Bakıda doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar - +18 VİDEO

Bakıda doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar - +18 VİDEOAzərbaycanda daha bir körpə ölümü baş verib. 26 yaşlı Aytən Sadıqovanın 7 saylı Doğum Evində dünyaya gətirdiyi 3 kq 500 qram çəkili oğlan uşağı doğuşdan 45 dəqiqə sonra ölüb.

Gənc qadın BAKU.WS-ə açıqlamasında normal hamiləlik keçirdiyini və hamiləliyin sonuncu həftəsində xəstəxanaya müraciət etdiyini bildirir:

"Hər ay həkim müayinəsindən keçmişəm. Heç bir problemim olmayıb. Həkim normal doğuşun vaxtını avqustun 12-nə təyin etmişdi. Mənim sancılarım 1 gün əvvəl, 11 avqustda başladı. 7 saylı Doğum Evinə getdim. Normal doğuş üçün problem olduğunu söylədilər, lakin məni evə buraxmadılar. Həyat yoldaşıma doğuşu asanlaşdıran dərman aldırdılar, onun da xeyri olmadı.

Sancılarım dözülməz olduğundan qeysəriyyə əməliyyatı istədik. Hətta anam qışqırıqlarımı eşidib, həkim Səbinə Baharzalovaya dedi ki, nə sənəd lazımdırsa verin, imzalayaq, qızımı əməliyyata salın, təki qızım belə əziyyət çəkməsin.

S.Baharzalova anama və mənə barmağını silkələyərək qışqırdı ki, mənə göstəriş verməyin, nə etmək lazımdırsa, özüm bilirəm. Normalda həkim vəziyyətimə görə qeysəriyyə əməliyyatına qərar verməli idi. Mənim və körpəmin həyatını riskə atmamalı idi".

A.Sadıqovanın sözlərinə görə, həkim doğuşu təhqirlərlə həyata keçirib: "Dediyim kimi, sancılarım dözülməz idi və hər dəfə ağrıdan qışqıranda məni təhqir edirdi.

Qışqırırdı ki, doğa bilmirsən, abort etdirərdin, niyə uşaq istəyirsən? Söyüşlərə heç bir reaksiya vermirdim.

Tək istəyim uşağımı sağ-salamat qucağıma almaq idi. Gecə 3-ün yarısında süni doğuş həyata keçirdilər. Doğuşun vaxtı uzandıqca söyüşlərdən zərbələrə keçdilər. Səbinə Baharzalova söyə-söyə dirsəyilə qarnıma zərbələr vururdu. Uşaq sağ doğuldu, amma ağlamadı. Oğlumu sinəmə qoydular, nəfəs alırdı.

Sonra məndən alıb oksigen verdilər. 45 dəqiqə sonra oğlumun öldüyünü xəbər verdilər. Soruşdum ki, niyə? Öz qulağımdan eşitdim ki, dirsəklərilə vuranda uşağın ciyərləri əzilib və açılmayıb. Bilirsiz ölüm səbəbini mənim özümə nə dedilər? Dedilər ki, sən sancı çəkəndə "Ay Allah, mənə ölüm ver" dediyin üçün uşağın öldü".

Övladını itirən Aytən Sadıqova

Şikayətçi körpəsinin ölümündə doğuşu həyata keçirən həkim-ginekoloq Səbinə Baharzalovanı günahlandırır: "Əvvəla, dediyim kimi, vəziyyətimə görə məni qeysəriyyə əməliyyatına salmalı idilər. İkincisi, uşağımı Səbinənin dirsəyilə qarnıma vurduğu zərbələr öldürdü. Oradaykən doğuşdan iştirak edən tibbi personaldan biri deyirdi ki, doktorun dirsəyilə vurduğu zərbələrdən uşağın ciyərləri zədələnib.

Uşağın bədənində göyərtilər vardı. Bu da həkimin dirsəyilə vurduğu zərbələrin yeri idi".

Zərərçəkmiş ailə hadisə ilə bağlı Daxili İşlər Nazirliyiyinin 102 xidmətinə müraciət edib "Elə həmin günü prokurorluq nümayəndələri xəstəxanaya gəldi. Körpəmin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya İnstitutuna aparılıb. Ekspertizanın cavabını gözləyirik".

Körpənin ölüm faktı Nizami rayon Prokurorluğu tərəfindən araşdırılır. Məsələ ilə əlaqədar Nizami rayon Porkurorluğu ilə əlaqə saxladıq. Nizami rayon prokurorunun köməkçisi Rüstəm Zeynalov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də Aytən Sadıqova tərəfindən həkim Səbinə Baharzalovaya qarşı şikayət daxil olub.

"Belə bir hadisə olub. Hazırda araşdırma gedir. Sorğular aparılır, ifadələr alınır. Aparılan araşdırmalardan sonra hansısa nəticəyə gəlinəcək", - deyə Rüstəm Zeynalov bildirib.

həkim-ginekoloq Səbinə Baharzalova

Məsələ ilə həkim-ginekoloq Səbinə Baharzalova ilə əlaqə saxladıq. Həkim Səbinə Baharzalova BAKU.WS-ə açıqlamasında iddiaları qəbul etmədiyini deyir: "Gərək belə olmayaydı, amma oldu. Biz də istəməzdik belə olsun. Təbii ki, övladını itirən ana indi hirslidir, depresiyadadır, hər söz deyə bilər. Heç bir həkim elə etməz. Bura həbsxana deyil ki, dirsəyimizlə basıb öldürək. Biz də bilmirik uşaq niyə ölüb. Ola bilsin hamilə vaxtı ana viruslu xəstəliklər keçirib. Uşağın ölüm səbəbi ekspertizanın cavabından sonra bilinəcək. Bu işlə bağlı prokurorluğa izahat vermişəm".

Bakıda doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar - +18 VİDEOBakıda doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar - +18 VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9510   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel