Azərbaycan bu ölkədən 15 döyüş təyyarəsi alacaq

Azərbaycan bu ölkədən 15 döyüş təyyarəsi alacaqAzərbaycan İtaliyadan 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsi olan "M-346 Master" alıb.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı ridus.ru portalı yayıb.

Qeyd olunub ki, Azərbaycan daha 15 ədəd "M-346 Master" təlim-döyüş təyyarəsi sifariş verib. "M-346 Master" İtaliyanın Leonardo şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Əvvəllər Rusiyanın Yakovlev şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra "Alenia Aermacchi" şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başlayıb.

Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilib. Hazırda İtaliya, İsrail, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur. 2016-cı ildə "Alenia Aermacchi"nin "Finmeccania" şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən "Leonardo" şirkəti olub.

Hazırda İtaliya HHQ-nin silahlanmasında 18 belə təyyarə var. Sinqapur 12, İsrail 30, Polşa isə 8 M-346 təyyarəsi alıb. Azərbaycan da "Leonardo Aircraft" şirkətinin müştəriləri arasındadır və Müdafiə Nazirliyi ilk dəfə 2017-ci ilin mayında Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil olan yeni nəsil M-346 təyyarəsini nümayiş etdirib. Lakin o vaxt Azərbaycanın İtaliyadan neçə təyyarə aldığı açıqlanmamışdı.

İndi Rusiya mənbələrində göstərilir ki, Azərbaycan "Leonardo" şirkətindən 10 təyyarə alıb və daha 15 təyyarə sifariş verib. Təyyarədə iki turboreaktiv mühərrik quraşdırılıb və bu mühərriklərin sayəsində M-346 saatda 1050 kilometrə qədər sürət yığa bilir. Şirkət təyyarəni daha da təkmilləşdirərək onu təlim-döyüş təyyarəsinə çevirib. M-346 təyyarələrinin təlim-döyüş versiyası qanadaltı asmalarda 3 tona qədər ağırlığında cəmi 5 bomba daşıya bilir.

Məqalədə qeyd olunub ki, "Leonardo" şirkətinin Azərbaycana satdığı və satmağa hazırlaşdığı təyyarələrin neçəsinin təlim-məşq, neçəsinin təlim-döyüş təyinatlı olduğu məlum deyil: "Ancaq ehtimal edilir ki, bu təyyarələrin əsas qismi məhz təlim-döyüş təyinatlı olacaq. Çünki pilotların döyüş hazırlığı üçün o qədər də çoxsaylı təyyarələrə ehtiyac yoxdur".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1800   Tarix: 09 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi - Həbs olundu

Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xarici ölkə vətəndaşı həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 21 fevral 1997-ci ildə Pakistan İslam Respublikasında doğulmuş Mustaq Muhammad oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə açılmış işə məhkəməd

26 noyabr
.

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 %-ə yaxın artıb

Bu ilin dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 % artaraq 850,9 min təşkil edib. Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 9,

6 dekabr
.

Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA

"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək". "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Qeyd edilib ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqey

6 dekabr
.

İnnovasiya və Təchizat Mərkəzi 2,7 milyon manata tibbi əlcəklər alacaq

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) tibbi müəssisələrdə istifadə olunacaq sərfiyyat materiallarının alınması məqsədilə tender keçirib. xəbər verir ki, satınalma üzrə qalib "Xanni-2017" MMC olub. Satınalma müsabiqəsinin ümumi məbləği 2 milyon 724 min 397.45 mana

7 dekabr
.

Dövlət qurumu deputatın şirkətindən 67 min manatlıq mebel alır

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 67 281,24 manatlıq mebel avadanlıqları alacaq. Qaynarinfo-nun məlumatına görə, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi isə "Embawood"

16 dekabr
.

Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur. Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.

14 dekabr
.

Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ

Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılacağı iddia olunur. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. İddia edilir ki, yeni pul vahidi yeni ildən istifadəyə veriləcək, hətta onun görünüşünü əks etdirən foto belə paylaşılır. Məsələ ilə əlaqədar Azərbayca

1 dekabr
.

Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərclərini 25 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 11,534 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,9 % azdır. Noyabrda Türkiyə Azərbaycana 550,3 min AB

6 dekabr
.

Qızıl, gümüş və mis konsentratının hasilatı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü

13 dekabr