1990-cı illərdə doğulanları niyə "psixi sağlamlığı pis olan NƏSİL" adlandırırlar? - Maraqlı AÇIQLAMA

1990-cı illərdə doğulanları niyə "psixi sağlamlığı pis olan NƏSİL" adlandırırlar? - Maraqlı AÇIQLAMASidney Universitetinin tədqiqatçılarının 1950-ci ildən bəri ardıcıl nəsillər üzərində apardıqları araşdırma diqqəti cəlb edib. 27 min 500-dən çox şəxsin psixi sağlamlığındakı dəyişiklikləri izləyən elm adamları, 1990-1999-cu il nəslinin özlərindən əvvəlki dövr arasında ən pis psixi sağlamlıq vəziyyətinə sahib olduqlarını aşkar ediblər.

Doğrudanmı, 1990-1999-cu il nəsli ən pis psixi sağlamlığa malikdirlər? Qeyd olunan araşdırmanın Azərbaycana aidiyyəti varmı?

Məsələ ilə Bizim.Media-nın sorğusuna cavab olaraq psixoloq Elmir Əkbər bildirib ki, bu araşdırmanı Azərbaycana şamil etmək olar:

"Mən bilmirəm, doğurdan da Sidney Universiteti bu istiqamətdə akademik araşdırma edibmi? Bu, random meta-analizlərin nəticəsidirmi? Bunlar məndə sual doğurur. Bəli, possovet məkanından söhbət gedirsə, doğrudan da, 90-cı illərdə böyük kataklizm yaşandı, SSRİ dağıldı, Azərbaycan 20 Yanvar, Qarabağ problemi kimi dəhşətli faciələrin girdabına düşdü. Beləliklə, hamilə qadınlar dəhşətli streslər yaşadılar, dünyaya gəlmiş uşaqlara kifayət qədər qayğı göstərilmədi.

Bəli, Azərbaycan üçün 1990-1999-cu il uşaqlarının ən pis psixi sağlamlığa malik olduqları fikrini demək olar. Amma Yeni Zelandiyada, İsveçrədə, Yaponiya və s. kimi ölkələrdə vəziyyət başqa olub axı... Yəni Sidney Universitetinin bu araşdırmasını bütün dünyaya necə aid etmək olar?!

Hər ölkənin vəziyyəti fərqlidir. Lakin yenə qeyd edirəm, bu araşdırmanı Azərbaycana şamil etmək olar. Çünki 90-cı illər Azərbaycan üçün çox məşəqqətli dövr olub. Bu nəsil uşaqlığını sözün həqiqi mənasında yaşaya bilməyib" – deyə Elmir Əkbər bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1167   Tarix: 10 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1989-cu ildə Qorbaçov Qarabağın idarə olunmasını kimə tapşırıb? - ARAŞDIRMA + VİDEO

1989-cu ildə Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov Qarabağın idarə olunmasını Arkadi Volskiyə tapşırıb. İTV mövzu ilə bağlı süjet hazırlayıb. Görüntülərdə 20 -ci yüzillikdə baş verən hadisələrdən bəhs olunub. Ətraflı videoda:

29 aprel
.

Dünyanın ən ağıllı 10 şəhəri açıqlanıb, Azərbaycan siyahıda yoxdur

Dünyanın ən ağıllı 10 şəhəri açıqlanıb. Həmin şəhərlərin siyahısını təqdim edirik:. 1. Sürix, İsveçrə. 2. Oslo, Norveç. 3. Kaberra, Avstraliya. 4. Cenevrə, İsveçrə. 5. Sinqapur. 6. Kopenhagen, Danimarka. 7. Lozanna, İsveçrə. 8. London, İngiltərə. 9. Helsinki, Finlandiya. 10. Əbu-Dabi, BƏƏ. Ağıllı şəhə

29 aprel
.

Azərbaycanda avtobusun vurduğu qadın xəstəxanada ölüb - FOTO

Tovuzda sərnişin avtobusunun vurduğu qadın xəstəxanada ölüb. APA-ya istinadən xəbər verir ki, dünyasını dəyişən 30 yaşlı Rəfa Nağıyevadır. Faktla bağlı araşdırma aparılır

29 aprel
.

"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMA

Bu gün terror təşkilatlarına qarşı mübarizə təkcə döyüş meydanında deyil, həm də çoxşaxəli şəkildə aparılmalıdır. İnsan həyatını asanlaşdırmaq, ünsiyyət mühitini yaxşılaşdırmaq və genişləndirmək üçün ortaya çıxan yeni ünsiyyət vasitələrindən biri olan sosial media dövlətlərlə terror təşkilatları arasınd

29 aprel
.

Evliliklərdə yaş fərqi VACİBDİR? "Makron özündən 20 yaş böyük "arvad alır", niyə başqasına olmaz"- Maraqlı AÇIQLAMA

Bu gün ara-sıra mətbuatda 20-25 yaşlı gənc oğlanların özündən yaşca böyük xanımlarla ailə qurması ilə bağlı xəbərlər gedir. Həət vir neçə ölkənin prezidentinin həyat yoldaşı özündən yaşca böyükdür. Ailə quran cütlüklərdə, qadının kişidən böyük olması gələcəkdə ailə hansı problemlərin yaranmasına gətiri

26 aprel
.

Paşinyan ordu ilə bacara bilmir: Ermənistanda hərbi çevriliş olacaq? - VİDEO

Ermənistanda müxtəlif qruplar Azərbaycana qaytarılan kəndlər ətrafında gərginlik yaratmaqda davam edirlər. Aprelin 27-də bir qrup hərbçi ordu sıralarından yayınaraq sərhədlərin delimitasiyasına etiraz edən narazı kütləyə qoşulub. Onların bu addımı uzun müddətdir davam edən hərbi çevrilişlə bağlı müzakirələr

29 aprel
.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

27 aprel
.

"Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər..."

"İrəvanda aprelin 22-26-da azərbaycanlılara bazara çıxmağı qadağan etdilər. Şəhərin, eləcə də kəndlərin küçələrinə qara bayraqlar sancıldı. "Mən bilirdim ki, həmin azərbaycanlını öldürənlər Avşar kəndinin erməniləridir və onları tanıyırdım da. Dünən – aprelin 24-də qondarma "erməni soyqırımı"nı

26 aprel
.

Həmin gecə Ordumuz Xankəndiyə girsəydi… – Prezidentin açıqlamasındakı SİRR / VİDEO

Prezident İlham Əliyevin "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında bir çox diqqətçəkən məqamlar oldu. O çıxışlardan biri də Xankəndi ilə bağlıdır. Sitat: "Həmin vaxt bizim qoşunlarımız Xankəndinin yaxınlığında idi. Biz qondarma Laçın dəhlizinə de-fakt

27 aprel