Öz ölümünü lentə alan qəhrəman, savaş jurnalistikamızın banisi - Çingiz Mustafayev

Öz ölümünü lentə alan qəhrəman, savaş jurnalistikamızın banisi - Çingiz MustafayevDöyüş meydanında can versə insan
Xoşdur, namərdliklə qoyub qaçmaqdan...
(Sədi Şirazi)

Sədi Şirazinin bu deyimini misal çəkməkdə məqsədim Milli Qəhrəman Çingiz Mustafayevin I Qarabağ savaşında və Azərbaycanın müharibə jurnalistikasında gördüyü işlərlə bağlıdır. Öz vətəni, torpağı və peşəsi naminə son nəfəsinə qədər döyüş meydanında olan Çingiz Mustafayev bununla mərdliyini, igidliyinin, vətənpərliyini bir daha sübut etdi.
Öz ölümünü lentə alan qəhrəman, savaş jurnalistikamızın banisi - Çingiz MustafayevÇingiz Mustafayev – qəhrəmanım, uşaq vaxtı həsəd apardığım kumirim, döyüş meydanında öz ölümün çəkən jurnalistim, gələcəkdə böyüyüb onun yolunu davam etdirəcəyim insan və daha nələr, nələr... Bəlkə də indi yazacağım cümlələr, ifadələr onu təsvir etməyimin yanında çox cılız, adi, bəsit görünəcək amma, azacıq da olsa, gördüklərim, eşitdiklərim sayəsində cızmaqara edəcəm. Çingiz haqda çox şey deyə, danışa, yaza bilərəm. Ancaq hər dəfə bu ad gələndə etdiyi şücaəti, qəhrəmanlıqları gözümün önündən film lenti kimi gəlib keçir. Hə, bir də ən əsası son anında (öz ölümünü çəkən qəhrəmanım) kamerasının qəfildən yerə düşməsi və "Ayy öldümm..." ifadəsi qulağımda saat zənginin səsi kimi hələ də səslənir. Qəhrəmanım öldü. Öldü deməzdim, çünki o ölsəydi bütün ölüllər kimi məzara qoyar, sonra da geri gələrdik. Bir ay, qırx gün və bir ildən sonra yavaş – yavaş yaddaşımızdan da silinib gedərdi. Ancaq Çingiz sözün əsl mənasında tarix yazdı – qəhrəmanlıq tarixi. Çoxlarının Birinci Qarabağ savaşında müharibəyə getməyib, dəlmə-deşikdə gizləndiyi vaxt, Çingiz çiynində kamera ən axırıncı döyüş postuna qədər getdi. Düşməni öz gözləri ilə gördü, gördüklərini çəkdi və bizə də göstərdi. Hətta ən çətin vəziyyətdə belə. BM-21 "Qrad" atışı zamanı videoda Çingizə deyilir ki, "döyüş maşına tərəf getmə!". Amma o, bütün bunlara baxmayaraq qaça-qaça həmin ölüm-dirim savaşına özünü atır.

"İndi biz sizinlə cəbhədəyik" - Çingizin savaş meydanından video kameraya üz tutub salamlaşması bax bu cür olurdu. Çingiz müharibədə tək telereportyor deyildi, döyüş meydanında hərbçilərin yanında onlarla birgə hərəkət edir, hətta mərmi, raket daşınmasında da onlara kömək edirdi. "Döyüş alnımıza yazılıb" deyib, əlindən gələn edirdi. Çingiz gizlənib döyüşə getməyən "kişi"ləri tapıb "divar"a dirəyirdi ki, "bu torpaq hamımızıdır, tək mənim yox. Hara qaçırsan?". Lazım olan vaxt, Milli Məclisdə deputatlarla mübahisə edir, döyüşün burada - məclisdə deyil, cəbhdə olduğunu onlara xatırladırdı. Bundan başqa yurd-yuvaların qoyub qaçan "yerlilərə" üz tutub "hara qaçırsan?" sualını ünvanlayardı. Bu sözləri isə yaddaşdan silinəcək ifadələr deyil – "Hamınız qorxaqsuz, arvadsız... Qubadlıyacan getdim. Bütün yolda qışqıra-qışqıra, bir dənə də binamus qayıtmadı. Onlar ömürlərinin axırınacan yaşa bilməyəcəklər..."

Çingiz Azərbaycan üçün nə edib?

1960-cı ildə Həştərxan vilayətində anadan olan Çingiz 1964-cü ildən Bakıya gəlir. Atasının zabit olmaq istəyini yerinə yetirən Çingiz bir müddət Cəmşid Naxçıvanksi adına hərbi liseydə oxuyur. Ancaq 1977-ci ildə Çingiz anasının istəyinə uyğun olaraq Azərbaycan Tibb Universitetinə daxil olur. Burdakı təhsilini başa vurduqdan sonra peşəsinə uyğun olaraq həkim işləyir. Bundan sonra isə Çingiz öz taleyini çətin günlər yaşayan ölkəsinə həsr edir desək daha doğru olar. Belə ki, o dəhşətli 20 yanvar hadiələri zamanı işlədiyi klinikanı terapevt mərkəzi kimi işlətməyə başlayıb. 1991-ci ildən çiynində kamera telerepotyor kimi dövlət televizyasında çalışmağa başlasa da, orada olan senzura Çingizin çəkilişlərinə imkan vermir. Bütün bu yasaqlar və senzura şəraitini görən Çingiz "215 KL" studiyası kimi müstəqil bir qurumun yaradıcısı oldu. Onlar bu studiya vasitəsilə müharibə şəraitində olan ölkənin bütün döyüş bölgələrindən xəbərlər, reportajlar və ölkə daxilindəki siyasi hadisələrlə bağlı informasiyaları hazırlayıb cəmiyyətə ötürürdülər. 8 ay fəaliyyəti ərzində Qarabağ savaşı barəsində 18 film çəkən Çingz bununla yanaşı Xocalı Soyqırımının bütün dünyaya tanıdıb. Çingizin bu cür geniş fəaliyyəti bütün dünya mediasında böyük səs-səda salmışdı və onun video kadrları dünya mediasına işıqlanırdır. Xocalıda lentə aldığı çəkilişlərə görə bütün dünya Çingizi tanıdı. Çingiz bu çəkilişi (-red. Xocalıdakı dəhşətli görüntüləri lentə alması nəzərdə tutulur) ilə Xocalı Soyqırımının dünya tanıtmaqla yanaşı, işğalçı Ermənistan dövlətinin simasını və müharibə zamanı mülki vətəndaşlara qarşı soyqırım törətməsini açıq-aşkar ortaya qoydu. Onu da qeyd edək ki, hazırda dünyanın bir çox ölkə bu soyqırmı rəsmi dövlət və parlament səviyyəsində tanıyırlar.

Öz ölümünü lentə alan qəhrəman, savaş jurnalistikamızın banisi - Çingiz MustafayevAzərbaycanın ərazi bütövlüyü üçün ölümünü gözə alaraq, son nəfəsinə qədər döyüş meydanında olan Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də məhz Xocalının Naxçıvanlı kəndinə məhz çəkiliş apardığı zaman aldığı güllə yarasından döyüş meydanında dünyasını dəyişir... 1992-ci ildə Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

Azərbaycanda savaş jurnalistikasının yaradıcısı...

Öz ölümünü lentə alan qəhrəman, savaş jurnalistikamızın banisi - Çingiz MustafayevÇingiz Mustafayev Xocalı həqiqətələrini dünyaya tanıtmaqla yanaşı ölkədə savaş jurnalistikasının əsasını qoydu. Ölümə meydan oxuyaraq savaş meydanında ən çətin şəraitlərdə belə reportaj hazırlayan Qarabağ şəhidi bu qəhrəmanlığı ilə Azərbaycan müharibə jurnalistikasının da təməlini qoydu.

Məşhur hərbçi Carl von Clausewitz "Müharibə üzərində" kitabında (-red. Özü döyüşdə həlak olduğu üçün bu kitabı ölümündın sonra xanımı 1832-ci ildə çap etdirib) müharibəni, savaşı bu şəkildə ifadə edib - "Savaş siyasətin başqa yollarla irəliləyən davamıdır". Bu savaşda Azərbaycan mediası mübarizəsini davam etdirir. Müharibə jurnalistikası, döyüş müxbirləri yetirişdiriləsməsi istiqamətində də işlər həyata keçirilir. Artıq beş ildən çoxdur ki, hərbi hissələrdə Müdafiə Nazirliyi ilə "Dinc Dünya" araşdırma mərkəzinin "Savaş jurnalistikası təlimləri" adlı birgə layihəsi icra olunmaqdadır. Dəfələrlə şəxsən iştirak etdiyim bu təlimlərdə savaş meydanında müxbirin necə hərəkət etməsi, çətin situasiyalardan necə çıxması, jurnalistikanın beynəlxalq qaydalarına əməl etmə prinsiplərini qavraması və.s qaydalar təlim iştirakçılarına həm nəzəri, həm də praktiki qayda da keçirilir.

Yazı "Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun "Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası" mövzusundakı müsabiqəsinə təqdim olunur.

Orxan Aslanlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2301   Tarix: 27 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr