"Türkiyə Paşinyan qarşısında bu şərtləri qoymalıdır" - Deputat

"Türkiyə Paşinyan qarşısında bu şərtləri qoymalıdır" - DeputatABŞ-ın Türkiyəyə qarşı irəli sürdüyü sanksiyalar iqtisadi yox, daha çox siyasi səbəblərlə bağlıdır. Türkiyə hökumətinin gördüyü tədbirlər nəticəsində lirənin kursunun enməsinin qarşısı bir qədər alındı. İnanırıq ki, Türkiyə bu sınaqdan üzüağ çıxacaq və düşmənlərin sevinməsinə imkan verməyəcək.

Bu sözləri teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Türkiyə ilə Azərbaycanın bütün sahələrdə əlaqələrinin sıx olduğuna toxunan deputat qeyd edib ki, Türkiyə iqtisadiyyatındakı dəyişikliklər qardaş ölkə ilə iqtisadi əlaqələri olan ölkələrə müəyyən mənada təsir göstərir: "ABŞ Türkiyənin onun diktəsi ilə hərəkət etməsini istəyir. Birləşmiş Ştatlar öz maraqlarının təmin olunması üçün Türkiyəni məcbur etmək, ondan nəyisə qoparmaq niyyətindədir. Lakin Türkiyə qüdrətli dövlətdir və bu mərhələni də arxada qoyacaq".

Elman Məmmədov ABŞ-la Türkiyə arasında gərginlik fonunda ermənilərin aktivləşdiyini söyləyib: "Düşmənlərimiz Türkiyənin düşdüyü duruma görə sevinir. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan ilkin şərtlər olmadan diplomatik münasibətlərin qurulması ilə bağlı bəyanat yaydı.

Ermənistan tarixən Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edib. Bu günə kimi Ermənistan Konstitusiyasında Türkiyə adlı dövlət tanınmır, Türkiyənin xeyli ərazisi Ermənistan ərazisi kimi göstərilir. Ermənilər türklərə qarşı törətdikləri soyqırımı rəsmi Ankaraya qarşı çevirib maddi və mənəvi təzminat, üzr tələb edirlər. Azərbaycan torpaqları işğal olunduğuna görə bu gün Türkiyə ilə Ermənistan arasında sərhədlər bağlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla əlaqələrin qurulmasından söhbət gedə bilməz.

Türkiyə diplomatik münasibətlərin yaxşılaşmasını istəyən Ermənistan qarşısında şərt qoya bilər ki, erməni xəstəliyindən irəli gələn bütün sərsəm iddialardan əl çəkin və qardaş Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad edin. Yalnız bu halda qonşuluq mümkündür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1041   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl

29 aprel
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbayca

29 aprel