"Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər" - FOTO

"Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər" - FOTOTanınmış xanəndə Pərviz Qasımovun toya idman geyimində gəlməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. İzləyicilərin əksəriyyəti onu qınayıb, bir çoxu isə "xanım müğənnilərin toya çılpaq geyinməsini alqışlayan kütlə, xanəndənin geyiminə niyə mız qoyur ki?" kimi ifadələr yazıblar.

Moderator.az-a açıqlama verən əməkdar artist Sevinc Sarıyeva bildirib ki, tanınmışlar səhnə və toy geyimində tamaşaçı qarşısına çıxmalıdır.

"Xanəndənin toya idman geyimində gəlməsi əlbəttə ki, düzgün hərəkət deyil. Pərvizdən nə əcəb? O yaxşı oxuyan, muğam ifaçısıdır. Axı belə səhvə yol verməzdi. Bu foto montaj deyil ki?! İnanmıram o toya belə geyinsin. Səhnənin səhnə geyimi var. Müğənni tamaşaçıdan fərqlənməlidir, amma idman geyimi ilə yox. İmic başqa şeydir, soyunub meydana girmək başqa şey. Bizim milli mentalitetimiz var. Hərhalda bunlara riayət etməliyik. Axı Avropa ölkəsi deyilik. Estrada oxuyanların da, muğam ifaçılarının da özlərinə uyğun geyimləri var. Heç kimi qınamıram. Pərviz belə düşüncəsiz iş görməzdi. Görünür Pərviz idmandan gələndə yolüstü toya gedib", - deyə xanəndə bildirib.

Əməkdar artist Nuriyyə Hüseynova isə mövzuya belə münasibət bildirib:

"İndi desəm ki, aprelin 29-da yaradıcılıq gecəm var, gəlin onu işıqlandırın, nə gələcəklər, nə də çəkəcəklər. Gecədə ölkənin milli-mənəvi dəyərlərini qoruyub saxlayan, ictimai, mədəni, siyasi aləmdə xidməti olan insanlar olacaqlar. O ki, qaldı bu mövzuya.. İnsan bəlkə bağından, iş yerindən çatdıra bilməyib, yolüstü keçib bir ağız oxuyub çıxıb gedib. Bilmirik axı o hansı səbəbdən bu vəziyyətdə oxumağa gedib. Təbii ki, səhnənin səhnə geyimi var. Dəniz kənarında, çimərlikdə insanlara konsert verəndə belə geyinmək normaldır. Qapalı restoranlarda, toyda tamam başqa geyim olmalıdır. Hər yerin, hər səhnənin, hər ortamın geyimi ayrıdır. Bunu da normal, ağlı-huşu başında olanlar bilir. Pərviz ağıllı, mədəni, elit bir oğlandır. Mən düşünmürəm ki, o bunu qəsdən edib. Mövzunu səhifələrdə şişirtmək, müzakirəyə çevirmək lazım deyil. Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir? Yaxud kiminsə qarderobu, kiminsə həyatındakı şəxsdir? Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklamla qaldırıb elə bir vəziyyətə gətirib çıxarıblar ki. Sanki bu ölkənin, bu vətənin, bu torpağın üz qabığı bunlardır. Bunlar olmasa bu ölkə batar. Bunlarsız həyat davam etməz. Bu ölkənin böyük zəfəri, siyasəti, qeyrətli oğulları var. Bir dəfə də onları müzakirə etsinlər də. Vallah mən xəcalət çəkirəm. Bəzən özümə deyirəm ki, ya rəbbim, mən hansı ortamda yaşayıram? Belə həyat olar? Yəqin mən çox irəli getmişəm. Bu günki ortamla heç nəyim uyğun gəlmir. Bəzən darıxıram, sıxılıram. Bu günki gündəmin sonu yoxdur. Bu cür yüngül, bəsit, bayağı şeylərlə biz həyatımızı yürüdüb, vaxtımızı bunlara həsr ediriksə demək ki, doğurdan qiyamətin ucu görünür. O vaxtın adamları həmişə düz deyiblər. Qiyamət elə budur".
"Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər" - FOTO"Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər" - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1457   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sağlam ürəyin sirri: 6 saat otur, 5 saat hərəkət et

Avstraliyanın Melburn Svinburn Texnologiya Universitetinin tədqiqatçıları sağlam həyat üçün gündəlik fiziki aktivliyi hesablayıblar. xarici mənbəyə istinadən xəbər verir ki, orta yaşı 60 olan 2300 nəfərin sağlamlıq məlumatları araşdırılıb. Müvafiq olaraq, gündə 6 saat oturmaq, 5 saat 10 dəqiqə ayaq üst

4 may
.

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - SƏBƏB + VİDEO

Keçmiş məcburi köçkünlər üçün tikilmiş evlər satışa çıxarılsa da, tələbat azdır. -ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, satışa çıxarılmasından müəyyən müddət keçməsinə baxmayaraq, alıcılar sözügedən evlərə o qədər də maraq göstərmirlər. Məsələ ilə bağlı Sosial Xidmətlə

4 may
.

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

ABŞ-nin Los-Anceles şəhərində mağazanın dayanacağında adamyeyən görüntülənib. 29 yaşlı evsiz Kolin Çex ərzaq mağazasının dayanacağında tanımadığı şəxsə hücum edib. O, kişinin başını asfalta çırpmağa başlayıb, sonra isə əyilib onun üzünü yeməyə başlayıb. Hadisənin şahidləri polisə müraciət ediblər. Poli

3 may
.

Ölkənin kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...

Qaraçı düşərgəsi Rusiyanın Krasnodar diyarında bir kəndində tam xaos yaradıb, sakinlərin kabusuna çevirilib. xəbər verir ki, bu barədə "Readovka" yazır. Nəşrin məlumatına görə, Staroşerbinovskaya kəndində düşərgə üzvləri təkcə böyüklərə deyil, uşaqlara da hücum etməyə başlayıblar. İzdiham qurbanlarında

6 may
.

Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...

Bir neçə gün əvvəl "The Moscow Times" qəzetinə müsahibəsində Ermənistanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri, Ermənistanın AB-dəki daimi nümayəndəsi Tiqran Balayan bildirib ki, guya Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş rəhbərləri Bako Saakyan, Arkadi Qukasyan sözü

6 may
.

"Oralarda necədir?": Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEO

Gülnar Muradovanın təqdimatında yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib. Bu dəfə fərqli mədəniyyəti, gülərüz insanları, texnoloji çağın önündə gedən və qeyri-adi adətləri olan Yaponiyadan bəhs olunub. Yaponiya əhalisinin sayı 125 milyon nəfərdir. Amma gündoğa

3 may
.

Kimlər deputat olmayacaq - ƏN YENİ SİYAHI

Azərbaycanda yaxın vaxtlarda VII çağırış Milli Məclisə seçkilərin keçiriləcəyi gözlənilir. Azərbaycanın Konstitusiyasının 84-cü (Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti) maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir

6 may
.

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. -a istinadən xəbər verir ki, Vardapetyan bu gün parlament çıxışında "azərbaycanlı blogerin saxlanılması"na toxunub. "Rusiyadakı işlərdə

4 may
.

"Elə bilirlər, o kafelər mənimdir" - İqbal Ağazadə ilə QEYRİ-RƏSMİ SÖHBƏT

–ın "Rəsmilərlə qeyri-rəsmi söhbət" rubrikasında qonağımız Ümid partiyasının sədri, 3 çağırış Milli Məclisin deputatı olmuş İqbal Ağazadədir. - İqbal bəy, xeyli çəki atmış görünürsünüz. Formada neçə qalırsınız?. - İdman edirəm. Hər gün mütləq 100 addım atıram, fiziki aktivlik mütləqdir. Hə

3 may