"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTATErmənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər. Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi istisna edilmir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Asim Mollazadə bildirib ki, Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Seyran Ohanyan müxtəlif hərbi cinayətlər törədən Xocalı qatilidir:

"Mütləq şəkildə o, həbs edilməli və layiq olduğu cəzanı almalıdır. Bu gün Seyran Ohanyan hər bir addımı ilə münaqişəni yenidən alovlandırmağa çalışır. Hətta o, bu yolda bütün erməni vətəndaşlarını da qurban verməyə hazırdır. Seyran Ohanyan bütün cinayətlərini ört-basdır etməklə hakimiyyətə yenidən gəlməyə çalışır. Azərbaycan bütün hərbi cinayətkarların layiq olduqları cəzanı almasını beynəlxalq təşkilatlardan tələb etməlidir.Yalnız onlar həbs edildikdən sonra regionda mövcud sabitlik davamlı ola bilər. Seyran Ohanyan Azərbaycan ərazisinə gəlibsə Azərbaycan hüquq mühafizə orqanları onu həbs edib, Bakıya gətirə bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 347   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28 aprel
.

Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: "Onu zorla..."

"Mağazadan qovulan gənc qadınla bağlı mənim yanaşmam bir qədər fərqlidir. Görüntülərdəki xanımın geyim tərzi, davranışı bir az şübhəli idi. Mən insan alveri məsələləri məşğul olduğuma görə, bunu sezə bilirəm". Bu sözləri -a "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctima

27 aprel
.

Dövlət orqanlarına girib hamını güllələmək istəyib - Fazil Mustafaya sui-qəsd edənlərin İŞİ

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi il

27 aprel
.

AYNA məhkəməyə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi məhkəməyə verilib. -ın xəbərinə görə, qurumlarla bağlı Bakı İnzibati Məhkəməsinə müraciəti "R group Azerbaijan" şirkəti edib. Mahiyyət

29 aprel
.

Bu tikinti materialları bahalaşacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

27 aprel
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28 aprel
.

"Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək"

"Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Reuters" agentliyi yayıb. Mənbənin sözlərinə görə, hələ regionda qalan sülhməramlıları

27 aprel
.

13 yaşlı İbrahimin meyiti tapıldı

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun cəsədi tapılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, meyit nazirliyin Xüsus

27 aprel
.

"Səs Avropa Eşitmə Mərkəzi" məhkəməyə verildi

"Səs Avropa Eşitmə Mərkəzi Gəncə" MMC məhkəməyə verilib. -ın xəbərinə görə, MMC ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciəti "Billur elm istehsalat" şirkəti edib. Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Gülnaz Quliyevanın icraatındadır

29 aprel