Neftin qiyməti yenə "oynayır": "Amerikanın proqnozu yanlış çıxdı" – Ekspert

Neftin qiyməti yenə "oynayır": "Amerikanın proqnozu yanlış çıxdı" – Ekspert"ABŞ-ın dünya neft bazarına təsiri bütün OPEK ölkələrinin ümumi təsir imkanlarından daha böyükdür".

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər dünya neft bazarında qiymətlərin yenidən aşağı düşməsinin, o cümlədən Azərbaycan yüngül neftinin 2 dollardan çox ucuzlaşmasının səbəblərini izah edən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

İlham Şabanın sözlərinə görə, dünya bazarında neftin ucuzlaşmasının əsas səbəblərindən biri ABŞ-da ümumi hasilatın artırılmasıdır:
"Amerika Neft İnstitutunun həftəlik açıqlamasına görə, ABŞ-ın neft 2,5 milyon barrel azalacağı proqnozlaşdırılsa da, bu gözlənti nəinki doğrulmadı, əksinə, ehtiyatların 3,66 milyon barrel artdığı qeydə alındı. Məhz bu artıma görə də birjalar məlum prosesə belə kəskin reaksiya veriblər və nəticədə dünya neft bazarlarında kəskin ucuzlaşma müşahidə olunmaqdadır.

Azərbaycan nefti də məhz bu səbəbdən son gün ərzində belə kəskin ucuzlaşıb. Digər tərəfdən, məlumata görə, ABŞ-da neft hasilatı artmaqda davam edir. Yəni ABŞ-la bağlı olan bu iki amil dünya birjalarında neftin qiymətinin düşməsinə və analoji tendensiyanın Azərbaycanın yüngül neftində də özünü göstərməsinə səbəb olub.

kimə sirr deyil ki, ABŞ neft bazarına kəskin təsir etmək gücündə olan bir ölkədir. Bu mənada, ABŞ-ın dünya neft bazarına təsiri bütün OPEK ölkələrinin ümumi təsir imkanlarından daha böyükdür. Onu da nəzərə alaq ki, neftin qiyməti həftəlik məlumatlar təqdim olunanda açıqlanırr. Hazırda neftin qiyməti 2 dollardan da çox azalsa da, ola bilər, bu gün qiymət yenə dəyişsin.

Ümumiyyətlə, birjalar baş verən hadisələrə, təlatümlərə, kimlərinsə bəyanatlarına həssaslıqla reaksiya verir. Eyni zamanda, hasilatın artıb-azalması da da neftin qiymətinə təsir göstərir".

Qeyd edək ki, son bir gündə Azərbaycan neftinin qiymətində ciddi azalma baş verib. Məlumata görə, CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barrelinin qiyməti 71,68 dollar olub ki, bu da əvvəlki göstəricidən 2,15 dollar azdır.
Həmçinin, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,91 dollar olub. Bu isə əvvəlki qiymətdən 2,16 dollar aşağıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2319   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart