DSX-nin dəniz təlimində yeni silahlar sınaqdan çıxarıldı – FOTO

DSX-nin dəniz təlimində yeni silahlar sınaqdan çıxarıldı – FOTOAzərbaycan Dövlət Sərhəd Xidmətinin avqust ayının 10-dan 18-dək davam etmiş "Xəzər dənizinin Azərbaycana mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi" mövzusunda keçirilən taktiki döyüş təlimi bir sıra yeni silah və texnikaların tətbiqi ilə diqqət çəkib.

Sonxeber.az xəbər verir ki, "AzeriDefence"nin DSX-nin yayımladığı təlim fotoları əsasında apardığı müşahidələrə görə, bu dəfəki təlimlərdə daha çox dəqiq silahların və müasir pilotsuz uçuş aparatlarının müxtəlif əməliyyat ssenarilərində tətbiqi önə çıxıb.

Təbii ki, təlim dənizlə bağlı olduğundan burada DSX Sahil Mühafizəsinin "Gəmi İnşası və Təmiri Mərkəzi"ndə son illərdə inşa edilmiş "Şahdağ" və "Tufan" layihəli gəmilər mərkəzdə yer alıb. Eləcə də təlimin gedişatında DSX aviasiya dəstəsinin helikopterlərindən dənizdə xilasetmə, sahilə xüsusi təyinatlıların çıxarılması, havadan atəş dəstəyinin verilməsi kimi fəaliyyətlər icra edilib.

Təlimin görüntülərindən məlum olduğu qədər əsas yenilik yuxarı hündürlükdə, uzun müddət havada qala bilən "Hermes-900" PUA-ların və "Harop" kamikadze PUA-ların, həmçinin uzaq məsafəli müşahidə-nəzarət sistemlərinin tətbiqi olub.

Geniş miqyaslı əməliyyatların havadan kəşfiyyatını təmin edilməsində istifadə edilən "Hermes-900" taktiki PUA-lar DSX-nin son illərdə silahlanmaya qəbul etdiyi müasir komplekslər arasında yer alır. Hazırda dünyanın 7 dövlətinin silahlanmasına daxil olan "Hermes-900"ün uzunluğu 8.3 metr, qanad açıqlığı 15 metr təşkil edir. Maksimum sürəti 220 km/saat, kreyser sürəti 112 km/saatdır. PUA 9100 metr yüksəklikdə, hətta buludların üzərindən müşahidələr aparmaq imkanına malikdir. Havada 36 saat fasiləsiz uçuş həyata keçirən "Hermes-900"ün faydalı yükü 350 kq təşkil edir.

PUA-nın sahib olduğu geniş sahə müşahidə sistemi eyni anda 40 kv. km ərazidə 100-dən artıq hədəfi izləməyə imkan verir. Bundan başqa, "Hermes-900" ELİNT/SİGİNT avadanlıqları ilə təchiz oluna bilir.

Araşdırmalar göstərir ki, hazırda postsovet məkanında Azərbaycanddan başqa, Rusiya daxil olmaqla heç bir dövlət bu tip unikal imkan və qabiliyyətlərə malik PUA-ya sahib deyil.

"Harop"la nöqtə atışı

Təlimlərin ən mühüm və maraq doğuran yeniliyi isə "Harop" kamikadze PUA sayıla bilər. Bundan əvvəl "Harop" 2017-ci ildə DSX Sahil Mühafizəsinin bazasında prezident İlham Əliyevə nümayiş etdirilib. İctimaiyyət qarşısında ilk nümayişi isə iyun ayının 26-da Bakı şəhərində Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda olub.
Kamikadze PUA, yaxud da "gəzən sursat" (loitering munition) adı ilə beynəlxalq səviyyədə sinifləndirilən "Harop" İsrael Aerospace İndustry (İAİ) şirkəti tərəfindən istehsal edilir. Uçuş müddəti 6 saat təşkil edən "Harop" 23 kiloqramadək fərqli döyüş başlığına malikdir. Azərbaycan üçün MAZ avtomobilinin şassisində qurulmuş xüsusi konteynerlərə qablaşdırılıb. "Harop" yüksək ayırdetmə dəqiqliyinə malik gecə/gündüz və infraqırmızı kameraya, 360 dərəcə bucaq altında axtarış apara bilən radara, habelə anti-radar sisteminə mailk olması ilə fərqlənir. PUA olaraq atışla havalanan "Harop" hədəfi aşkar etdikdən sonra ona yönləndrilir və hədəfə çırpılmaqla, yaxud üzərində bəlli məsafədə partlatma ilə həfəfin məhvini həyata keçirir. Uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə ilə mübarizə üçün nəzərdə tutulan "Harop"un sürəti 185 km/saat, uzunluğu 2.5 metr, qanad açıqlığı 3 metr, uçuş məsafəsi 200 km təşkil edir.

Hazırda postsovet və Cənub-Şərqi Avropa coğrafiyasında yalnız Azərbaycanın silahlanmasında yer alan "Harop" öz texniki-taktiki xarakteriskalarına görə, hərbi əməliyyatlarda tətbiq olunan kamikadze PUA-ların ən yaxşısı hesab edilir.

Parametrlərinə görə, bəzən strateji silahlar sinfinə də aid edilən "Harop" vasitəsi ilə düşmənin cəbhənin yüz kilometrlərlə dərinliyindəki istənilən stasionar və mobil (hərəkətli) hədəflərini "nöqtə atışı ilə" məhv etmək mümkündür. Bura hərbi hissələr, raket bazaları, HHM sistemləri, düşmənin hərəkət edən hərbi kalonları və s. daxildir. Dağlıq zonalarda və uzaq məsafədəki hədəflərin yüksək dəqiqliklə məhv edilməsi üçün "Harop" havaya qaldırılan digər PUA-ların retranslyator imkanlarından da yararlana bilir.

Texniki imkanları "Harop"u bir neçə yüz kilometr uzaqlıqdan istənilən obyektin pəncərəsindən içəri salmağa imkan verir. Aprel döyüşlərinin gedişatı göstərdi ki, hazırda Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilmiş HHM sistemləri bu "kamikadze PUA"ya qarşı effektiv mübarizə aparmaq imkanına malik deyil.

Aprel "şovalyesi"

DSX tərəfindən 2016-cı ilin aprel döyüşləri zamanı Qarabağda "Harop"lardan uğurla istifadə edilməsi taktik sinifə daxil olan bu sistemlərin dünyada bilinən ilk geniş çaplı döyüş tətbiqidir.

Aprelin 3 və 4-də düşmənin artilleriya briqadası, qərargah binaları vı bir çox dayaq nöqtələri məhv edilib. Aprel ayının 4-də cəbhədə gərgin döyüşlərin getdiyi saatlarda DSX tərəfindən həyata keçirilmiş "Harop" atışı nəticəsində Sisyandan Ağdərə rayonu istiqamətində döyüşlədə iştirak üçün gələn erməni könüllülərini daşıyan avtobus və düşmənin Suqovuşan (Madagiz) kəndindəki komanda-idarəetmə məntəqəsi vurulub. Nəticədə komanda-qərargah məntəqəsində aralarında düşmənin yüksək rütbəli zabitləri (polkovnik və generallar daxil olmaqla) olmaqla çox sayda hərbçisi məhv edilib. Qərargah binası dağıdılıb. Avtobusun vurulması nəticəsində isə Qarabağa döyüşməyə gələn çox sayda (məlumatlara görə 70-dən çox) "qoca" silahlı məhv edilib.

Eləcə də sonrakı günlərdə düşmənin nəzarətində olan Xocalı aeroportuna da "Harop" atışları gerçəkləşdirilib.

Aprel döyüşlərində "Harop"un tətbiqi əslində ermənilər üçün gözlənilməz olmuşdu. "Harop"un ilk taranını hadisədən qısa müddət sonra şərh edən Ermənistan müdafiə nazirliyinin sözçüsü Arçrun Hovannisyan "Azərbaycana məxsus PUA-nın vurulması" kimi təqdim etsə də, az sonra "Azatutyun" radiosunun yaydığı görüntülərlə "Harop"un "erməniləri ovladığı" üzə çıxdı. Bundan sonrakı günlərdə erməni telekanalları tərəfindən çəkilən görüntülərdə, eləcə də həvəskarcasına çəkilmiş videolarda "Harop"un səsini eşidənlərin dərhal ətrafa dağılışması və gizlənmələri əksini tapır.

Aprel döyüşləri ilə bağlı KİV-ə danışan erməni hərbçilərinin çıxışlarında da "Harop"un "səsi" aydın duyulur. Hətta kamikadze taranından 45% bədən yanığı ilə salamat qalan ehtiyatda olan polkovnik-leytenant rütbəli zabit "Harop"u adi PUA ilə qarışdırıb "poza" verən 9 könüllünün ani hücumdan həlak olduğunu anladır.

Aprel döyüşlərində cəbhədə psixoloji vəziyyətin dəyişilməsində "Harop" atışlarının mühüm rolu olub. Erməni hərbi həkimləri də aprel döyüşlərinin KİV-ə müsahibələrində bu PUA-nın "səsinin əsəbləri oynatdığını, vahimə doğurduğunu", "Harop"la vurulanların "sağ qalma ehtimalının çox az olduğunu" dilə gətirirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2420   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021