Göz altı torbalarınızdan təbii üsullarla qurtulun
Xüsusliə zərif cinsin nümayəndələrini narahat edən göz altı torbalarında şişlərin yaranmasına səbəb nədir? Yuxusuz qaldıqda tez-tez rastlaşdığımız bu şişliklərin yaranmasının səbəbləri nələrdir və hansı təbii vasitələrlə qarşısını almaq olar?
Gözlərin altında şiş kimi görünən göz altı torbaları insan yaşlandıqca nisbətən çoxalır. Buna səbəb göz qapaqlarını dəstəkləyən əzələlər və göz ətrafı sinirlərdə zəifləmənin əmələ gəlməsidir. Lakin şişliklərin tək səbəbi yaşlanmaq deyil. Bu, həmçinin yorğunluq, stres və əsasən genetik faktorla da əlaqəli ola bilir.
Uzun müddət kompüter qarşısında işləmək, fasiləsiz televizora baxmaq, yuxusuz qalmaq və duzlu qidaları çox yemək də göz altı torbalarının şişməsinə səbəb olur.
Sizə ev şəraitində təbii üsulla göz altı torbaları və bu şişliklərdən qurtulmaq üçün təbii üsullar təqdim edir:
- Soyuq kompres üsulu ən təsirli üsullardan sayılır. Təmiz bir bez götürərək soyuq suda isladın və gözünüzün üzərində bir neçə dəqiqə saxlayın. Bu üsulu buzla da əvəz edə bilərsiniz.
- Soyuducudan soyuq yumurta götürün (soyuq olması mütləqdir). Yumurtanın ağını ayıraraq qabın içərisində yaxşı qarışdırın. Təmiz fırça ilə göz altına çəkin. 10-15 dəqiqə saxlayıb yuyun.
- Xiyardan dərinizə ehtiyacı olan nəmləndirməni, göz altı qaralmalarını, qırışları azaltmaq üçün istifadə edə bilərsiniz. 1 ədəd soyuq xiyar dilimləyin və göz altına düzün. 5 dəqiqə sonra bu dilimlər istindikdə dəyişin. Çox soyuq qoymayın və cəmi 10-15 dəqiqə saxlayın. Gözün ətrafı həssasdır buna görə də diqqətli olmalısınız.
- Gözləriniz üçün çay kompresi də sınanılmış ən yaxşı üsullardan hesab edilir. Yaşıl və ya qara çaydan istifadə edə bilərsiniz. Hər ikisi də göz altı şişlər üçün təsirli vasitələrdir. 2 ədəd paket çayı qaynanmış suda 2 dəqiqə saxlayın. Daha sonra soyusun. Çaylar soyuduqdan sonra göz altlarınıza qoyun. 10-15 dəqiqə saxlayıb götürün. Bu üsulu çobanyastığı çayı dəmlənməsi ilə də yoxlaya bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1348 Tarix: 09 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...
Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl
11 sentyabr 2021Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti
Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları
9 sentyabr 2021Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
15 sentyabr 2021Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...
a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy
16 sentyabr 2021Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
12 sentyabr 2021Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA
Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar
10 sentyabr 2021Payız soyuqdəyməsindən bunlarla qorunun
Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana
17 sentyabr 2021