Boşanmış qadınla subay oğlanın ailə qurması: sevdiyi qadın, yoxsa "kişilik"?

Boşanmış qadınla subay oğlanın ailə qurması: sevdiyi qadın, yoxsa "kişilik"?Cəmiyyətimizdə hər zaman bu mövzu qəbuledilməz hesab edilsə də, "ənənəni" pozanlar, mentalitetə zidd çıxanlar həmişə olub. Əsas da yaşlı, qismən isə orta yaşlı nəslin qəbuledilməz hesab etdikləri subay oğlan evli qadın məsələsi söz-söhbət doğuran mövzu olub. Bu təbəqəyə aid olanların fikrinə görə, məhz o qadının həyatında birinci kişi olmalıdır və bu, onun tam kişilik haqqıdır. Ümumilikdə, Azərbaycan cəmiyyətində isə məsələyə yanaşma birmənalı deyil.

Belə ki, vətəndaşlar arasında bununla bağlı ümumi sorğu aparılıb. Nəticə isə maraqlıdır. Çünki subay oğlanla boşanmış qadının evliliyi qəbul edilməsə də, sorğuda ilk yeri 50.15 faizlə bu cavab tutub: "Fərq etməz, əsas sevgi və xoşbəxtlikdir".

Bu cavab sadəcə insanların ürəyindən keçən bir arzudur, reallaşması isə əksəriyyət hallarda mümkün olmur. İkinci yerdə isə 17.03 faizlə cavab verməyə çətinlik çəkənlər qərarlaşıblar. Onların fikrincə, belə çətin hal qarşısında insan özü də nə edəcəyini bilmir. Üçüncü sırada isə, 10.37 faizlə "Mütləq bakirə olmalıdır" qənaətində olanlar durur. Bu fikirdə olanlar isə əsasən kişilərdir. Yəni kimsə qadına qadın kimi, kişiyə kişi kimi baxmır, bu statusların daşıyıcısı kimi baxır.

Psixoloq Arzu Qurbanlı deyir ki, subay qız və yaxud da oğlanların həyatının ən önəmli dövrlərindən biri olan ailə həyatı qurmaq onların ən böyük arzularından biridir: "Əlbəttə ki, nə gənc bir qız, nə də ki gənc bir oğlan qurduqları ailə həyatlarında başlarına gələnlərdən sığortalanmayıb. Ailə həyatı açılmamış bir kitab kimidir, onu qurduqdan sonra bəzən bir ömür boyu cütlüklər bir-birlərinin yeni-yeni xasiyyətlərini öyrənməkdə davam edir, həyatın enişli-yoxuşlu anlarının birlikdə öhdəsindən gələ bilirlər. Lakin hər zaman belə olmur. Bu zaman isə onlar çıxış yolunu öz həyat yollarını ayırmaqda görürlər. Beləliklə qurulan ailə dağılmağa məcbur olur. "

A.Qurbanlının fikrincə onlar öz xoşbəxtliklərini axtarmaqdan imtina etməməlidirlər: "Bəzən görürük ki, evli olub boşanmış bir bəy gedib gənc subay xanımla ailə həyatı qurur. Burada qəbahət heç nə görmüəm. Hər bir insanın həyatında səhvlər olur və yaxud da hər bir insan yanıla bilər. Onun haqqıdır ki öz xoşbəxtliyini axtarmaqda davam etsin və çox zaman da buna nail olmağı bacarır. Subay oğlanların boşanmış xanımlarla ailə qurmasına gəldikdə isə psixoloq vurğulayır ki, bu kimi hallarda cütlüklər cəmiyyətin qınaq obyektinə çevrilə bilirlər.

Burada isə əsas faktor olaraq mental dəyərlər önə çəkilir: "Çünki artıq bura bizim yaşadığımız ölkənin adət və ənənələri və mentalitetləri də qoşulacaq. Düşünürəm ki ailə həyatı dağılmış hər bir insanın haqqıdır ki, həyatının ikinci baharını yaşasın, fərqi yoxdur evli, ya subay. Boşanmış qadınla evlənən subay gənclər hər zaman qınaq obyekti olurlar. Cəmiyyət bunu qəbul etmir. Mentalitet sözünün mənasını bilməyənlər mentalitetdən danışırlar. Sevgi nə qədər güclü olsa da, bir-birinə verilən dəyər nə qədər üstün olsa da , məcburən kənardan baxışı fikirləşib addım atmalısan. Günümüzün acı həqiqəti olsada bu belədir."

Boşanan xanımlara cəmiyyətin baxışı da fərqlidir. A.Qurbanlının sözlərinə görə, bəzən həmin insanları əxlaqı yerində olmayan şəxs kimi də təqdim edirlər: "Axı boşanan xanım əxlaqsızdır?! Xeyr. Onun hansı səbəbdən boşandığını biz bilə bilmərik. Boşanan kimi birmənalı şəkildə xanımları günahlandırırlar. Bu, çox yanlışdır". Sevdiyi qadın, yoxsa "kişilik"? Onu da qeyd edək ki, nəinki subay oğlanın boşanmış qadınla evlənməsinə narazılıq olur, həmçinin, artıq o qadına baxış da dəyişir. Yaşadığın yerdən köçəndə söhbətlər kəsilir, əvvəllər səni məhəllənin namusu hesab edənlər indi geyiminin nə qədər qapalı olmasından asılı olmayaraq, başqa gözlə baxmağa başlayırlar. Elə qadınlar da baxışları ilə onu aşağılayıb, öz ərli vəziyyətləri ilə qürur duyurlar. Boşananda eyni yaşda olan qızlarla eyni cür geyinə bilməzsən, mümkün qədər qapalı geyinməlisən, çünki eyni paltarın içindəki insanın artıq "boşanmış" damğası var. Nə qədər ürəkağrıdıcı olsa da bu artıq belədir və bu damğayla da onu heç kim nə oğluyla, nə də qohumuyla evləndirmək istəməz. Cəmiyyətin fikrini nəzərə alanda isə, görürük ki, elə qadınla evlənən kişi də artıq "kişilər" sırasından çıxmış olur. Məncə, ən əxlaqsız insan elə başqalarını yersiz mühakimə edəndir."

mənbə: xeberle.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2782   Tarix: 03 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr