İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEOCari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 70 dəfə laçın dəhlizinə daxil olub və çıxıb. Bundan sonra 11 avqustda İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu.

Sonxeber.az xəbər verir ki, caliber.az Bakının etirazına baxmayaraq,bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa necə davam etdiyini göstərən eksklüziv videogörüntülər əldə edib.

11 avqustdan 10 sentyabradək xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndiyə daxil olub. Daha sonra isə onlardan 55-i geri qayıdıb.

Əldə olunan məlumata görə, iranlılar və ermənilər müxtəlif hiylələrə də əl atırlar. Misal üçün, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün onlara erməni qeydiyyat nömrələri vurulur. Ancaq nömrələrin təkrarlanması və yük maşınlarına dəfələrlə vurulması diqqətdən qaçmayıb.

Xatırlatmaq yerinə düşər ki, İran vətəndaşları avqust ayında Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında - Qarabağda fəal şəkildə işlərə cəlb olunublar.

İran tərəfinin Azərbaycana hansı cavabı verəcəyi maraqlıdır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2325   Tarix: 11 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin Türkmənistan səfəri: Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığın yeni mərhələsini formalaşdırır

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri ölkəmizin Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi fəal və məqsədyönlü xarici siyasətin növbəti mühüm göstəricisidir. Dövlət başçısının Türkmənbaşı şəhərinə səfəri Azərbaycanla Mərkəzi Asiya ölkələri arasınd

8 oktyabr
.

İlham Əliyev Vladimir Putinə zəng etdi

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı İlham Əliyev Prezident Vladimir Putini ad gün

7 oktyabr
.

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman

8 oktyabr
.

İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənistan Prezidenti Sərda

8 oktyabr
.

7 oktyabrın üçüncü ildönümü: İsrailin ağrısı bizim də ağrımızdır

7 oktyabr 2023-cü il İsrail tarixinin ən ağır günlərindən biri kimi yadda qaldı. HƏMAS terror təşkilatının İsrailə qarşı həyata keçirdiyi qanlı hücum nəticəsində yüzlərlə insan həyatını itirdi, yüzlərlə insan girov götürüldü. Bu tarixdən üç il keçsə də, həmin günün ağrısı İsrail xalqının yaddaşında

7 oktyabr
.

Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind

8 oktyabr
.

Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. "Report"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib

8 oktyabr
.

Prezident: "Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"

"Nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib: "Xəzər dənizi ölkələrimi

8 oktyabr
.

"Hazırda NATO ilə Rusiya arasında birbaşa müharibənin qaçılmaz olduğunu söyləmək düzgün olmaz" - BƏHRUZ QULİYEV

"Son günlər Avropanın təhlükəsizlik gündəmində Litva ilə bağlı baş verənlər ciddi narahatlıq doğurur. Hesab edirəm ki, bu məsələyə yalnız Litva-Rusiya münasibətləri kontekstində yanaşmaq düzgün deyil. Burada daha böyük prosesdən NATO ilə Rusiya arasında təhlükəsizlik qarşıdurmasının yeni mərhələsində

8 oktyabr