Qarabağ münaqişəsi yenidən qızışsa...polkovnik Ramaldanov

Qarabağ münaqişəsi yenidən qızışsa...polkovnik RamaldanovMüharibə vəziyyətində olan Azərbaycan və Ermənistan son illər aktiv şəkildə müxtəlif artilleriya qurğuları və raket sistemləri alırlar. Müasir müharibələrin vazkeçilməz ünsürünə çevrilmiş artilleriya və raket sistemləri həm effektivliyi, həm də itki vermədən qarşı tərəfin strateji nöqtələrini, hərbi texnikalarını və canlı qüvvələrini məhv etmək özəlliyi ilə seçilir.

Qarabağda müharibə yenidən alovlanarsa, hansı qoşun növləri əsas söz sahibinə çevriləcək? Bu baxımdan raket və artilleriya qoşunlarının müharibənin gedişini müəyyənləşdirəcək əsas vasitə olacağı ön plana çıxır. Bəs görəsən Azərbaycanın, yoxsa Ermənistanın raket silahları daha güclüdür?

Mövzu ilə bağlı Sonxeber.az-ın suallarını cavablandıran hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, müharibə artilleriya qurğuları daxil olmaqla, müxtəlif növ silahların kompleks şəkildə istifadəsini nəzərdə tutur və həmin silahları ayrılıqda nəzərdən keçirmək düzgün olmazdı.

Artilleriyanın "müharibənin Allahı" sayıldığını vurğulayan ekspert bildirib ki, müharibədə artilleriya qurğuları və raket silahlarının imkanları çox böyük önəm kəsb edir.

O diqqətə çatdırıb ki, Ermənistanın yeni silahlar alması barədə xəbərlər doğru deyil: "Prinsip etibarı ilə Rusiya onlara 30-40 il əvvəl istehsal olunmuş silahlar verir. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun silah parkının dəyişdiriləcəyinə dair açıqlamasından sonra Ermənistana 200 milyon dollarlıq kredit sazişi çərçivəsində silahların verilməsi xəbəri yayıldı. Analitiklər silah parkının yenilənməsinin ardından Rusiyanın köhnə silahlarının Ermənistana göndəriləcəyinə dair rəylər bildiriblər".

Ş. Ramaldanov bildirib ki, Ermənistan mətbuatının yazdığına görə ölkə silahlanma qrafikini 70 faiz yerinə yetirə bilir və bu göstəricini yüksəltmək qabiliyyətində deyillər: " Bu qrafiki yerinə yetirmək üçün hətta xaricdəki diaspora komitələrindən pul istəyirlər".

Onun sözlərinə görə, Azərbaycan 10 il bundan əvvəl və daha yaxın illərdə istehsal olunmuş silahlarla silahlanıb: "Azərbaycan hansı artilleriya qurğuları və raket sistemləri ilə silahlandığını Cümhuriyyətin yaranmasının 100-cü ildönmünə həsr olunmuş hərbi paradda bütün dünyaya nümayiş etdirib. Paradda silahların yalnız cüzi bir qismi götərilib. Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistan silahların müasirliyi və gücünə görə heç vaxt Azərbaycana çata bilməyəcək".

Ş. Ramaldanov vurğulayıb ki, Ermənistan öyündüyü silahları nə təlimlərdə, nə paradlarda, nə də video-materiallarda göstərməyib: "Hanı o, reaktiv yaylım atəşi sistemləri?. Onların müasirliyinin hansı səviyyədə olmasını niyə göstərmirlər? Bunlar hansı ildə istehsal olunublar?".Yayılım atəşli raket sistemləri artıq 70 ildir istehsal olunur. Onların yeni və təzə növləri var. Ermənistanın müstəqilliyinin 25 illiyi ilə əlqədar keçirdiyi paradda nümayiş etdirdiyi "İsgəndər" raket kompleksinin İrəvana, yoxsa Moskvaya məxsus olması barədə hələ də fikir ayrılığı var. Ermənistan rəhbərliyi yalan danışmağa o qədər vərdiş edib ki, hətta Rusiyadan aldıqları guya müasir silahların heç bu ölkənin silahlanmasında olmadığını bəyan edir".

Ekspert əlavə edib ki, Ermənistan rəhbərliyi öz gələcəyini faciədən xilas etmək istəyirsə, onun bir yolu var: "O da işğalçılıq niyyətindən əl çəkməlidir".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 5548   Tarix: 09 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ukraynada çörək sexinə raket düşdü: 28 nəfər həlak oldu

Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində raket çörək sexinə düşüb. Nəticədə 28 nəfər həlak olub. Məlumata görə, daha 10 nəfər xəsarət alıb. Ölənlərin 18-i kişi, doqquzu qadın və biri uşaqdır. Raketin Ukrayna Silahlı Qüvvələri tərəfindən HİMARS sistemilə buraxıldığı iddia edilir

4 fevral
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart
.

Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını yaydı. nazirliyə istinadən icmalı təqdim edir:

21 yanvar
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart
.

Azərbaycan Ordusunun zabiti qətlə yetirildi - Saxlanılan var

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevin ölüm faktı barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-c

27 yanvar
.

KİV: Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti (UTX) təşkil edib. "Report" xəbər verir ki, bunu "Hromadske"yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Həmsöhbətin sözlərinə görə, "artıq uğurlu hücum haqqında danışma

17 mart