"Ya yaddan çıxmışam, ya da layiq bilmirlər" - 60 yaşını da fəxri adsız qeyd edən "Ovçu Pirim"

"Ya yaddan çıxmışam, ya da layiq bilmirlər" - 60 yaşını da fəxri adsız qeyd edən "Ovçu Pirim"Bu gün aktyor Allahverdi Yolçuyevin ad günüdür. Aktyorun 60 yaşı tamam olur.

Sonxeber.az xəbər verir ki, BAKU.WS sənətkarla əlaqə saxlayıb.

60 yaşında ilk açıqlamasını saytımıza verən A. Yolçuyev bunları dedi:

"Telefonum təbrik zənglərindən, ismarıclarından susmur. Həmişə olduğu kimi ilk məni təbrik edən nəvəm Bayram oldu. O, gecə 1-ə işləmiş ismarıc yazdı. Ona atamın adını vermişik. Ona görə də nəvəm məni təbrik edəndə elə bilirəm ki, atam məni təbrik edir".

Yubileyini qeyd edən sənətkar ən böyük arzusunu və gileyini də dilə gətirdi:

"Azərbaycanlı olan bütün uşaqları xoşbəxt görmək ən böyük arzumdur. Heç kəs onlardan sevgisini əsirgəməsin, çünki onların ölkəmizin gələcəyidir. Gileyim isə hələ də fəxri ad almamağımdandır. Ya yaddan çıxmışam, ya da layiq bilmirlər".

Qeyd edək ki, Allahverdi Yolçuyev 20 avqust 1958-ci ildə anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan dövlət İncəsənət inistutunun dram-kino aktyorluğu fakültəsini bitirib. 1978-1979-cu ildə Leninqradda keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət inistitunda səhnə nitqi müəllimi olub.

A. Yolçuyev Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Müxtəlif ölkələrdə tədbirlərdə, cəbhə bölgələrində, qocalar evlərində olub. Allahverdi Yolçuyev özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib. Müxtəlif telekanallarda minlərlə filimlər, cizgi filimlərini səsləndirib. Ən yadda qalan məşhur Fransız aktyoru Luide Fünesin rollarıdır. Hal hazırda dublyaj fəaliyyəti ilə məşğuldur.

Ailəlidir, 4 övladı, 5 nəvəsi var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2954   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

28 aprel
.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

29 aprel
.

Mehmet Ali Erbilin özündən 40 yaş kiçik sevgilisi ilə VİDEOsu gündəm oldu

Məşhur aparıcı və şoumen Mehmet Ali Erbilin özündən 40 yaş kiçik sevgilisi maraqlı açıqlama verib. xəbər verir ki, Gülseren Ceylanla məşhurla yenidən barışdığı üçün xoşbəxt olduğunu bildirib. 26 yaşlı gənc qız Mehmet Ali ilə birgə sosial hesabından açdığı canlı yayımda keçmiş sevgi münasibətlərində

4 may
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

5 may
.

Cavanşir Məmmədovun ölümündə görün hansı MƏŞHUR GÜNAHKARDIR: ŞOK AÇIQLAMA

Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatını məşhur aparıcı ilə əlaqələndirib. -a istinadən xəbər verir ki, sənətçi qonaq olduğu teleproqramda ad çəkməsə də, bir aparıcını ittiham edib. "Mən elə insanam ki, nə varsa, onu da deyəcəyəm. O Cavanşirə böyük dərd verdi. Fırıldaqç

27 aprel
.

SON DƏQİQƏ! Əməkdar artist vəfat etdi

Rusiyanın əməkdar artisti Qalina Davydova 49 yaşında vəfat edib. -a istinadla xəbər verir ki, aktrisanın ölümü ilə bağlı onun işlədiyi Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) saytında məlumat verilib. Rusiya Federasiyasının əməkdar artistinin ölüm səbəbi göstərilmir. Davydova 1975-ci ildə anadan olub

5 may
.

Namiq Qaraçuxurlu qızı ilə bağlı bu suala cavab verə bilmədi - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində qızından söz açıb. Aparıcı Zaur Baxşəliyevin "Qızının neçə yaşı var?" sualına N.Qaraçuxurlunun cavabı belə olub:

5 may
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28 aprel
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

29 aprel