Telefonu yenə də xaricdən almaq sərfəlidir – HESABLAMA

Telefonu yenə də xaricdən almaq sərfəlidir – HESABLAMAMəlum olduğu kimi, Azərbaycanda mobil telefonlar üçün qeydiyyat rüsumu kəskin surətdə artırılıb və indi yeni telefonların sahibləri qeydiyyat üçün əvvəlki 5 manat əvəzinə 30-150 manat ödəməli olacaqlar. Sonxeber.az fed.az-a istinadla xəbər verir ki, bu qərarın ən çox xaricdən şəxsi istifadə üçün internet və poçt vasitəsilə telefon alanlara təsir edəcəyi bildirilirdi. Doğrudan da son vaxtlar internetlə mobil telefon alanların sayı sürətlə artırdı və Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, şəxsi məqsədlə alınan telefonlara görə, büdcə ildə 200 milyon manat itirirdi. Nəticədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlum qərarı qəbul edərək telefonların qeydiyyat rüsumlarını artırıb.

Bəs rüsumların artmasından sonra xaricdən telefon almaq yenə də sərfəlidirmi? İndi telefonu haradan almaq sərfəlidir – internetlə xaricdən, yoxsa teoefon mağazalarından? FED.az əhalini maraqlandırdığını nəzərə alaraq bu məsələni araşdırıb.
Bunun üçün ölkənin əsas mobil telefon şəbəkələrində və xarici satış platformalarındakı populyar telefonların qiymətləri araşdırılıb. Nəticələr belədir:

Samsung Galaxy S9+
"Samsung"un ən populyar modellərindən olan "Samsung Galaxy S9+" Bakıda mağazalarda 1 999 manatadır. Amma "Aliexpress"də bu telefon 927 dollar və 1576 manatdır. Daşıma xərci daxil. Bu telefonun qeydiyyatı üçün ödəniləcək rüsum 150 manatdır. Çünki bu modelin bazar qiyməti 1000 dollardan yuxarıdır. Nəticədə xaricdən alınan telefon 1726 manata başa gəlir. Fərq 273 manat.

Samsung Galaxy S9
"Samsung"un digər populyar modeli Samsung Galaxy S9 Bakıda 1799 manata satılır. İnternetdə onun qiyməti 650 dollar, yəni 1105 manatdır, 150 manatlıq qeydiyat rüsumunu da əlavə edəndə internetlə alınan telefon müştəriyə 1255 manata başa gəlir. Fərq544 manat.

Samsung Galaxy S8
Samsung Galaxy S8 modelini Bakıdakı telefon mağazalarından 1499 manata almaq olar. İnternetdə bu telefon 520 dollar və ya 884 manatdır. Gətirilmə xərci daxil. Bu telefonun bazar qiyməti 700-1000 dollar arasında olduğuna görə, onun qeydiyatı rüsumu 100 manat olacaq. Deməli internetlə alınan telefon sahibinə cəmi 984 manata başa gələcək. Fərq 515 manat.

Samsung Galaxy A8
"Samsung Galaxy A8" Bakıda 949 manatdır. İnternetlə onun qiyməti 350 dollar, yəni 595 manat, qeydiyyat rüsumu 70 manatdır. Deməli intenretlə alınan variant 665 manata başa gələcək. Fərq 284 manat.

Apple iPhone X-lər
Maraqlıdır ki, araşdırma göstərir ki, "iPhone X"-ları internetdən almaq daha baha başa gəlir. Belə ki, Apple iPhone X 256GB Bakıda 2249 manatdır. Adı çəkilən saytda isə bu modeli 1430 dollara və ya 2431 manata almaq olar. Üstünə 150 manatlıq rüsumu da gələndə Apple iPhone X 256GB in internetlə alınması 2581 manata qalxır. Fərq 332 manat.
Apple iPhone X 64GB variantı isə Bakıda 2059 manat, internetdə 1250 dollar və ya 2125 manatdır. Qeydiyyatı rüsumu ilə birlikdə son qiymət 2275 manat olur. Fərq 216 manat.

Apple iPhone 7
Əvəzində "Apple"nin ən populyar modellərindən olan "iPhone 7"ni internetdən almaq çox sərfəlidir. Belə ki, "Apple iPhone 7 128GB"Bakıda 1 339 manatdır. İnternetdə isə onu 470 dollar və ya 799 manata almaq olar. Üzərinə 100 manat qeydiyyat rüsumunu da əlavə edəndə "Apple iPhone 7 128GB"nin internetlə alınma son qiyməti 899 manat olur. Fərq 440 manat.

Apple iPhone 6
"Apple iPhone 6" ilə də təqribən eyni vəziyyətdir. Bakıda "Apple iPhone 6 32GB"nin qiyməti 699 manatdır. İnternetdə isə onu 233 dollar və ya 396 manata almaq olar. Üzərinə 70 manat qeydiyyatı rüsumunu da əlavə edəndə internetlə alınan "iPhone 6" 466 manata çıxır. Fərq 233 manat.

Huawei P20
Son vaxtlar "Apple"ni də geridə qoyan "Huawei"in ən populyar modellərindən olan "Huawei P20" Bakıda 1699 manatdır. Bu modeli internetdən 790 dollara, və ya 1342 manata almaq olar. Qeydiyyat rüsumu isə 100 manat olduğuna görə, internetlə alınan "Huawei P20" 1442 manata başa gəlir. Fərq 257 manat.

Huawei P9
"Huawei"in digər populyar modeli "Huawei P9" Bakıda 999 manata satılır. İnternetdə isə onu 247 dollar və ya 420 manata almaq olar. 70 manatlıq qeydiyyat rüsumunu da nəzərə alanda, bu telefonun internetdən alınması 490 manata, başqa sözlə iki dəfə ucuz başa gəlir. Fərq 509 manat.

Xiaomi Redmi Note 5
Son vaxtlar sürətlə populyarlaşan "Xiaomi Redmi Note 5 4GB/64GB" modeli Bakıdakı mağazalarda 529 manata satılır. İnternetdən isə onu 238 dollar və ya 405 manata almaq olar. 60 manatlıq qeydiyyatı rüsumunu da nəzərə alanda bu modeli internetlə əldə etmək 465 manata başa gəlir. Fərq 64 manatdır.

Nokia 6.1
"Nokia"nın son modellərindən olan "Nokia 6.1" Bakıda 649 manata satılır. İntenretdə isə onu 221 dollar və ya 376 manata almaq olar. 60 manatlıq qeydiyyat rüsumu ilə bu modelin son qiyməti 436 manatdır. Fərq 213 manat.

Nokia 8
"Nokia"nın hələlik ən bahalı versiyası olan "Nokia 8" Bakıda 1165 manatdır. İnternetdə isə onu 492 dollar və ya 836 manata almaq olar. Qeydiyyat rüsumu olan 70 manatı da nəzərə alanda "Nokia 8"nin internetdən alınan son variantı 906 manatdır. Fərq 259 manat.

Sosial   Baxılıb: 1664   Tarix: 09 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR