Şpris, tapança, bıçaq, bomba xəbərdarlığı - Övladlarınızı qoruyun

Şpris, tapança, bıçaq, bomba xəbərdarlığı - Övladlarınızı qoruyunMəktəbli ləvazimatları şagird üçün əyləncə vəsaiti deyil. O, şagirdin əqli və fiziki inkişafında böyük rol oynayır. Onun psixologiyasının formalaşmasında, ətraf aləmə və insanlara, həmçinin özünə münasibətdə ciddi təsirə malikdir.

Təhsilinin ilk ilində qələmlər, karandaşlar, dəftər və albomlar, xətkeşlər uşağın davranışı, müşahidəsi, dinləməsi və əl hərəkətlərinin inkişafına kömək edir. Qələm və karandaşlar həm də rəngləri fərqləndirməyi, əşyaların formasını və materialını müəyyən etməyi, şagirdin nitqinin formalaşmasına kömək edir.

Bir sözlə, gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də şagirdlərin istifadəsinə verilən avadanlıqların keyfiyyətindən və yaş xüsusiyyətinə, psixologiyasına uyğunluğundan asılıdır. Məhz buna görə də məktəbli ləvazimatlarını seçərkən mütləq uşağın inkişaf səviyyəsini və yaşını nəzərə almaq lazımdır.

Maraqlıdır, bugünkü valideynlər, həmçinin məktəbli ləvazimatlarının satışını həyata keçirən şəxslər bu xüsusiyyətləri nəzərə alırlarmı?

Etiraf edək ki, bu gün ölkəmizdə özəl sektor üçün geniş imkanlar yaradılıb. Hazırda mövsümü olduğu üçün məktəbli ləvazimatlarının satış məntəqələri çoxalıb. Təəssüflər olsun ki, bəzi mağazalarda uşaqların psixologiyasına ciddi zərər vura biləcək, milli dəyərlərimizə xələl gətirən məktəbli ləvazimatları da satılır.

Məsələn, şpris, avtomat, bıçaq, bomba formalı qələmlər, pozanlar, su qabları. Ancaq mənfəət, gəlir əldə etməyi düşünən həmin şəxslərin fəaliyyətinə və ümumiyyətlə məktəbli ləvazimatları satılan məntəqələrə isə nəzarət olunmur.

Mövcud reallığı Sputnik Azərbaycan-a şərh edən təhsil eksperti Kamran Əsədov deyir ki, ibtidai sinfə gedən şagirdə fərqli dizaynda qələmlər, dəftərlər, albomlar alınır: "Lakin bunların heç biri onun üçün faydalı ola bilmir, əksinə uşaqlara əngəl yaradır. Çünki şagirdlər fərqli formada olan qələmlərlə rahat yaza bilmirlər".

"Apardığım monitorinqlər göstərdi ki, məktəb ləvazimatları mağazalarında həddindən çox dizayn, forma və çeşiddə qələmlər, dəftərlər, xətkeşlər var. Müxtəlif formalı məktəb ləvazimatlarından şagirdlər dərs prosesində rahat istifadə edə bilmirlər. Həmin ləvazimatların çoxu evdə əlavə yer tutmaqdan başqa bir işə yaramır" — həmsöhbətimiz bildirir.

Ekspert hesab edir ki, şagird üçün alınmış hər bir ləvazimat individualdır və ona psixoloji və fizioloji fəsad yaratmamalıdır: "Məktəbli ləvazimatları məqsədli alınmalı, məktəblini əyləndirməli, dərsin gedişində ona mane olmamalı, dərslərində kömək etməlidir. Uşağı psixoloji yükləyən, mənəvi cəhətdən incidən ləvazimatlardan isə uzaq durmaq lazımdır".

Əsədovun fikrincə, məktəb direktorları dərs başlayandan sonra siniflərdə monitorinqlər aparmalı, şüura təsir göstərən dizaynda olan məktəb ləvazimatları yığışdırılmalıdır: "Azyaşlı məktəblilər üçün nəzərdə tutulmuş zərərli ləvazimatların satışını həyata keçirənlər cəmiyyətə qarşı ağır cinayət törədirlər. Əvvəlcə bu cinayətin qarşısını aidiyyatı qurumlar, sonra valideynlər və direktorlar almalıdırlar".

"Azyaşlı uşaqlar və məktəblilər üçün ləvazimatların satış məntəqələri müvafiq qurumlar tərəfindən yoxlanılmalı, mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Bu biabırçılığa yol verənlər cəzalandırılmalıdır" — K.Əsədov vurğulayır.

Psixoloq Fərqanə Mehmanqızı da qeyd edir ki, uşaqların ətrafında olan hər şey onların psixikasına, xarakterinə, davranışına, həyat tərzinə təsir göstərir: "Uşaqlar hər bir əşyadan, oyuncaqdan nəsə qavrayırlar. Məsələn, şpris formasında olan qələm uşağa nəyi aşılaya bilər? Uşaq bu əşyanı niyə sevməlidir?"

"Bir müddət əvvəl siqaret formasında konfetlər vardı. İndi gənclər deyir ki, "o vaxtlar siqaret konfetləri çox sevərdik, indi siqareti sevdiyimiz kimi". Hesab edirəm ki, şpris formasında olan qələmlər də uşaqlara narkomaniyanı sevdirə bilər" — deyir Mehmanqızı.

Psixoloqun fikrincə, silah, şpris və s. formada olan məktəb ləvazimatları həmin təhlükəli alətlərin uşaqlar üçün adiləşməsi ilə nəticələnir: "Bunun qarşısı alınmazsa, kütləviləşsə, uşaqlarımızın gələcəyi sual altında qalacaq".

Problemlə əlaqədar müraciət etdiyimiz Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, bu cür məsələlər dərs zamanı müəllimələr tərəfindən diqqətlə izlənilir: "Əgər ləvazimatların formaları qaydalara uyğun deyilsə və hər hansı bir əlavə nəqativ çağırışlara səbəb olursa, bunlardan istifadə edilməməsi ilə bağlı müəllimlər tərəfindən valideynlərə bildiriş göndərilir. Həmin ləvazimatların digərləri ilə əvəzlənməsi haqqında müraciət pıunur və valideynlər buna əməl edilməsinə çağırılır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3449   Tarix: 19 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel