Mədənin üçdə biri yemək üçündür, üçdə biri su üçündür və üçdə biri də nəfəs almaq üçündür

Mədənin üçdə biri yemək üçündür, üçdə biri su üçündür və üçdə biri də nəfəs almaq üçündürMəsumlar (ə) bizə yeməyin ədəbi və qaydaları haqqında çoxlu tövsiyələr vermişdilər. O cümlədən yeməyi acan zaman yemək və yeməyə başlayan zaman "Bismillah "kəlməsini demək, yeməyə duzla başlamaq kimi.

Sonxeber.az deyerler.org-a istinadən bildirir ki, Yeməkdən əvvəl əllərin yuylması ömrü uzadar və ruzini artırar, həmçinin yeməkdən əvvəl əlləri yuyan zaman qurulamamaq yeməyin bərəkətli olmasına səbəb olar. Yeməkdən əvvəl bir qədər duzun yeyilməsi 70 xəstəliyi uzaqlaşdırar. İslam dini qonaq dəvət etməyi və onu xoş qarşılamağı həmişə bəyənilən əməl kimi tanıtmışdır. Hər nə qədər yemək süfrəsində insan çox olarsa, daha bərəkətli olar.

Yaxşı olar ki, gün ərzində ən azı iki dəfə yemək yeyəsiniz. Məsumlar (ə) buyurur ki, şam yeməyini heç bir zaman tərk etməyin. Xüsusilə də yaşlı və yetkin yaşda olanlar gərək şam yeməyini tərk etməsinlər. Çünki bədənin fəsadına səbəb olar. Məsumlar (ə) tövsiyə edir ki, cümə günlərində ailəniz üçün ət və meyvə alın ki, onlar sevinsin.

Həmçinin tövsiyə olunur ki, acqarına 21 dənə kişmiş yeyəsiniz, çünki bu zaman xəstəliklər bədəninizdən çıxar. Kişmiş hafizəni də gücləndirər. Yaxşı olar ki, yemək süfrəsində göyərti olsun və yeməyi göyərti ilə yeyəsiniz.

Yaxşı olar ki, yeməyi sağ əlinizlə yeyəsiniz. Üç və ya çox barmaqla yemək yeyin, iki barmaqla deyil.

Məsumlar (ə) buyurur ki, mədənin üçdə biri yemək üçündür, üçdə biri su üçündür və üçdə biri də nəfəs almaq üçündür. Tox qarınla yemək bəyənilmir.

O kəslər ki, pəhriz saxlayır, bəzən şam yeməyindən imtina edirlər. Lakin hədislərimiz buyurur ki, hər bir insan şam yeməyini yeməlidir. İmam Sadiq (ə) buyurur: "Şam yeməmək nəticəsində bədənin damarları ölər ki, bir daha dirilməz".

İmam Əli (ə) buyurur: "Həzrət Muhəmməd (s) gecənin qaranlığının başlanğıcında şam yeyərdi". Bu məsələ bədən sağlamlığı üçün mühümdür. Çünki əgər şamın yeyilməsi gec zamana qədər təxirə salınarsa, bədəni xarab edər.

Həzrət Peyğəmbər (s) buyurur: "Şam yeməmək insanı qocaldar".

Ona görə də belə başa düşürük ki, Məsumlar (ə) şam yeməyinə xüsusi əhəmiyyət vermişdilər və hətta üç tikə çörək və duzla olsa belə, şam yeməyini vurğulamışdılar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1235   Tarix: 09 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib. O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 7

24 mart
.

Qan təzyiqini tez aşağı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. Hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıran xüsus

7 aprel
.

Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub - Tədqiqat

Zərərli qidaların nə üçün xərçəngə səbəb olduğu məlum olub. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Sinqapur Universitetinin tədqiqatçıları bununla bağlı araşdırma aparıblar. Təxminən 3 milyon britaniyalı hazırda xərçənglə mübarizə aparır və bu rəqəmin 2040-cı ilə qədər 5,3 milyonu keçəcəy

24 aprel
.

Ağciyər xərçənginə qarşı peyvənd hazırlanır

Britaniya alimləri ağciyər xərçənginə qarşı dünyada ilk peyvənd hazırlayırlar ki, bu da xəstəliyin 90%-ə qədərinin qarşısını ala bilir. Bir neçə xeyriyyə təşkilatının "LungVax" peyvəndinin üç min dozasını yaratmaq üçün komandaya 1,7 milyon funt sterlinq vəsait ayırdığı bildirilir. Dərmanı

23 mart
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14 aprel
.

Səhərlər niyə isti su içməliyik? - 5 SƏBƏB

Bir çox insan acqarına bir stəkan təmiz suyun faydaları haqqında bilir, lakin əksər hallarda insanlar bu ritualı unutmamaq üçün gecələr yatağın yanında qoyduqları suyu içirlər. Ancaq həkimlərin fikrincə, bu səhvdir. Axı, isti su sağlamlıq üçün maksimum fayda gətirəcək. xəbər verir ki, isti su detoksifikasiy

9 mart
.

İnfarktdan necə qorunmaq olar? - 8 sadə qayda

Sağlamlıq problemlərini uzun müddət müalicə etməkdənsə, qarşısını almaq daha yaxşıdır. -a istinadən bildirir ki, xəbər verir ki, düzgün qidalanma, müntəzəm fiziki fəaliyyət və pis vərdişlərdən imtina ürək xəstəliklərinin qarşısının alınmasında ən yaxşı tədbirdir. Genetik və yaş kimi bəzi faktorlar bizi

7 aprel
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21 aprel
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24 mart