boynun və sifətin sol tərəfində almış olduğu xəsarət (kəsilmiş yara) həmin dövr üçün düzgün olaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi; bərk küt əşyanın təsirindən törənən digər xəsarətlər isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilib", - Ə.Həsənov deyib.

Ekspertizanın cavabından sonra Fariz Azadzadə iki dəfə Səhiyyə Nazirliyinin "Məhkəmə-Psixiatrik ekspertizalar Mərkəzi"ndə də ambulator qaydada məhkəmə-psixiatrik ekspertizadan keçirilib. Dünən - avqustun 7-də əlində bıçaq məhkəmə-tibb eksperti Fazil Bayramovun iş otağına soxularaq "niyə mənə o vaxt yüngül dərəcə yazdın, indi mən səni öldürəcəyəm" deyərək, ona hücum edib. Nəticədə, Bayramovun biri döş qəfəsinə də nüfuz etməklə bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbələri endirib. Lakin məhkəmə-tibb ekspertinin fiziki müqaviməti sayəsində F.Azadzadə öz məqsədinə çata bilməyib və hadisə yerindən qaçıb.

Hadisə ilə əlaqədar Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, F.Azadzadə saxlanılıb və istintaq aparılır.

Hazırda Fazil Bayramovun sağlamlıq durumu qənaətbəxş olmaqla ciddi həkim nəzarətindədir, tibbi müayinələr davam edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 13068   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: "Arvadı da bir neçə dəfə ona əl qaldırıb" - FOTO

Ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb. Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən, həmçini

24 aprel
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü

Hindistanda bir kişi qisas məqsədi ilə bir yaş yarımlıq qızı qaçıraraq vəhşicəsinə qətlə yetirib. Qatil sevgilisinin qızın atası ilə onu aldatdığından şübhələnib. xarici mediaya istinadən xəbər verir ki, ana qızı özü ilə yatızdırsa da, ayılanda uşağı tapmayıb. Ertəsi gün körpənin meyiti çoxsaylı xəsarətlərl

20 aprel
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart