Qaçan dustaqların işi: Etibar istənilən kameraya gedib, söhbət edirdi

Qaçan dustaqların işi: Etibar istənilən kameraya gedib, söhbət edirdiBakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda həbsdə olan Əli Dadaşov ifadə verib.

Onun sözlərinə görə, hadisədən əvvəl Bakıdan Lənkərana etap olunub:

"Mən heç nə görməmişəm, yatmışdım. Mən yalnız Etibarın birlikdə cinayət törətdiyi Tahiri tanıyıram. Qatarda Etibarla yanaşı, Tahirə də sərbəst şərait yaradılmışdı".

Məhkəmədə şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.

Oxu: Qatardan qaçan məhbus: Özümə qəsd etmək istəmişəm
Digər şahid həbsdə olan Cəlil Əliyev isə ifadəsində deyib ki, Etibar Məmmədovun hansı kamerada olmasından xəbəri olmayıb. Şahidin ifadələri ziddiyyətli olduğu üçün ibtidai istintaqa ifadəsi elan edilib.

İfadədə göstərilib ki, Etibar Məmmədova göy rəngli zənbildə nə isə verilib:

"Etibarın dəhlizdə sərbəst gəzməsi məni təəccübləndirdi. Etibar istənilən kameraya gedib, söhbət edirdi".

Şahid ifadəsini təkzib edib.

Sonra vəkil Eynulla Vəliyev hər iki şahidin and içmədən ifadə verdiyi üçün onların ifadəsinin sübutlar siyahısından çıxarılması istəyib.

Proses sentyabrın 26-da davam etdiriləcək.

Oxu: Sabiq rəis müavini: Fədayə Laçını yoxlamadıq

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır./oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1646   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA + FOTO

Tovuzda qadın yanıq xəsarətləri alıb. -a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü rayon sakini Röyal Tağıyev münaqişə zəminində qeyri-rəsmi münasibətdə olduğu, 1990-cı il təvəllüdlü, Şəmkir rayon sakini Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyini

19 aprel
.

Ukraynada son vəziyyət: "Əhalisi 30 min nəfərə yaxın olan şəhərdə 10 faiz əhali qalıb" - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Xarkov vilayətinin Vovçanska şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib. Belə ki, əhalisi 30 min nəfərə yaxın olan bu şəhərdə 10 faiz əhali qalıb

14 aprel
.

Ürəyi zəif olanlar baxmasın! - Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi - ANBAAN VİDEO

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi "Howo" markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunu

22 aprel
.

Ər-arvadı meşədə öldürüb meyitlərini yandıran azərbaycanlıdan YENİ XƏBƏR

Aprelin 25-də Rusiyanın Tula vilayət məhkəməsində andlılar kollegiyası 46 yaşlı Azərbaycan vətəndaşı Rəfail Mahmudova hökmü geri qaytarıb. Həmin şəxs qətl və quldurluqda ittiham olunur. Rusiya mediasına istinadla bildirir ki, 2022-ci ildə "qara rieltor" spirtli içkidən sui-istifadə edərək ər-arvad

26 aprel
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24 aprel
.

Taleh Babayev: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb

Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 100 m²-ə yaxın taxta yanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib. Onun sözlərinə görə, 800-10

20 aprel
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo,

24 aprel
.

Bakıda əyləncə mərkəzində yanğın - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb. Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Qeyd edilir ki, yanan obyekt "Atrium Kids park" əyləncə mərkəzi kimi fəaliyyət göstərir

20 aprel
.

Bakıda məşhur hotellərdən birində yanğın baş verib - FOTOLAR

Bakıda məşhur hotellərdən birində yanğın hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Namiq Quliyev küçəsi, 24 ünvanında qeydə alınıb. Belə ki, ərazidə yerləşən hotelin damında tüstü ilə müşayiət olunan yanğın baş verib. FHN əməkdaşları yanğın yerinə cəlb olunublar. Yanğının ətra

20 aprel